Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Putinin bu gün keçirdiyi mətbuat konfransında onun haqqında dediklərinə cavab verib. Saakaşvili Putinin onun barəsində dediklərini yalan adlandırıb. Qeyd edək ki, Kreml rəhbəri ABŞ-ın Saakaşviliyə viza vermədiyi bildirib. “Putin növbəti dəfə yalan danışıb. Mənim pasportumda 3 illik viza var”, – deyə Saakaşvili Facebook-da yazıb.
“Putin məni unuda bilmir, Ukraynadakı işim onun xoşuna gəlmir. Ukraynada korrupsiyanın belini qırsaq və islahatlar keçirsək, onun bütün imperiyası kağız ev kimi dağılacaq”, – Saakaşvili qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?