GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şabranda feodalizm dövrü məktəbi

Şabranda feodalizm dövrü məktəbi

Tarix: 8-01-2018, 16:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 638
Şabranda feodalizm dövrü məktəbi


İcra başçısı və Təhsil şöbəsi nədən Başəmirxanlı kənd sakinlərinin problemlərinə biganədir?

Son illər Azərbaycanda təhsil sahəsində mühüm işlər görülsə də, bir sıra problemlər təəssüf ki, hələ də qalmaqdadır. Onu da qeyd edək ki, dövlət məmurları, xüsusən də təhsil sahəsinə cavabdeh olan səlahiyytəli şəxslər tez-tez bir məsələni vurğulayırlar: son illər Azərbaycan xeyli məktəblər tikilib, təmirə ehtiyacı olan məktəblər təmir edilib, orta məktəblərin madi-texniki bazası gücləndirilib və s. Ədalət naminə qeyd edək ki, həm paytaxtda, həm də regionlarımızda yeni məktəblərin tikintisi, bəzilərinin isə təmiri ilə bağlı xeyli işlər görülüb. Lakin elə məktəblər də vardır ki, tikintisi on illər öncə başlasa da, hələ də başa çatdırılmayıb. Təhsil sahəsində qabarıq nəzərə çarpan digər bir məsələ isə təhsilin keyfiyyətidir. İşıqlı, yaraşıqlı məktəblər tikilsə də, çox təəssüflər olsun ki, orta məktəblərdə təhsilin keyfiyyəti hələ də bərbad vəziyyətdə qalmaqda davam edir. Bu gün heç kimə sirr deyil ki, repetitor insititutu orta məktəblərin fəaliyyətini kölgədə qoyub. Elə məhz buna görə də valideynlər övladlarını orta məktblərdən daha çox repetotorlara etibar edirlər. Bu isə əlbəttə, pulsuz başa gəlmir. Başqa sözlə, Azərbaycanda orta dövlət təhsili pulsuz olsa da, əslində reallıqda vəziyyət tamamilə başqa cürdür. Pulun hökm sürdüyü təhsil sahəsində validenynlərin şikayətləndiyi digər problem isə şagirdlər arasında diskriminasiya problemidir. Bu, az qala istisnasız olaraq, bütün məktəblərə aiddir. By günün gerçəkliyi ondan ibarətdir ki, şagirdlər bacarığına görə deyil, daha çox valideynlərinin imkanlarına görə qiymətləndirilirlər. Kəsəsi, orta məktəblərdə varlı və kasıb uşaqlarına qarşı ayrıseçkilik edilir, birincilərə daha çox üstünlük verilir.

Redaksiyamıza daxil olan növbəti şikayət məktubu da elə sadaladığımız problemlərlə bağlıdır. Şikayət məktubu isə Şabran rayonundan daxil olub.
Rayonun Başəmirxanlı kənd sakinləri yazırlar ki, kənddə orta məktəbinin tikintisinə 1988-1990-cı illər arası qərar verilib: “Bundan sonra həmin məktəbin təməli qoyuldu və tikintisi yarımçıq saxlanıldı. 1997 və 1998-ci illərdə həmin məktəbin 1-ci mərtəbəsi başdansovdu hazırlandı. İkinci mərtəbəsi tam tikintisiz qalır. Birinci mərtəbəni təmir etməklərinə baxmayaraq, orada keçilən təhsil sıfır vəziyyətindədir”.

Kənd sakinləri yazırlar ki, məktəb direktoru Atakişi İbrahimov müəllimlərə nəzarəti başlı-başına buraxıb: “Bu səbəbdən müəllimlər şagirdlər arasında ayrı-seçkilik salır. Belə ki, kənd məktəbində müəllimlər siniflərdə varlı ailələrinin övladlarını ön partalarda əyləşdirir və onlara xüsusi dərs keçirlər. Ancaq kasıb ailələrin övladları arxa sırada diqqətdən kənar vəziyyətdə saxlanılır. Bu da hansısa maraqlar əsasında həyata keçirilir”.
Sakinlər bildirirlər ki, Başəmirxanlı kənd orta məktəbinin istilik sistemi bərbad vəziyyətdədir: “Belə ki, kənd məktəbi bu günə qədər qazlaşdırılmadığına görə hal-hazırda odun peçlərindən istifadə olunur. Odun sobalarından düzgün istifadə olunmur. Yəni, ocaqçı gündə bir dəfə gələrək peçləri necə gəldi yandırır və məktəbi tüstüyə bürüyüb gedir. O, bununla da işini bitmiş hesab edir”.
Başəmirxanlı kənd sakinlərinin narazılığı həm də ondan ibarətdir ki, qonşuluqda yerləşən Vələsli kəndində 30-40 təsərrüfat olmasına baxmayaraq, həmin kəndin məktəbi 2 mərtəbədən ibarətdir və məktbədə bütün şərait var: “Ancaq bizim kənd 350 təsərrüfat olmağına baxmayaraq, məktəbimiz normal standartlara cavab vermir. Yəni, bərbad vəziyyətdədir. Sanki rayon rəhbərliyinin Başəmirxanlı kəndi ilə hansısa bir ədavəti var.
Bizi adam yerinə qoymurlar. Övladlarımızın gələcəyinin necə olacağını bilmirik. Buna görə də kimin ayağı yer tutursa, kəndi tərk edib başqa şəhərlərdə ev kirayəliyir və iş qurur ki, övladını oxuda bilsin”.
Kənd sakinləri redaksiyamıza ünvanladıqları şikayət məktubunda bildirirlər ki, Şabran rayon Təhsil Şöbəsinin rəhbərliyi Başəmirxanlı kəndini gözdən-könüldən uzaq sayıb, baş verənləri Təhsil Nazirliyindən gizlədə bilir. Sakinlər redaksiyamızdan xahiş edir ki, problemlərini qəzetimiz vasitəsi ilə nazirliyin diqqətinə çatdıraq.
Sakinlər bildirir ki, məktəb direktorunun oğlu Nişad İbrahimov ibtidai sinif müəllimi işləməyinə baxmayaraq, şagirdlərə lazımi təhsil verə bilmir. Belə ki, bu cür müəllimlərdən bir neçəsi də işlə təmin olunublar.
Sakinlər onu da bildirir ki, yaşadıqları kəndin qazı yoxdur. Baxmayaraq ki, kənd Bakının 150 kilometrliyində yerləşir. Kənddə təsərrüfat işləri ilə məşqul olmaq mümkün deyil. Buna səbəb suyun və örüş yerinin olmamasıdır.
Kənd sakinlərinin sözlərinə görə, onlar sözün həqiqi mənasında olmazın zülmünü çəkirlər: “Meşədən kəndimizə çəkilən suyu “Qalaaltı” sanatoriyası ətrafında yerləşən restoranlara çəkiblər. Buna görə də kənd susuz qalıb. Hətta kəndin yuxarı başında işləməyən artezian olsa da, onu bərpa edən yoxdur. İcra başçısı N.Novruzovun başı öz işlərinə o qədər qarışıb ki, rəhbəri olduğu rayonun kəndlərinə belə nəzarəti itirib. Yollar da bərbad vəziyyətdədir”.
Şikayətçilər bildirirlər ki, “Azəryol” ASC və “Azərkörpü” ASC kəndin yollarını istifadə zamanı dağıdıb. Ancaq dağılan yolları bərpa etməkdən boyun qaçırırlar. Sakinlər bildirir ki, “Azərkörpü” ASC öz üzərinə düşən yolun bir hissəsini bərpa etsə də, “Azəryol” ASC hələ də dağıtdığı yolu bərpa etməyib.
Beləliklə, Başəmirxanlı kəndində, eləcə də buradakı orta məktəbdə dözülməz vəziyyət yaranıb. Validenylər məktəbdəki dözülməz vəziyyətdən və təhsilin keyfiyyətindən olduqca narazıdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi, eləcə də Şabran Rayon Təhsil Şöbəsi bu yazıdakı faktlara diqqət yetirəcək və adı çəkilən məktəbdə həm normal şəraitin yardaılması, həm də təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbir görəcəklər. Kənddə su, qaz, yol və digər problemlərə gəlincə isə bu, ilk növbədə rayonun icra başçısını və müvafiq dövlət strukturlarının məsuliyyət daşıdığı bir məsələdir. Ümid edirik ki, bu yazıdan sonra, icra başçısı, eləcə də yol, su və qaz məsələsinə məsul olan dövlət qurumları kənd sakinlərinin narahatlığına həssaslıqla yanaşacaq və onların problemlərinin həllinə yardımçı olacaqlar.

Samir
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil şöbələrinə xəbərdarlıq 11 illik təhsil ləğv olunur

    Təhsil şöbələrinə xəbərdarlıq 11 illik təhsil ...

    23-01-2017, 10:56

  • 
  • Ali məktəblər rayonlara köçürüləcək? - AÇIQLAMA

    Ali məktəblər rayonlara köçürüləcək? - AÇIQLAMA ...

    27-12-2013, 01:50

  • 
  • Təhsil Nazirliyi ilə bağlı qərar

    Təhsil Nazirliyi ilə bağlı qərar ...

    13-07-2014, 11:41

  • 
  • Sabiq komitə sədri Təhsil İdarəsinə ETİRAZ ETDİ: Təhsili pullu etmək ABSURDDUR

    Sabiq komitə sədri Təhsil İdarəsinə ETİRAZ ETDİ: ...

    1-10-2017, 16:28

  • 
  • Deputat rusdilli məktəblərin büdcədən maliyyələşməsinə son qoyulmasını istədi

    Deputat rusdilli məktəblərin büdcədən ...

    3-02-2014, 15:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu