GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)

"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)

Tarix: 23-12-2017, 17:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 551
"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)


Tanınmış blogger Bəxtiyar Hacıyev ölkənin ən böyük mobil operatoru olan “Azercell” şirkətini çox çətin duruma salıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, şirkətin xidmətindən narazı qalan Bəxtiyar Hacıyevin onlara göndərdiyi qeyri-adi Yeni il hədiyyəsi isə sosial şəbəkə üzərindən hamının maraqla izlədiyi bu “savaşı” daha da alovlandırıb.
Belə ki, B.Hacıyev “Azercell”in prezidenti Vahid Mürsəliyevəməktub yazaraq, öz narazılığını ifadə etmiş və Çin istehsalı olan 18 ədəd prezervativi Yeni il hədiyyəsi kimi göndərib.
B.Hacıyevin sosial şəbəkədə də paylaşdığı həmin məktubu aşağıda təqdim edirik:
“Azercell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevə.
Hörmət Vahid müəllim,
Sizi qarşıdan gələn 2018-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Fürsətdən istifadə edib, nəzərinizə çatdırıram ki, 14 dekabr 2017-ci il tarixdə Belçikada səfərim zamanı Azercell rouminq xidmətindən istifadə edərək, Böyük Britaniyada zəng çatmayan nömrəyə zəng cəhdimə görə tərəfinizdən 18.2 AZN balansımdan silinmişdir.
Hörmətli Vahid müəllim,
Azercell MMC-nin 31 Avropa ölkəsində tariflərini diqqətlə incələdim. Digər istiqamətlərə zənglər 31 ölkədə, 59 tərəfdaşınızda adınız kimi vahid tarifdə, 1.5 AZN olduğu halda, Belçikadakı ikinci tərəfdaşınızla 18.2 AZN tarif təqdim etmisiniz. Bu 31 ölkədən ən az 10 ölkədə cəmi bir rouminq tərəfdaşı operatorla sazişiniz olduğu halda, hansı zərurət yaranmışdı ki, müştəriləriniz üçün Belçikada ikinci, digər tariflərdən nə az, nə çox, 12 dəfə yüksək tarif təqdim edən saziş imzalamısınız?
Bütün bu və digər keyfiyyətsiz xidmətlərinizi, müştəri xidmətlərinizdəki əməkdaşların qeyri-peşəkarlığı, kobudluğu və Azercell rəhbərliyinin “biz hər zaman haqlıyıq, müştəri haqsızdır” yanaşmasını nəzərə alaraq, sosial şəbəkələrdəki səhifələrinizdə etiraz əlaməti olaraq səhifənizi qiymətləndirməyin mümkün olmadığını xatırladaraq, narazı müştəriləriniz adından Yeni il münasibəti ilə kiçik, ucuz hədiyyəmizi qəbul etməyinizi rica edirəm. Azercell bizə öyrətdi ki, yüksək qiymətlər heç də hər zaman yüksk keyfiyyətlə mütənasib deyil. Çin istehsalı bu hədiyyələrimizin qiyməti ucuz olsa da, keyfiyyətinin yüksək olduğu deyilir. 2018-ci il sizin üçün düşərli olsun və tarifləriniz daim qalxsın.
Hörmətlə,
Bəxtiyar Hacıyev
15 illik müştəriniz”.

***
“Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza”

Məktubun məzmunundan da anlaşıldığı kimi, hər şey Azercell-in müştəridən çatmayan zəngə görə balansından sildiyi 18.2 AZN-lik konturdan başlayıb. Məsələni araşdırmaq üçün B.Hacıyev şirkətin müştəri xidmətləri ilə əlaqə saxlamış, ofislərinə getmiş, rəsmi Facebook səhifələrinə yazmış, amma nəticə hasil olmamışdır. Facebook səhifəsində müştərinin hesabı bloklanmış və onun yazmasına qadağa qoyulmuşdur.
“Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırır… Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm” – deyə B.Hacıyev olayın necə “perezervativ” mərhələsinə qədər şişdiyini izah edir.
Məlum hədiyyədən sonra Azercell-in Tvitter səhifəsinə heç nə yazmamağına baxmayaraq, onun bu sosial şəbəkədəki hesabına da blok qoyulub. Bununla bağlı Azercell-in müştəri xidməti ilə əlaqə saxlayan B.Hacıyev bu dəfə daha tədbirli davranaraq, bunu sosial şəbəkədəki hesabından canlı yayıma bağlamış və qeydə almışdır. Ən maraqlı hadisə də bu zaman qeydə alınıb.
Belə ki, B.Hacıyev müştəri xidmətinin əməkdaşına “Azercell”-in sosial şəbəkələrdəki səhifələrində, xüususən də Tvitterdə ona niyə blok qoyulması ilə bağlı sual ünvanlayıb. Əməkdaş ona xətdə gözləməyi tövsiyyə edir və yanındakı xanım əməkdaşa mövzunu izah edib kömək istəyir. Xətt açıq olduğu üçün xanım əməkdaşın cavabını həm B.Hacıyev, həm də canlı yayımı izləyən minlərlə insan eşitmiş olur: “”Uy daaa, Bəxtiyar Hacıyev, yığıb bizi boğaza…”

Burada diqqətçəkən daha bir maraqlı məqam var ki, B.Hacıyev sosial şəbəkə istifadəçilərinin diqqətini bu məqama çəkir: “Azercell mənim Tvitterdə hesabımı blok edib. Amma Tvitterdə onlarla bağlı dünənə qədər heç nə yazmamışdım və Azercell həmin hesabın mənə məxsus olub-olmamasını identifikasiya edə bilməzdi. Facebookda yazılan bir məsələyə görə, müştərinin digər sosial şəbəkələrdəki hesablarını da necə identifikasiya ediblər və bloklayıblar?”. Haqlı sualdır, Azercell bunu necə, niyə və hansı əsasla edib?
Belçikadakı şübhəli partnyor- burada korrupsiya izi varmı?
B.Hacıyevin də qeyd etdiyi kimi, Azercell rouminq xidməti bütün Avropa ölkələrində 1.5 AZN-lik xidmət təklif etməsinə baxmayaraq, Belçikada iki partnyorla çalışır. Onlardan birində xidmət 2.5 AZN, digərində isə 18.2 AZN dəyərindədir. Onda sual yaranır, Belçikada 2.5 AZN-lik xidmət göstərən partnyor şirkət varsa, yenidən 18.2 AZN-lik xidmət satan başqa bir şirkətlə müqavilə bağlamaq nəyə lazım idi?
Eyni hal Böyük Brtinaiyada da müşahidə olunur. 1.5 AZN-lik partnyorla yanaşı, 5.8 AZN-lik xidmət təklif edən ikinci partnyor seçilib.
“Niyə Azercell-in özünə daha baha xidmət təklif edən ikinci partnyor seçməsi anlaşılan deyil. Adətən belə sərfəli olmayan müqavilələrin bağlanmasında “şapka” rol oynayır” – deyə bu məqamı haqqin.az saytına şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
"Azercell" ilə Bəxtiyar Hacıyev arasında qalmaqal (FOTO / YENİLƏNİB)
“Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir”
“Azercell Telekom” MMC B.Hacıyevin şikayəti ilə bağlı Qaynarinfo-ya rəsmi mövqeyini göndərib.
Şirkətin cavabını olduğu kimi dərc edirik:
“Abunəçi Bəxtiyar Hacıyevin şikayəti ilə əlaqədar bildiririk ki, qeyd edilən nömrə ilə əlaqədar aparılmış əməliyyatlarda, həmçinin zənglərin müddətləri və digər xidmətlərdən istifadəyə əsasən dəyərin hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir”.
Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmadıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır.
Hazırda qüvvədə olan tariflərə əsasən rominq xidməti çərçivəsində Belçikanın “Proximus” (Belgacom) operatorunun şəbəkəsində ölkədaxıli istiqamətlərə zəng 4,2 manat, Azərbaycan istiqamətində zəng 17,90 manat, digər istiqamətlərdə zəng isə 18,2 manat (hesablama intervalı 60 saniyə təşkil edir) xidmət haqqı hesablanır. “Azercell Telekom” MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə verir, rabitə xəttini açaraq ona xidmət göstərir, xidmət sonlandırılır və bu xidmətin müqabilində xidmət haqqı hesablayır.
“Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir.
Abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək, həmçinin rominqdən istifadə edərkən müvafiq cihazda şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir.
Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, hazırda qüvvədə olan tariflər, keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Hər hansı abunəçinin, 3-cü şəxsin müraciətinə baxılmaması, vaxtında cavablanmamağı, süründürməçiliyə yol verilməsi ilə bağlı, o cümlədən nömrədən göstərilməmiş xidmətə görə məbləğ silinməsi ilə bağlı irad və qeydlər həqiqətə uyğun deyil və əgər belə hala yol verilməsi faktları mövcuddursa aidiyyəti üzrə baxılması, araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi üçün “Azercell Telekom” MMC-yə təqdim etməyinizi xahiş edirik”/qafqazxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vahid Mürsəliyev "Azercell Telekom"un prezidenti təyin edilib

    Vahid Mürsəliyev "Azercell Telekom"un ...

    1-12-2015, 13:24

  • 
  • Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edildi

    Vahid Mürsəliyev 1 dekabr 2015-ci tarixindən ...

    3-12-2015, 00:37

  • 
  • Azercell-in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü

    Azercell-in prezidenti Beynəlxalq Rabitə ...

    1-06-2016, 00:06

  • 
  • Azercell “İlin Mobil Operatoru” seçildi

    Azercell “İlin Mobil Operatoru” seçildi ...

    21-12-2015, 19:24

  • 
  • Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı

    Azercell şirkətdə 20 il çalışan işçilərini ...

    15-12-2016, 21:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu