GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərsu” korrupsiya ittihamına cavab verdi - (Yenilənib)

“Azərsu” korrupsiya ittihamına cavab verdi - (Yenilənib)

Tarix: 12-02-2014, 22:17 Bölmə :Ölkə Baxış: 1 025
“Azərsu” korrupsiya ittihamına cavab verdi - (Yenilənib)
Sözügedən məsələ ilə əlaqədar “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı facebookda açıqlama yayıb.
“Bu gün “Azadlıq” radiosu vasitəsilə prezidentə şikayət edən Qalib Bağırovla birlikdə dediyi ərazidə, yəni Zabrat qəsəbəsinin “Kərpic zavodu” deyilən ərazisində olduq. Qalib Bağırov ha axtardı ki, özünün dediyi camış düşən quyuları bizə göstərsin, heç babat çala da tapa bilmədi. Naəlac qalıb dalanlara ayrılan yolları göstərdi, hansı ki, oralar dədə-badan asfalt görməyib. Ən sonda ixtisasca həkim olan Qalib Bağırov bizim işçilərə xitabən “sağ olsunlar, bizə su verirlər” dedi.

Zabrat qəsəbəsinin “Kərpic zavodu” adlanan ərazisində “Azərsu” ASC-nin sifarişi əsasında qazılmış asfalt örtüyü bərpa olunub. Yalnız bir ünvanda yolu perpendikulyar keçən yerdə bu həftə qazılmış hissəyə asfalt vurulmayıb. Amma həmin əraziyə karbonat verilib və yer quruyan kimi asfalt örtüyü bərpa ediləcək. Yaşayış massivinin dalanlarında olan yol probleminin isə su çəkilişinə heç bir aidiyyəti yoxdur. Həmin dalanlarda əvvəlcədən torpaq yollar olub və yağıntı ilə əlaqədar orada problemlər yaranıb. Bunu Qalib Bağırov özü də etiraf etdi.

“Kərpic zavodu” adlanan ərazidə “Azərsu” ASC tərəfindən 22 km-dən artıq su xətti çəkilib, 900-dən artıq ev birləşməsi verilib və sayğac quraşdırılıb, işlər davam etdirilir”.

* * * 12:45

“Cənab prezident! Etimad göstərdiyiniz məmurlar xalqın səbr kasasını daşırırlar. O qədər haqsızlıqlarla rastlaşırıq ki, məcbur olub Sizə müraciət edirik. Ətraf kəndlərin inkişafı ilə bağlı nə qədər sərəncamlar imzalasanız da, ortada heç nə yoxdur”.

Virtualaz.org saytı qeyd edir ki, bu sətirlər Bakının Zabrat qəsəbəsinin sakinlərinin prezident İlham Əliyevə ünvanladığı müraciətdəndir.

Əslində Zabrat sakinlərini prezidentdən kömək istəməyə məcbur edən səbəblər heç də ölkə başçısının bilavasitə müdaxiləsini tələb edəcək dərəcədə mühüm əhəmiyyət kəsb etmir. Bu səbəbləri aradan qaldırmalı olan çoxlu sayda məmurlar və strukturlar var. Ancaq bura Azərbaycandır və prezidentin tapşırıq və sərəncamlarını yerinə yetirməli olan məmurlar əslində camaatı boğaza yığmaq dərəcəsində məsuliyyətsizlik edirlər.

Zabrat sakinləri prezident İlham Əliyevə ünvanladıqları müraciətin bir nüsxəsini də “Azadlıq” radiosunun “Qaynar xətt”inə yollayıblar. Onlar ölkə rəhbərindən rahat yol və su istəyirlər.

Qəsəbə sakini Qalib Bağırov danışır ki, Zabratda su və kanalizasiya xətləri çəkilməsi üçün yollar qazılıb, işlər yarımçıq saxlanılıb, indi əziyyətini sakinlər çəkir: “Hətta qazdıqları quyuya düşənlər də olur. Son 20 gündə Zabratda su çəkmək adı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qazdığı quyuya insan yox, camış da düşsə, çıxartmaq olmaz. Quyular qazılıb, qazanlar və qazdıranlar yoxa çıxıb. Söz deyiləsi adam yoxdur ki, heç olmasa gəlib quyuları doldursunlar”.

QUYU QAZIB QAÇIRLAR...

Qalib Bağırovun sözlərinə görə, 3 il əvvəl asfalt döşənmiş yolları su xətlərinə görə qazıb töküblər. Ancaq nə xətlər çəkilmir, nə də qazdıqlarını gəlib düzəltmirlər: “Fəhlələr bir-iki gün işləyirlər, sonra başqa kənddə iş çıxır, burdakı işləri yarımçıq saxlayıb gedirlər ora. Burdan yol çəkirlər, o tərəfdən iritonajlı maşınları yola buraxırlar. Maştağa yolu 2 ildir çəkilib, gəlib görün necə bərbad vəziyyətdədir. Su xətlərinə görə qazırlar, sonra keyfiyyətsiz asfaltlayırlar, çökəklər əmələ gəlir. 3 saylı Sabunçu xəstəxanasına gedən yol, Ramana yolu, Balaxanıya dönən yol - hamısı bərbad vəziyyətdə, çökəklikdir”.

Qalib Bağırov Zabrat sakinlərinin nəqliyyat problemi yaşamalarından da danışır.

Sabunçu Rayon İcra Hakimiyyəti isə bildirir ki, Zabrat sakinlərinin bu problemləri müvəqqətidir. Qəsəbədə kanalizasiya və su xətslərinin çəkilişi yaxın vaxtlarda başa çata, yollar da əsaslı asfaltlanacaq. Zabrat sakinlərinə səbr etmək qalıb.

Qeyd edək ki, analoji problem Bakının digər ətraf qəsəbələrində də hökm sürür. Məsələn, Bakının Bülbülə qəsəbəsi ərazisində yeni salınmış yaşayış massivlərində “Azərsu”nun “mənşəyi qeyri-müəyyən” podratçı şirkətlərinin qazdıqları yollarda dəfələrlə batıb qalan maşınlar olub. “Azərsu” prezidenti Qorxmaz Hüseynov Bakı və ətraf qəsəbələrin inkişafına dair üçüncü dövlət proqramının təqdimatı zamanı prezident İlham Əliyevin hüzurunda çıxış edərək bildirib ki, ətraf qəsəbələrdə on minlərlə abonent daimi içməli su və smart-kart tiplu sayğaclarla təmin edilib.

Lakin əslində reallıq bundan ibarətdir ki, “Azərsu” su xətlərini çəksə də həmin ərazilərdə içməli su hələ yoxdur, yollar da ki bərbad hala salınıb. Mətbuat müntəzəm olaraq “Azərsu” rəhbərinin yaxın qohumlarının adına qeydiyyatdan keçmiş çoxsaylı şirkətlərin su çəkilişi layihələrində yol verdikləri korrupsiyadan yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bu gün asfalt vurulan yol yenidən çökdü - (Fotolar)

    Bakıda bu gün asfalt vurulan yol yenidən çökdü - ...

    5-11-2014, 16:40

  • 
  • “Azərsu” Cavid Qurbanovun şirkətini təkzib etdi

    “Azərsu” Cavid Qurbanovun şirkətini təkzib etdi ...

    5-11-2014, 16:35

  • 
  • "Azərsu" Bakının yollarını viran qoyur

    "Azərsu" Bakının yollarını viran qoyur ...

    20-12-2013, 11:22

  • 
  • ZIYA MƏMMƏDOV LERIKDƏ DAĞLARI KIMLƏRƏ SATIR?

    ZIYA MƏMMƏDOV LERIKDƏ DAĞLARI KIMLƏRƏ SATIR? ...

    4-02-2014, 14:01

  • 
  • Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya keçirəcək

    Bakı sakinləri “Azərsu”nun qarşısında aksiya ...

    15-12-2013, 12:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu