Dekabrın 14-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Açılışı mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov çıxış edib.
gundemxeber.az qaynarinfo-ya istinadən xəbər verir ki, çempionatın açılış mərasiminə Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov qatılmayıb.
Yada salaq ki, Məmmədov bu yaxınlarda Vergilər Nazirliyinin rəhbərliyindən azad olunub. Onun Güləş Federasiyasındakı gələcəyi də qeyri-müəyyəndir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?