GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...

Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...

Tarix: 10-12-2017, 19:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 439
Söyün Sadıqovla Saakaşvilinin işbirliyi barədə müdhiş iddialar - iş adamı sualdan qaçır...


Politoloq: “Rusiya kəşfiyyatı Ukraynada çox güclü iş aparır”

Son aylarda Ukraynanı çalxalayan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Rusiya ilə əlaqələrinin olması barədə müdhiş iddialar meydana çıxıb. Saakaşvili ona qarşı təqibləri Kremlin sifarişi adlandırsa da, Ukraynadakı gərginliyin arxasında Kremlin dayandığı bildirilir.

Özü də maraqlıdır ki, bu iddialarda əsas adı keçən şəxs Rusiyada yaşayan Azərbaycan əsilli iş adamı, prezident Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovdur. gundemxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu iddianı ukraynalı bloqqerlərdən biri “Korrespondent” saytında yazıb.

Qeyd edək ki, bundan əvvəl Söyün Sadıqovun Ukraynanın Karpatyanı bölgəsində etnik macarlar arasında separatizmi qızışdırdığı haqda məlumatlar yayılmışdı. İndi isə iddia edilir ki, Kremlin agenti Söyün Sadıqov Mixail Saakaşvili ilə dəfələrlə gizli görüşüb.

Belə ki, Sadıqov Rusiya prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun tapşırığı ilə Ukraynanın qərbində polyak və macar separatizmini qızışdırmaqla məşğuldur.

Bildirilir ki, Saakaşvilinin Sadıqovla görüşü əvvəllər bir neçə dəfə Avropada, o cümlədən Polşa ərazisində baş tutub. Belə görüşlərdən biri Lyublino ətrafında Söyün Sadıqovun dostu, 80 yaşlı Mixail Piroqoviçin evində olub. Bir sıra polyak deputatlar və siyasətçilər Piroqoviçdən xahiş ediblər ki, Saakaşvilinin Sadıqovla görüşünü təşkil etsin. Çünki Piroqoviç Rusiya biznes-elitasının maraqlarını təmsil edir, onun Ukrayna istebleşmenti və biznes strukturları ilə də güclü əlaqələri var. Polyak siyasətçilər Piroqoviçin vasitəsilə Saakaşvilini də inandırıblar ki, Poroşenkoya qarşı açıq mübarizəyə başlasın.

İddiaya əsasən Söyün Sadıqov əvvəlcə Saakaşvili ilə işləməyə tərəddüd edib. Lakin daha sonra görünür Putinlə məsləhətləşib və Saakaşviliyə kömək verməyi qərara alıb. Saakaşvilinin Sadıqovla görüşlərindən birinin ardınca gürcü siyasətçi polyak deputatların və Putinin agentinin dəstəyi ilə Ukrayna sərhədini yarıb keçib.

Bildirilir ki, Sadıqovla Saakaşvilinn məsələsini Gürcüstan DİN-in keçmiş rəhbəri Vano Merabişvili də müzakirə edib. Onun S.Sadıqovla sıx biznes maraqları var.

Saakaşvili ilə bağlı bu iddiaları dəqiqləşdirmək mümkün olmasa da, adı hallanan S.Sadıqovun barəsindəki iddialara mövqeyini öyrənmək istədik. Lakin çoxsaylı mesajlarımızı görən iş adamı suallarımıza cavab vermədi.

Siyasi ekspertlərin yayılan iddialarla bağlı mövqeləri isə birmənalı deyil. Əksəriyyət Qərb dairələrinin sabiq prezidentin arxasında dayandığını önə çəkərək, Rusiyaya nifrəti ilə seçilən Saakaşvilinin heç zaman bu ölkə ilə işbirliyində olmayacağını düşünsə də, bunu istisna etməyənlər də var.

Politoloq Nəzakət Məmmədova Ukraynadakı hadisələrdə Rusiyanın rolunun olduğunu inkar etmir: “Yanukoviç - Azarov hakimiyyətindən narazılıq və Avrointeqrasiya dalğasında hakimiyyətə gələn qüvvələr arasında artıq baş verən ixtilaflar göz qarşısındadır. Ukrayna artıq biznes sahəsindəki korrupsiyaya görə müxtəlif araşdırmaların nəticələrinə görə birinci yerdədir. Belə bir şəraitdə hakimiyyətdaxili mübarizə, oliqarxlar arasında nüfuz müharibəsi labüd idi və bu, ilk növbədə Poroşenko-Saakaşvili mübarizəsi müstəvisində daha aydın görünür. Ümumiyyətlə, hər bir inqilab, çevrilişin ardından keçmiş əqidə yoldaşları arasında münaqişə qanunauyğunluqdur. Çünki eyni bir məqsədlə hakimiyyətə gələn ambisiyalı qüvvələr sonradan bir-birini qəbul edə bilmir və hakimiyyətdaxili amansız mübarizə başlayır. Məsələn, Rusiya burjua inqilabından sonra Stalin və Trotskinin mübarizəsi, Almaniyada Hitleri reyxkansler vəzifəsinə gətirmiş Ernst Ryomun aradan götürülməsi və s. Yaxud Çe Qevara ilə Fidel Kastronun mübarizəsi. Belə bir misal da var: “İnqilab öz övladlarını yeyir”. Bundan isə bir qayda olaraq həm hakimiyyətdən getmiş keçmiş qüvvələr və onlarla əlaqələri olan, bu ölkədə marağı olan xarici ölkələr yararlanmağa çalışır. Onlar hansı vasitə ilə olur-olsun inqilabçılar arasında narazılıq yaratmağa, onları zəiflətməyə, öz maraqlarına tabe etməyə çalışırlar. Eyni vəziyyət hazırda Ukraynada hökm sürür. 2014-cu ildən bəri Qərbin Ukraynada iki istiqamətdə fəaliyyəti nəzərə çarpır: Rusiya ilə mübarizə və ölkənin demokratikləşməsi.

O cümlədən korrupsiyanın qarşısını alınması. Ukrayna hakimiyyətinin isə əsas iki problemi var: separatizmlə mübarizə və oliqarxların hakimiyyətdaxili nüfuz savaşı. Təbii ki, Rusiya bu amildən geniş istifadə edir. Hazırda əsas ittiham korrupsiya ilə mübarizə adı altında hakimiyyətdaxili mübarizədir və burada Poroşenko, Saakaşvili, Avakov qarşıdurması pik həddə çatıb. Müvafiq olaraq, ordu, daxili qoşunlar və ayrı- ayrı silahlı dəstələr arasında qarşıdurma güclənib.

Rusiyanın buradakı rolunu inkar etmək olmaz, lakin bu, daha çox Qərbin köməyilə Ukraynada hakimiyyətə gəlmiş qüvvələrin öz aralarındakı mübarizənin nəticəsidir demək daha doğru olar. ABŞ və Avropanın Ukrayna hakimiyyəti üzərində təzyiqi azalan kimi ölkədə bu cür xaotik vəziyyət meydana gəldi. Belə davam edərsə, ölkə tam bir siyasi böhran həddinə çatacaqdır. Rusiya əlbəttə ki, bu hadisələrdə çox maraqlıdır. Onun hakimiyyətdaxili qruplaşmalarla, o cümlədən Saakaşvili ilə öz emissarları vasitəsilə, o cümlədən Kremlin etibarlı adamı Söyün Sadıqov vasitəçiliyi ilə separat danışıqlar aparması sadəcə bir ehtimal olaraq qalır”.

N. Məmmədova Sadıqovla bağlı əldə faktlar olmadığı üçün bu iddiaların doğru olub-olmaması ilə bağlı danışmağın çətin olduğunu da söylədi: “Rusiyanın Ukraynaya daha böyük, aşkar görünən təzyiq vasitələri var. Bu, separatizm və enerji amilidir. “Şimal axını -2” layihəsi Avropa Komissiyasının bütün etirazlarına rəğmən, 2019-cu ildə Ukraynadan yan keçməklə isə düşərsə, ölkənin iqtisadiyyatı tamamilə iflic olacaq. Bunlarla bərabər, dediyimiz kimi hakimiyyətdaxili parçalanmada Moskvanın son dərəcə maraqlı olması sirr deyil. Lakin hazırkı ixtilaf daha çox Qərbin, inqilabı təşkil edən qüvvələrin tələblərinin yerinə yetirilməsi məsələsi ətrafındadır. Onların əsas tələbləri demokratikləşmə və korrupsiyaya qarşı mübarizədir. Saakaşvili bu ittihamlarla çıxış edərək, Poroşenkonun qənaətbəxş mübarizə aparmadığını önə çəkərək, prezidentlik postuna yiyələnmək istəyir. Şübhəsiz ki, Rusiya kəşfiyyatı Ukraynada çox güclü iş aparır. Unutmayaq ki, bu ölkə SSRİ kimi fövqəldövlətin varisidir və onun dünyanın istənilən bölgəsində kəşfiyyat fəaliyyəti həyata keçirən nüfuzlu təşkilatları olub və bu gün də var. Putinin ətrafında olan bir çox insanlar da onun keçmiş həmkarlarıdır, xüsusi xidmət orqanlarında yüksək vəzifə tutmuş, əlaqələrində kifayət qədər şəxslər olan insanlardır.

Onlar öz emissarlarına müəyyən məsələlərlə bağlı təlimatlar verərək, Kremlin maraqları üçün iş görməyə vadar edə bilərlər.

Avropada, ABŞ-da seçkilərə müdaxilə etməkdən tutmuş Suriyada kosmik kəşfiyyat aparan Rusiya kimi bir dövlətin Ukraynada hakimiyyətdaxili məsələlərə laqeyd qalması mümkün deyil. Bunu kimin vasitəsilə etməsi o qədər də vacib deyil, məsələn, Ukrayna oliqarx Kurçenkonu Rusiya ilə məxfi əməkdaşlıqda ittiham edirsə, bəzi mənbələr Putinin yaxın adamı Sadıqovu Saakaşvili ilə əlaqələrdə ittiham edir. Əsas odur ki, Rusiya dövlətinin postsovet məkanında, o cümlədən Ukraynada əbədi maraqları dəyişməz olaraq qalır. Ukraynada, hətta bu ölkənin hakimiyyəti daxilində hazırda bu maraqların həyata keçirməsi üçün əməkdaşlıq etməyə hazır olan insanlar olması istisna olunmur. Hətta bu, Saakaşvilinin özü də ola bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Söyün Sadıqova separatçı missiya həvalə edir

    Putin Söyün Sadıqova separatçı missiya həvalə edir ...

    17-09-2017, 12:29

  • 
  • Saakaşvili Kiyevə gələn qatara mindi: Polşa-Ukrayna sərhədi bağlandı

    Saakaşvili Kiyevə gələn qatara mindi: ...

    10-09-2017, 16:36

  • 
  • Saakaşvili Putinin cavabını verdi

    Saakaşvili Putinin cavabını verdi ...

    19-12-2015, 01:12

  • 
  • Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ”

    Saakaşvili Kiyevdə nazirləri “YERİNDƏN OYNADACAQ” ...

    25-09-2017, 12:36

  • 
  • Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ

    Saakaşvili siyasi SIĞINACAQ İSTƏDİ ...

    3-10-2017, 17:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu