“Coco” geyim mağazası bu gün mediada ana və övladını mağazada girov saxlamaqla bağlı yayılan xəbərə münasibət bildirib.
gundemxeber.az bildirir ki,daxil olan məlumatda qeyd edilir ki, müştəri Leyli Qazibəyovaya dəfələrlə xəbərdarlıq olunub ki, şüşəli vitrinli mağazada uşağına diqqət yetirsin: “Uşaq hər yeri dağıdar və özünə xələl gətirər deyə bu xəbərdarlıq edildi. Buna baxmayaraq xanım dedi ki, uşağına biz baxmalıyıq. Sonda uşaq manikeni yerə çırpır və xanım qırılan broşun 45 AZN ödənişini edib gedir. Axşam xanımın ailə üzvü gəlir və xanım işçiyə qarşı nalayiq sözlər deyir. Onu videoya çəkərək nalayiq yerlər üçün istifadə edəcəyini söyləyir. Belə insanı məhz bu hərəkətinə görə qınamaq lazımdır. Üstəlik Azad İstehlakçılar Birliyinin sədrinin onun dostu olduğunu qeyd edir. O da araşdırma aparılmadan bir insanın mülkünə, şəxsiyyətinə edilən zərər və təhqirə göz yumur. 45 manat bir insanın şərəf və ləyaqətini biabır etmək üçün kifayət qədər böyük məbləğ imiş. Xanım gəlib pulunu mağazadan götürə bilər”./qafqazinfo
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?