Olimpiadada Azərbaycan bayrağını Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev aparacaq
İdman Bu il il fevralın 7-dən 23-dək Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları keçiriləcək. Bu oyunlarda 90-dan artıq ölkə iştirak edəcək. Oyunlarda Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibinə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. İdman nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq. Qış Olimpiya Oyunlarının fevralın 7-də keçirilən açılış mərasimində Azərbaycan bayrağını Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev aparacaq. Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunmuşdu.
Xatırladaq ki, Qış Olimpiya Oyunları 1924-cü ildən etibarən hər dörd ildən bir keçirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?