GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR

Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR

Tarix: 20-12-2017, 11:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 509
Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR


Zabrat Abşeron yarımadasının mərkəzində yerləşir. Deyilənə görə, qəsəbə VII əsrdə Sabir adlı türk tayfası tərəfindən salınıb. Əvvəllər kəndin adı da Sabirat, yəni sabirilərin yaşadığı yer olub. Sonra qəsəbənin adı dəyişərək Zabrata çevrilib.

Hazırda Zabrat qəsəbəsi köhnə Zabrat kəndi, I Zabrat, Kaspiysk (Qəspişkə) Muxtarov və İstixana adlanan yaşayış yerlərini əhatə edir. Əvvəllər Zabrat torpaqları dəniz kənarından — Ləəş bağlarından başlayıbmış, yəni kəndin birbaşa dənizə çıxışı var imiş. Azərbaycanda 20-30 il əvvəl başlayan hadisələr fonunda qəsəbədə digər bölgələrdən gələn şəxslər məskunlaşmağa başlayıb. Yerli əhalinin sayı isə gündən günə azalır.

Zabratda doğulub böyüdüyüm üçün kəndin problemləri hər zaman məni maraqlandırıb. Dəfələrlə Zabratın problemlərinə toxunmuşam – gözlə görülən, həll edilməsi mümkün olan, amma heç kimi maraqlandırmayan problemlərə.

Zabrat qərib kənddir, kimsəsizdir. Bunu küçələrində gəzəndə də hiss etmək olar. Kanalizasiya sistemi olmadığı üçün küçələrə açılan kanalizasiya boruları, kələ-kötür yolları Zabratın diqqətdən kənar qaldığını bir daha sübut edir.

Zabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyətiZabrat qəsəbəsində yolların vəziyyəti

Sabunçu-Zabrat yolu ilə hərəkət etdikcə, yol kənarında muncuq kimi düzülmüş ticarət obyektləri, göz oxşayan fərdi evlər, mağazalar, ofislər insanda elə təəssürat yaradır ki, sanki bu qəsəbə Bakının ən baxımlı, diqqət mərkəzində olan qəsəbəsidir. Amma elə ki, Zabrata daxil olursan, odun-ocaq qoxusu, palçıq-çirkab dolu küçələr əslində bu qəsəbənin unudulmuş qəsəbə olduğunu xatırladır. Sputnik Azərbaycan əməkdaşının yolu yenə Zabrata düşüb…

Atamın məzarını ziyarət etməyi düşünürdüm. “Zabrat dairəsi” adlanan yerdən qəsəbəyə daxil olanda yenə hər zamankı acınacaqlı mənzərə ilə qarşılaşdım. Ərazidə yeni supermarket açıldığı üçün marketin ərazisi təmir edilib və qəsəbəyə giriş təmirli görünür.

Bir qədər irəlilədikdən sonra isə, piyada olsan, keçməyin üçün qayıq axtaracağın gölməçə çıxır qarşına. Kənd əhalisi sudan keçmək üçün gölməçənin içinə daş düzüb. Bir qədər sonra yolun sağ tərəfində Zabrat qəbiristanlığı yerləşir. Yağıntılı aylarda məzarların suda qaldığı məzarlıq.

İçəri girib atamın məzarını ziyarət etdikdən sonra ətrafa göz gəzdirdim. Həqiqətən acınacaqlı mənzərə idi. Qəbiristanlıq insan boyunu keçən qamışlarla dolmuşdu. Yağıntı çox düşdüyü üçün məzarların arası palçıq bataqlığına çevrilmişdi.

Atam sağ olanda, əsla bu məsələyə toxunmağımı istəmirdi. İndi o, həyatda olmadığı üçün bütün problemləri deyə bilirəm. Zabrat qəsəbəsi, Zabrat məzarlığı baxımsız vəziyyətdədir. Aidiyyatı şəxslər məzarlığın vəziyyəti ilə maraqlanmırlar.

Qəbiristanlıqdan çıxdıqdan sonra qəsəbənin küçələrini gəzib vəziyyətlə yaxından tanış oldum. Görünür, qəsəbənin belə vəziyyətdə olması icra nümayəndəsini əsla maraqlandırmır. Sabunçu rayonunun rəhbərliyi uzun illərdir elə bir biganəliyə qapılıb ki, sanki Zabrat adlı qəsəbənin olduğunu unudub. Artıq onları heç qınamıram da…
Zabrat haqqında dəfələrlə yazmışıq. Amma nə fayda? Zabrat icra nümayəndəliyi, Zabrat bələdiyyəsi bir dəfə də olsun qəsəbənin problemi ilə maraqlanmayıb.

Amma mən yenə yazıram. Hər payız-qış aylarında Zabrat qəsəbəsini aidiyyatı qurumların yadına salıram. Zəhmət olmasa, arada Zabrata da baş çəkin…

Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR
Başçının görməzlikdən gəldiyi Zabrat… – FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ölüm-itimli Zabrat yolu…

    Ölüm-itimli Zabrat yolu… ...

    11-12-2013, 16:39

  • 
  • Zabrat sakinləri aksiya keçirdi

    Zabrat sakinləri aksiya keçirdi ...

    27-08-2013, 11:11

  • 
  • Bakıda silsilə oğurluq hadisələri törədən şəxs həbs edildi

    Bakıda silsilə oğurluq hadisələri törədən şəxs ...

    7-11-2013, 13:38

  • 
  • “Azərsu” korrupsiya ittihamına cavab verdi - (Yenilənib)

    “Azərsu” korrupsiya ittihamına cavab verdi - ...

    12-02-2014, 22:17

  • 
  • Bakıda ana faciəsi

    Bakıda ana faciəsi ...

    25-11-2013, 14:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu