GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Teleməkanda gizli çevriliş

Teleməkanda gizli çevriliş

Tarix: 5-12-2017, 14:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 487
Teleməkanda gizli çevriliş


Prezident seçkiləriöncəsi nələr baş verir?

Iki il öncə Prezident İlham Əliyevin köməkçisi, o zaman ictimai-siyasi şöbənin müdiri olan Əli Həsənov açıqlama ilə çıxış etdi. Açıqlamada deyilirdi:” Biz milli serialların inkişafı haqqında düşünürük və bu səbəbdən Türkiyə seriallarıda daxil olmaqla əcnəbi serialların yayımı özəl televiziyalarımızda qadağan edilir. Cənab prezident büdcədən vəsait ayırıb və yerli serilların maliyyələşməsi nəzarətə götürülür”. Həqiqətən də belə oldu. Büdcədən vəsait ayrıldı və milli serialların inkişafı hiss olunmağa başladı. AMMA...
Prezidentin köməkçisi Əli Həsənovun oğluna məxsus” Xəzər Media Center”in tərkibində fəaliyyətə başlayacaq Dalğa TV-nin proqramlar departamentinin rəhbəri Kənan Bayramov məlumat verir:
“Dalğa TV dünya bestsellerlərini Azərbaycana gətirir. Telekanalda Azərbaycan dilinə tərcümə olunmuş lisenziyalı məhsullar nümayiş olunacaq.
Kanal, peyk, kabel və digər platformalar üzərindən yayımlanacaq. Hazırda test prosesindədir və dekabr ayından tam yayıma keçid edəcəyik”.K.Bayramov Dalğa TV-də yayımlanacaq film və seriallardan da söz açıb:
“Azərbaycanda yetəri qədər sevilən, lakin heç vaxt nümayiş olunmayan serialları nümayiş etdirəcəyik. Bunlar Braziliya, Meksika, Hindistan, Kolumbiya, Amerika və Türkiyə istehsalıdır.
Serial və filmlərin ana dilimizə dublyaj olunmasına səbəb odur ki, biz bir başa şirkətlə danışıb filmlərin yayımı üçün icazə alırıq. Yəni, internet versiya yayımlamaq fikrimiz yoxdur.
Filmin başqa dildə efirə verilməsi qeyri-qanuni sayılacaq. Əgər kino və ya serial rus dilində yayımlansa, deməli, Rusiya bazarına girmiş oluruq. Biz piratçılıq yolu ilə film izlətmək istəmirik”.
ZƏRURİ QEYD: ANS TV Türkiyənin məlum şirkəti ilə danışıqlar apararaq “Kurdlar Vadisi” filminin nümayişini azərbaycan dilində yayımlamağa başladı. Eyni zamanda ATV “Sultan Süleyman ” serialının yayımına başladı. Amma serialların yayımına Əli Həsənovun bəyanatı ilə yasaq qoyuldu. Bu gün isə serialların yayımı üçün Əli Həsənovun oğlu ayrıca kanal belə açdı. Açdımı?. Sözsüz ki, Əli Həsənovun gücü ilə. Mövzuya qayıdacağıq. Hələlik son məlumatlara baxaq.

Nüşrəvan Məhərrəmli “mərhəməti”

MTRŞ-in sədri Nüşrəvan Məhərrəmli “Gündəm Xəbər” qəzetinə açıqlamasında Dalğa TV-in tək peyk vasitəsiylə yox, həm də kabel televiziyaları vasitəsiylə yayımlanacağını təsdiqlədi. Bu isə o deməkdir ki, ölkədə fəaliyyət göstərən digər televiziyalar tam iflasa uğrayacaq. Xatırladaq ki, “Dalğa TV” adıyla fəaliyyətə başlayacaq yeni kanal sırf xarici serialların yayımı ilə məşğul olacaq. Bu məqsədlə artıq dublyaj redaksiyası yaradılıb və bir neçə xarici serial artıq azərbaycan dilinə tərcümə edilib. Çox maraqlıdır ki, bir neçə il öncə prezidentin tapşırığı ilə ölkədə xarici serialların yayımına qadağa qoyulmuşdu və dövlət büdcəsindən televiziyalara pul ayrıldı ki, yerli serialların çəkilişi gücləndirilsin. Amma bu gün yenidən xarici serialların yayımlanması həm prezidentin əmrinə ziddir, həm də yerli seriallara ağır zərbə olacaq. Bundan başqa xarici seriallara olan marağa görə reklam bazarındakı tarazlıqda pozulacaq. Yəni reklamçılar digər televiziyalarla əməkdaşlığa son verib “Dalğa TV” ilə əməkdaşlığa üstünlük verəcəklər. Maraqlıdır, bəs MTRŞ hansı əsaslarla Dalğa TV-in kabel televiziyalarındada yayımlanmasına icazə verir? Nüşrəvan Məhərrəmli bildirir ki, bu tərəflərin bir-biri ilə razılaşması əsasında baş tutacaq. Onda belə çıxır ki, peyk vasitəsiylə yayımlanan istənilən kanal kabel televiziyalarına çıxmaqla Azərbaycanın daxili proseslərinə müdaxilə edə bilər. Bundan başqa belə bir addım atmaqla prezidentin tapşırığı pozulmuş olacaq.

BİRİNCİ SUAL
Maraqlıdır, nədən bütün telekanallardan əcnəbi seriallar yığışdırıldı və bu gün “Dalğa TV”-də serialların nümayişinə icazə verildi?

İKİNCİ SUAL
Serialların nümayişinə şəxsən Prezident icazə veribmi?

İKİ SUALA BİR CAVAB

“Gündəm Xəbər”in apardığı araşdırmalar sübut edir ki, burada maraqlı oyunlar gedib və hüquqi baxımdan hər şey qaydasındadır. Belə ki, yeni telekanal peyk vasitəsiylə yayımlanacaq. Deməli problem yoxdur. Amma problem odur ki, kanal kabel televiziyalarına çıxış əldə edir və MTRŞ buna müdaxilə etmək fikrində deyil. Deməli, sağ əllə sol qulağı qaşıma prinsipi işə düşüb və yeni kanal o biri kanallardan daha çox tamaşaçıya sahib olacaq. Buna Prezidentin icazə verməsi isə inandırıcı deyil. Çünki şəxsən Əli Həsənov bəyan etmişdi ki, Prezident yerli serialların inkişafında maraqlıdır. Deməli bu gün həyata keçirilən oyunlardan Prezidentin xəbəri yoxdur.

Teleməkanda gizli çevriliş

İZAHAT

Kabel televiziyaların imkanı bu gün kifayət qədər artıb. Adi fakt: AİLƏ TV və KATV-nin birlikdə auditoriyası istənilən müstəqil kanalın imkanları daxilindədir. Bu halda “Dalğa TV” hər iki kabel televiziyasında, həmçinin digər kabel televiziyalarında yayımlanacaqsa deməli bu kanal müstəqil kanallardan daha çox auditoriyaya sahiblənəcək. Belə olan halda qazanan kim olacaq?

“Dalğa TV”-nin “Xəzər” bucağı

Maraqlıdır, soruşa bilərsiniz ki, maraqlı şahmat kombinasiyası quraraq Prezidentdən xəbərsiz bu prosesi kim həyata keçirə bilər?. Cavab aydındır, yeni kanal Xəzər TV-nin demək olar ki, nəzarətindədir və buna bir başa məsul şəxs Əli Həsənovun oğlu Şamxal Həsənovdur. Amma yenə inanmaq istəməzdik ki, kombinasiyalar qurmaqla Prezidentin tapşırığına qarşı öz köməkçisi belə bir iş görsün. Amma reallıq ortadadır. Reallıq isə budur ki, Prezident əcnəbi seriallara qadağa qoymuşdu və büdcədən vəsait ayırmaqla yerli serialların inkişafına meydan açmışdı. Bu gün isə meydan əldən gedir.

MARAQ NƏDİR?

Sözsüz ki, ağıla ilk gələn sual budur ki, nədən belə addım atılır və özəl kanalların faktiki sıradan çıxmasına fitva verilib?. Çox da ciddi, ali məqamlar haqqında düşünməyə dəyməz. Söhbət yalnız və yalnız maddi maraqlardan gedir. Bu gün TV məkanında liderlik ATV-də idi və sözün həqiqi mənasında reklam bazarına ATV təsir edə bilirdi. Amma son bir ayda ATV dimdiyindən tələyə düşdü və hazırda bu kanalın reklam bazarına Xəzər TV sahiblənmək istəyir. Buna görə “ATV+”-unda mövqeyini “Dalğa TV” ələ keçirtmək istəyir. Çox təssüflər ki, bu proses çox qatışıq və aldatma sistemi ilə reallaşdırılır. Yəqin buna görə də Xəzər TV rəhbərliyi nə zamansa ATV rəhbərliyi kimi cavab verməli olacaq. Hazırda isə Xəzər TV maraqlarını reallaşdıra bilir.

Teleməkanda gizli çevriliş


NƏTİCƏ?

Nəticə aydındır ki, televiziyaların tam iflası ilə tamamlanacaq. Bu günün özündə də kadr bazası şübhəli olan Xəzər TV teleməkanın lideri olacaq. Olsun... rəqabətdə imkanlardan istifadə edərək irəli çıxan və qalib gələni ittiham etmək mümkün deyil. Amma... unutmayaq.

NƏYİ UNUTMAYAQ?

Xəzər TV-nin yaranışını. Bu kanalı Fətullah Gülən tərəfdarları yaratdı və uzun illərdə tam olaraq FETO sisteminin nəzarəti ilə fəaliyyət göstərdi. “Saman Yolu”nun Xəzər TV-yə çevrilməsi isə göz qabağında baş verdi. Kommersiya maraqlarına görə FETO-çular arasında savaş yaşandı. Kanal yeni adla fəaliyyətə başladı. Amma bu günün özündə Xəzər TV-nin kadr bazasını saf-çürük etsək nələrlə rastlaşacağıq, bax bu başqa bir mövzudur. Belə olan halda ölkənin teleməkanını FETO-çuların bir zaman yaratdığı (indi forma dəyişibmi?) telekanala qurban verməyə dəyərmi?

SONLUQ

Qarşıdan prezident seçkiləri gəlir. Bu gün dünyada baş verən siyasi proseslər sübut edir ki, istənilən ölkədə keçirilən seçkilər çox gərgin və proqnozlaşdırılması mümkün olmayan şəkildə reallaşır. Belə bir məqamda ölkənin yazılı və elektron mediasının nəticəsi məlum olmayan manapoliyaya alınması bizi haralara aparıb çıxaracaq? Ümumiyyətlə bu gün reallaşdırılan informasiya siyasətinin özü belə qorxuncdur. Xatırlayırsınızsa il öncə Eldar Mahmudov MTN-nin rəhbəri olan zaman medianın böyük bir hissəsini nəzarətə almışdı. Bir il sonra aydın oldu ki, 10 ildən çox mediadan yararlanan Mahmudovçular əslində ölkənin informasiya siyasətini öz ciblərinə və geyimlərinə uyğunlaşdırıblarmış. Bəs sabah növbəti Mahmudovçuluq xəstəliyi ortaya çıxarsa nə edəcəyik?

Səfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin tapşırığı pozuldu - Dalğa TV iddialı gəlir

    Prezidentin tapşırığı pozuldu - Dalğa TV iddialı ...

    1-12-2017, 15:10

  • 
  • Azərbaycan televiziyalarına ölümcül zərbə

    Azərbaycan televiziyalarına ölümcül zərbə ...

    27-11-2017, 14:39

  • 
  • Bu gün Əli Həsənovun 55 illik yubileyidir

    Bu gün Əli Həsənovun 55 illik yubileyidir ...

    10-03-2015, 19:51

  • 
  • Prezidentin köməkçisi İbrahim Mehdiyevin hansı səbəbdən işdən çıxarıldığını açıqladı

    Prezidentin köməkçisi İbrahim Mehdiyevin hansı ...

    3-07-2017, 12:58

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu