GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi

Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi

Tarix: 7-12-2017, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 650
Fazil Məmmədovla Cahangir Hacıyevi birləşdirən “səhhət” məsələsi


Sabiq vergilər nazirinin gedişi Beynəlxalq Bank sədrinin istefasını xatırladır; Məmmədovun da komandasında həbslər ola bilər

Vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması geniş müzakirələrə səbəb olub. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Fazil Məmmədovun işdən çıxarılmasını şərh edərkən deyib ki, sabiq nazirin xəstəliyi vardı və bundan xeyli əziyyət çəkirdi. Buna görə də özü ərizə yazıb işdən getməsini istəyibmiş. F.Məmmədovun öz ərizəsi əsasında işdən getməsi Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin öz ərizəsi ilə işdən getməsini yada salır.

2015-ci ilin martında elan olundu ki, Cahangir Hacıyev səhhətində olan problemləri əsas gətirərək vəzifəsindən getməsi haqda istefa ərizəsi yazıb. 18 mart 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurası onun istefasının qəbul olunması və vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. Bildirilirdi ki, ölkə rəhbərliyindən xahiş edib ki, səhhəti ilə bağlı onu tutduğu vəzifədən azad etsin. Xəbərlər yayılırdı ki, C.Hacıyev xaricə köçməyə hazırlaşır, ona görə istefa ərizəsi yazıb. Amma az keçmədi ki, Cahangir Hacıyevin maliyyə xəyanətinə görə işdən çıxarılması üzə çıxdı. Məlum oldu ki, səhmlərinin çoxu dövlətə məxsus olan Beynəlxalq Bankından külli miqdarda vəsaitlər “xortumlanıb”, xeyli iş adamına böyük və geri qaytarılacağı şübhə doğuran kreditlər verilib. C.Hacıyevin süpürgəçisindən sürücüsünə, gözətçisindən evindəki xadiməyə, katibəsindən köməkçisinə qədər ətrafında və münasibəti olan hər kəsin adına kreditlər yazılaraq götürülüb. Həmin məbləğlər bir çox hallarda heç bir perspektivi olmayan layihələrə yönləndirilib. Cahangir Hacıyev 20 ilə yaxın Azərbaycanın ən böyük bankına rəhbərlik etmişdi. Fazil Məmmədov da sıradan bir nazir deyildi. Üstəlik də onun idarəetməsinə Binəqədi, Şəmkir, İsmayıllı və Gədəbəy rayonları, ATA holdinq kimi nəhəng bir təsisat vardı. Hazırda F.Məmmədovun öz ərizəsi ilə işdən getməsi haqda məlumatlardan savayı ortalıqda rəsmi bir məlumat yoxdur. Amma çoxsaylı iddialar var.

18 il vergi sisteminə rəhbərlik edən şəxsin işdən çıxarılması çox qəfil oldu deyə belə iddiaların həqiqiliyinə inam da çoxdur. Hətta Fazil Məmmədovun işdən çıxarılması xəbərini mətbuatdan öyrəndiyi də bildirilir. İşdən çıxarıldığı gün Fazil Məmmədov həmişə olduğu kimi işə gəlib. Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirib. İşçilərə konkret tapşırıqlar verib. Bir neçə saat sonra isə mətbuat işdən çıxarılması haqda məlumat alıb. İşdən çıxarılması Fazil Məmmədovun özü üçün də sürpriz olub. Sabiq səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanov da işdən oxşar şəkildə çıxarılmışdı. Fazil Məmmədovu vergilər naziri postunda əvəzləyən Mikayıl Cabbarovun sələfi Misir Mərdanov da özünün işdən çıxarılmasını Bakıda keçirilən beynəlxalq tədbirdə eşitmişdi.

Belə iddialar var ki, Fazil Məmmədovun çox ciddi bir qalmaqallı işə adı qarışıb, bu üzdən onun barəsində qəfil siyasi qərar verilib. Hələlik onun hansı bir işin üzərindən güdazına getməsi bəlli deyil. Fazil Məmmədov sıradan bir nazir deyildi. Qəfil işdən çıxarılması çox ciddi siqnal da ola bilər. Hazırda müxtəlif iddialar, versiyalar var. Fazil Məmmədovun “MTN işi” ilə bağlı işdən çıxarılmasından tutmuş iri və hakimiyyətə yaxın vergi ödəyicilərini incidilməsinə qədər hərəkətlərə yol verməsi söhbətlərin əsas mövzusudur. Daha çox inandırıcı versiya budur ki, F.Məmmədov və komandası çox böyük maliyyə sapmalarına yol verdiyi üçün siyasi rəhbərliyin qəzəbinə tuş gəlib. Vaxtilə qəfil işdən çıxarılan Misir Mərdanovun yerinə təhsil naziri göndərilən Mikayıl Cabbarovun sonrakı aylarda atdığı addımlarla köhnə təhsil klanı tamamilə işdən kənarlaşdırıldı. M.Cabbarov oturumuş klanlara qarşı radikal mövqe tutması ilə tanındı. Bu gün Təhsil Nazirliyində M.Mərdanov klanından əsər-əlamət qalmayıb. Bu baxımdan M.Cabbarov sınaqdan çıxmış kadrdır. Fazil Məmmədovun qəfil gedişinin arxasında gizlənən məqamlar çox keçməz ki, mətbuatın, ictimaiyyətin müzakirəsinə çıxarılar./palitika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • “Bandotdel” Cahangir Hacıyevin restoran xərclərini araşdırır

    “Bandotdel” Cahangir Hacıyevin restoran ...

    24-11-2015, 19:24

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • Ziya Məmmədovun bacısı işdən çıxarılıb?

    Ziya Məmmədovun bacısı işdən çıxarılıb? ...

    20-09-2017, 20:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu