GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimiyyət Kərəm Həsənovun maliyyə xəyanətini bağışlamadı - Sensasion gizlinlər...

Hakimiyyət Kərəm Həsənovun maliyyə xəyanətini bağışlamadı - Sensasion gizlinlər...

Tarix: 7-01-2018, 19:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 035
Hakimiyyət Kərəm Həsənovun maliyyə xəyanətini bağışlamadı - Sensasion gizlinlər...


Eldar Mahmudov kimi offşora milyonları gizli şəkildə transfer edən komitə sədri ilə haqq-hesabı çürüdülməsi və MTN-lə şərikli cinayətlərinin əfv olunmaması "Gündəm-Xəbər"də...

Onun nəzarətində olan regiona kuratorluğunun əlindən alınması, müəssisələrinə əl qoyulması, qardaşının növbəti parlament seçkilərinə buraxılmaması, komitənin ləğvi prosesi gedir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun offşora çıxardığı milyonların, Avropada daşınmaz əmlaka yatırdığı pulların haqq-hesabı çürüdüləcək.
Bu barədə "Gündəm Xəbər"ə verilən özəl məlumata görə, hakimiyyətə xəyanət edən və oğurlanan pulları xaricə transfer edən yüksək çinli məmurların siyahıya alınması prosesi getməkdədir.

İqtidara pul xəyanəti

Əmlak Komitəsinin sədri də siyasi iqtidardan pul gizlədən məmurlardan biri kimi təsbit olunub.
Sadəcə, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkədən çıxardığı 1 milyarddan çox maliyyənin haqq-hesabına baş qarışdığı üçün K.Həsənov növbəsini gözləməkdədir.
Elə Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 3 milyardlıq korrupsiya əməliyyatı araşdırmasında Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun və qardaşı, deputat Malik Həsənovun adı keçirdi.
Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil - millət vəkilinə qadağan edilmiş biznesdən.
Amma hakimiyyət Həsənovlara inanmır. Onların daha çox pul ölkədən çıxardıqları və şəxsi biznes investisiyasına ayırdıqlarından şübhələnirlər.
2018-ci il komandasında K.Həsənova yer olmayacağını bildirən analitiklərin sözlərinə görə, adı "qara siyahı"ya düşən fiqurlardan biri də komitə rəhbəridir.
Onun nəzarətində olan regiona kuratorluğunun əlindən alınması, kombinat və müəssisələrinə əl qoyulması, qardaşının növbəti parlament seçkiərinə buraxılmaması, ƏMDK-nin ləğvi prosesi getməkdədir.
Siyasi hakimiyyət əsl ondan pul gizlədənləri bağışlamır və K.Həsənovun da aqibətinin yaxşı olmayacağı söylənir.
Vaxtilə sabiq nazir Fərhad Əliyevə, onun karyera yüksəlişində rolu olan həmyerlisinə etdiyi siyasi xəyanət, istintaqda əleyhinə ifadə verməsi hökumətin yuxarı eşelonunda yaddan çıxmayıb.
Bu jestinə görə vəzifəsi yüksəldilən K.Həsənovun "ustadına kəm baxan" bir məmur kimi ad qazanması heç iqtidar rəhbərliyində də bəyənilən hal deyil. Yəni, yerlisinə qahmar çıxmayan adam iqtidara da xəyanət edə bilər.

Kərəm Həsənovun həyat kredosu

Necə ki, MTN işində Eldar Mahmudovla işbirliyi, dövlətə və vətəndaşlara qarşı qanunsuzluqlarda iştirakı, offşora pullar çıxarması artıq hakimiyyət tərəfindən xəyanət kimi qiymətləndirilib.
Bir müddət əvvəl "quyruğu qapı arasında" qalan komitə sədri media emissarlarını hərəkətə keçirmişdi.
Onların minnətçi düşməsini nəzərə alan bəzi KİV-lər K.Həsənovla bağlı faktların üzərindən müvəqqəti sükutla keçməyə başladı. Amma komitə sədrinin haqqında faktlar səngimədi.
Son olaraq Bakı Apellyasiya Məhkəməsi Kərəm Həsənovun sifarişi, Eldar Mahmudovun göstərişi ilə mənzilinə tapança qoyulub həbs olunmuş Mətləb Mustafayevə bəraət hökmü verdikdən sonra komitə rəhbərinin mövqeyi laxlayıb.
Bir vaxtlar övladının toyunda Eldar Mahmudovun əlindən tutub yallı gedən, badəsini Eldar Mahmudovla toqquşdurmaqla onun himayəsində olduğunu ətrafındakılara nümayiş etdirən Kərəm Həsənov çətin duruma düşdüyünü anlayır.
Sabiq MTN generalı Elçin Quliyevin məhkəmədə “Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun göstərişi ilə qoymuşduq” ifadəsi də böyük rezonansa səbəb olmuşdu.
Eldar Mahmudovun MTN-də çalışan peşəkar bir polkovnikin qardaşının şərlənməsinə göstəriş verməsi də onun Kərəm Həsənovla nə dərəcədə yaxınlığını sübut edirdi.
Ancaq Elçin Quliyevin bu bəyanatından sonra çoxları gözləyir ki, qanun Kərəm Həsənovun da yaxasından yapışacaq.
Əgər MTN rəhbəri qandallanarsa, komitə sədrinin ən azı işdən çıxarılacağı dəqiqləşəcək.
Onsuz da ölkə rəhbərliyi reyestr xidməti, sənədləşmə işlərini ASAN xidmətə verməyə hazırlaşır. Komitənin bəzi səlahiyyətləri azaldılıb.
Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması müşahidə olundu.
Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu.
Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov - Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb.
Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.

Mahmudovla-Həsənovun şərikli binası

"Gündəm Xəbər"ə verilən özəl məlumata görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Nəsimi rayonu 159 nömrəli orta məktəbin idman meydançası və yaxınlıqdakı istirahət parkının sahəsinin “yığcamlaşdırılması” hesabına hündürmərtəbəli bina tikilib.
Qeyri-rəsmi məlumatlara görə, bu binanı Eldar Mahmudovla Kərəm Həsənov şərikli tikdiriblər.
Birinci qolunun zoruna, ikinci torpağın boş və istifadəsiz olması barədə yəqin ki, Nəsimi rayon Bələdiyyəsinin verdiyi qərarı əsas götürüb saxta sənəd verməklə tikiblər.
Əslində bələdiyyə sədrini qınamaq olmaz. Bələdiyyənin qərarını verməsəydi Eldar Mahmudov onun da cibindən silah, yaxud mənzilindən narkotika tapdıracaqdı.
Amma qərarı verəndə qara qarğışla veribmiş ki, həmin binadan bu günə qədər də mənzil satılmır.
Kərəm Həsənov yəqin şəriki Eldar Mahmudovun ətrafında cərəyan edən hadisələrin sonunu gözləyir.
Ümumiyyətlə, ölkədəki bütün daşınmaz əmlakın qeydiyyata alınıb mülkiyyət hüququ verilməsi barədə Prezident İlham Əliyevin göstərişi olmasına baxmayaraq, Kərəm Həsənovun tabeliyində olan Reyestr Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri davam edir.
Binəqədi, Yasamal, Sabunçu, Qaradağ rayonlarında ötən əsrin 50-60-cı illərində tikilmiş fərdi yaşayış evlərinə çıxarış verilməsi üçün vətəndaşdan “Budyonnı dövrü”ndən qalma sənədlər tələb etməkdə məqsədi nədir?
Bakı şəhərinin Binəqədi, Yasamal, Qaradağ, Suraxanı, Sabunçu və digər rayonlarında bələdiyyə qərarları ilə inşa olunmuş minlərlə yaşayış evlərinə çıxarış verilmədiyinə baxmayaraq, həmin bələdiyyə qərarları ilə tikilmiş ticarət obyektlərinə çıxarış verəndə nəyin əsas götürüldüyünü Kərəm Həsənov necə izah edə bilər?
Necə ola bilər ki, eyni qurum tərəfindən eyni ərazi üzrə verilmiş qərar əsasında inşa olunan fərdi yaşayış evinin birinə çıxarış, digərinin təqdim etdiyi sənədlərə isə “əndərəbadi” cavablar verilir.

MTN çətiri altında "Azinko"

Əldə etdiyimiz xəbərə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyinə gəlmiş-getmiş demək olar ki, bütün şəxslərin bu illər ərzində hansı qanunsuzluqlarda, cinayətlərdə iştirak etdiyi barədə dosyelər ökə rəhbərliyinin masasında var.
Bundan əlavə ƏMDK-da, onun tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin istər Bakı Şəhər Ərazi İdarəsində, istərsə də digər rayon və şəhər ərazi idarələrindəki qanunsuzluq, korrupsiya, rüşvətxorluq faktlarına dair geniş məlumatlar prezidentə təqdim edilib.
Hətta son illər Əmlak Komitəsindəki korrupsiya və qanunsuzluqlar beynəlxalq təşkilatların hesabatlarına belə düşməyə başlayıb.
Bu cür geniş miqyaslı qanunsuzluqların baş verməsi təbii ki, ƏMDK-nın rəhbərliyinin, o cümlədən sədr Kərəm Həsənovun, müavinləri Rafiq Cəlilovun və Rüstəm Şahbazovun da fəaliyyətini diqqət mərkəzinə gətirir.
Onların ƏMDK-nın strukturlarında, o cümlədən Rafiq Cəlilovun birbaşa nəzarətində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində yığılan milyonlarla manat rüşvətdən xəbərləri yoxdurmu? İnandırıcı deyil.
Kərəm Həsənovun çoxsaylı zavodlara, şirkətlərə, obyektlərə, tikinti firmalarına, 1000 hektarlarla kənd təsərrüfatı məhsulları istehsal edən ərazilərə və sair malik olduğu bildirilir.
Onun adı həmçinin ölkədə, xüsusən paytaxtda aparılan söküntü-tikinti işlərində xərclənən 100 milyonlara nəzarət edən şəxslərdən biri kimi çəkilir.
Uzun illər MTN rəhbəri Eldar Mahmudovun çətiri altına girən Kərəm Həsənov rəhbəri olduğu komitəni korrupsiya və rüşvət yuvasına çevirərək, həm də ölkənin tanınan holdinqlərindən birinə “AZİNKO” holdinqə sahibdir.
Kərəm Həsənovun paytaxdakı hündürmərtəbəli şüşəli binaların təmizliyi ilə məşğul olan firma yaradıb.
Artıq şüşəli binaların təmizlənməsi ilə məşğul olan Kərəm Həsənov başqa firmaları bazardan çıxarır. Burada söhbət külli miqdarda vəsaitdən gedir.
Bakıdakı otellərin, bankların və digər ictimai obyektlərin üzünün təmizlənməsi böyük məbləğdə vəsait deməkdir.
Bir neçə firma vardı ki, bu işləri həyata keçirirdi. İndi Kərəm Həsənov həmin obyektlərə müraciət edib ki, başqa firmalarla işləməsinlər.

Həsənovun sonunu yaxınlaşdıran faktlar

Kərəm Həsənovun artıq hakimiyyətdə nüfuzunu itirdiyini sübut edən daha bir fakt bir müddət əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədovun Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovu sərt şəkildə tənqid etməsi idi.
Rahib Kərimov Kərəm Həsənovun kadrıdır. Heydər Əsədovun müşavirədə ən sərt tənqidə məruz qoyduğu şəxslərdən biri məhz Rahib Kərimov olub. Hətta bəzi iddialara görə, nazir onu tutduğu vəzifədən azad etməyə hazırlaşır.
Elə həmin ərəfədə sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov Kərəm Həsənovun fəaliyyətini tənqid etmişdi.
O sual edirdi ki, nə üçün dövlət başçısı bundan sonra dövlət əmlakının özəlləşdirilməsi işini bu komitəyə etibar etmək istəmədi:
"Çünki hökumət dövlət əmlakının özəlləşdirilməsinin iqtisadiyyata ciddi töhvələr verəcəyini gözləyirdi – bu isə baş vermədi, Dövlət Əmlak Komitəsi bu gözləntiləri doğrulda bilmədi.
Komitə tərəfindən illər öncə özəlləşdirilən əksər dövlət müəssisələrinin fəaliyyəti bu gün yox dərəcəsindədir. Çünki Əmlak Komitəsi bu obyektləri özəlləşdirərkən onların sonrakı taleyinin necə olacağının fərqində olmayıb.
Elə bu səbəbdəndir ki, hazırda ölkənin müxtəlif bölgələrində özəlləşdirildikdən sonra qapılarına qıfıl vurulmuş onlarla müəssisələrə rast gəlmək mümkündür".

Rahib Bəxtiyarov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənov imkanlı adamları MTN-nə necə satırmış?- KOMİTƏ SƏDRİ ELDAR MAHMUDOVA 200-Ə YAXIN "İŞ" VERİB

    Kərəm Həsənov imkanlı adamları MTN-nə necə ...

    17-11-2016, 00:21

  • 
  • MTN-dəki dəstənin ölümə bais olduğuna dair sensasion iddia: Eldar Mahmudov-Kərəm Həsənov ittifaqı - VİDEO

    MTN-dəki dəstənin ölümə bais olduğuna dair ...

    4-11-2015, 15:42

  • 
  • Kərəm Həsənovu hədəfə gətirən ŞOK səbəb - Eldar Mahmudovla Fərhad Əliyev faktoru

    Kərəm Həsənovu hədəfə gətirən ŞOK səbəb - Eldar ...

    21-04-2017, 16:12

  • 
  • Kərəm Həsənovun gizli kadr islahatı

    Kərəm Həsənovun gizli kadr islahatı ...

    11-04-2013, 11:08


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu