GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə

Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə

Tarix: 24-12-2017, 13:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 410
Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - sensasion gəlişmə



Çovdarov sabiq şefini satıb; keçmiş nazirin ölkədən çıxardığı 1 milyardla bağlı müstəntiqə ifadə verdiyi deyilir; Fazil Məmmədovun da 4.5 milyardlıq “qara pul” əməliyyatı “MTN işi”nə birləşdirilə bilər

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov dekabrın 15-də Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsində yenidən dindirilib. Sabiq nazirlə bağlı istintaq hərəkətləri davam etdirilib. İstintaqın gedişi ilə bağlı yayılan məlumatlarda iddia edilir ki, Eldar Mahmudov ölkədən çıxarılan daha 1 milyard dolların taleyi ilə bağlı dindirilir. Bu 1 milyard onun oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülüb.

Sayt yazır ki, istintaq prosesində yenilik də üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

Yada salaq ki, Eldar Mahmudovu buna qədər Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə artıq 2 dəfə dindiriblər. Əvvəlki dindirmələrin əmisi oğlu və köməkçisi vəzifəsini daşımış Vüqar Mahmudovun cinayət işi çərçivəsində gerçəkləşdiyi bildirilirdi. V.Mahmudov ləğv olunmuş MTN Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Eldar Mahmudovun dekabrın 15-də istintaqda dindirilməsi ilə bağlı yayılan xəbərdən isə belə aydın olur ki, sabiq naziri ölkədən 1 milyard dollar çıxarılması ətrafında sorğu-sual ediblər. Mümkündür ki, keçmiş nazir həmin pulları ölkədən hazırda həbsdə olan əmisi oğlu Vüqar Mahmudovun vasitəsilə çıxarıb. V.Mahmudov bu il noyabrın 3-də həbs edildikdən sonra belə xəbərlər yayılmışdı ki, ondan Eldar Mahmudovun həbsinə əsas ola biləcək ifadələr alınıb.

Bildirilirdi ki, V.Mahmudov E.Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Vüqar Mahmudovun rəhbərlik etdiyi iddia olunur. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını - qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.

Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar vardı. Deyilirdi ki, yaxın zamanlarda Çingiz Əsədullayev də Vüqar Mahmudovun işi üzrə istintaqa dəvət edilərək həbs oluna bilər. Buna qədər də mətbuatda “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu.

Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə deputat olan bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş. Belə xəbərlər də var ki, Eldar Mahmudovu “sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər.

2015-ci ilin oktyabrında “MTN işi” başladılan günlərdə bu xəbərlər yayılsa da, ötən 2 il ərzində məlumatlar araşdırılmamış qaldığı kimi görünürdü. İndi isə aydın olur ki, istintaq bu məsələləri araşdırmaqdadır. Bundan başqa həmin günlərdə “MTN işi”nin digər nazirliklərə sıçrayacağı da gözlənilirdi. 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində həqiqətən də araşdırmalar başlandı. Belə xəbərlər yayıldı ki, “MTN işi” araşdırması çərçivəsində Eldar Mahmudov çetesinin bir qolu da Vergilər Nazirliyinə uzanıb. Həmin günlərdə məsələ Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədovun işdən çıxarılması və istintaqa cəlb olunması ilə məhdudlaşdı.
Yayılan xəbərlərə görə, ölkədən iri məbləğlərin çıxarılması məsələləri paralel olaraq Vergilər Nazirliyinin işdən qəfil uzaqlaşdırılan rəhbərliyi - sabiq nazir Fazil Məmmədov və komanda üzvlərinin barəsində aparılan qeyri-rəsmi araşdırmaların mövzusudur. Fazil Məmmədovla Eldar Mahmudovun qarşılıqlı dəstək şəkilində ölkədən iri məbləğlərin çıxardıqları iddia olunur. Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən “qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olur. “ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür.

Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib. Qeyd olunurdu ki, 2013-cü ildə Samir Qurbanov Vergilər Nazirliyində işdən çıxarılandan sonra tabel silahı ilə Vergilər Nazirliyinin əsas giriş qapısına, video kameralara atəş açıb. Bundan sonra Fazil Məmmədov onu həbs etdirib. Amma onu çox həbsdə saxlaya bilməyib. Belə ki, Samir Qurbanov və qardaşı Fazil Məmmədovu Xaləddin İsgəndərovun gizlinlərini ictimailəşdirməklə təhdid ediblər. Bildiriblər ki, onların iştirakı və üzərlərindən gerçəkləşdirilən maxinasiyalar haqda danışacaqlar. Həmin vaxt mətbuatda Fazil Məmmədovun özəl və biznes xəbərləri, o cümlədən hətta xaricdəki bank hesabları barədə təfərrüatlar mətbuata sızdırılmağa başlamışdı. Bundan sonra vergilər naziri çetesi daxilində yaranan ciddi problemin sülh yolu ilə həlli istiqamətində addımlar atıb. İlk addım kimi də Samir Qurbanovu həbsdən çıxartdırıb.

Vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində Cinayət-Axtarış İdarəsinin rəisi işləmiş Samir Qurbanovun azad olunandan sonra ölkədən getdiyi haqda da xəbərlər var. Mümkündür ki, Fazil Məmmədovla əlaqəli aparılan səssiz araşdırmaların bir elementi də bu məsələ olsun. Vergilər Nazirliyinin sabiq rəhbərliyi haqda araşdırmalar rəsmi xarakter alarsa, Qurbanovların əli ilə görülən qara işlər də üzə çıxacaq. Ən azı istintaq materiallarında yer ala bilər. Mümkündür ki, sabiq nazirlərin - Eldar Mahmudovla Fazil Məmmədovun işi bir icraatda birləşdirilsin./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır - Sensasion gəlişmə

    Eldar Mahmudovla Fazil Məmmədovun həbsi reallaşır ...

    16-12-2017, 10:21

  • 
  • Eldar Mahmudovla Fazil Məmmədovun 4.5 milyardlıq əməliyyatı

    Eldar Mahmudovla Fazil Məmmədovun 4.5 milyardlıq ...

    20-12-2017, 11:46

  • 
  • Eldar Mahmudovla Fazil Məmmədovun 4.5 milyardlıq əməliyyatı

    Eldar Mahmudovla Fazil Məmmədovun 4.5 milyardlıq ...

    17-12-2017, 22:18

  • 
  • Eldar Mahmudovu 4-cü dəfə dindirdilər - 1 milyardlıq “qara pul” ittihamı

    Eldar Mahmudovu 4-cü dəfə dindirdilər - 1 ...

    18-12-2017, 12:56

  • 
  • Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

    Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 ...

    16-12-2017, 14:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu