GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə

Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə

Tarix: 9-01-2018, 11:09 Bölmə :GündəmXəbər / Manşet Baxış: 547
Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə


Binəqədi İcra Hakimiyyətində yoxlamalar başlayıb; istintaq qrupu yaradıldığı iddiası var

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məzuniyyətə göndərilib. Belə iddialar var ki, başçı məzuniyyətdən geri qayıtmayacaq. Bu haqda redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Xaləddin İsgəndərov vəzifəsindən məzuniyyət qaydasında uzaqlaşdırılandan sonra Binəqədi Rayon İcra Hakimiyyətində gizli yoxlamalar başlanıb. İlkin olaraq Xaləddin İsgəndərovun fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur. Üzə çıxanlar isə çox ilginc faktlardır.

28 milyon parka gedib, yoxsa ciblərə axıb?

Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Parkdakı kafe-restoran başçının oğlunun əmlakına necə çevirilib?

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib. Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ planda hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. O gündən Elnur İsgəndərovun bahalı “Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşınını Binəqədi İcra Hakimiyyəti önündə ara-sıra görən olub. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müavini vəzifəsi olub.

Oradakı iş yerinə də Elnur İsgəndərov o qədər də həvəs göstərməyib. Onun Binəqədi Rayon İcra Hakimiyətindəki vəzifəsi haqda da elə də geniş məlumat yoxdur. Bilinən odur ki, icra hakimiyyətinin binasındakı bir otaqda oturub. Həmin otaqda rayonda ev tikmək, obyekti genişləndirmək, torpaq məsələləri həll olunub. Atasının “yerdə qalan məsələlər” üzrə “müavin”i kimi işə gedib-gəlib.

Bundan başqa, məzuniyyətə göndərilən Xaləddin İsgəndərovu müvəqqəti əvəzləyən 1-ci müavini İlqar Süleymanovun, rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun, başçının qardaşı övladları Valeh və Nicatın da fəaliyyətləri araşdırma mövzusudur. Bu şəxslərin adları mətbuatda Binəqədi rayonu ərazisində torpaq zəbti, tikinti-söküntü işlərinə rəhbərlik edən vəzifə daşıyıcıları kimi keçib. Valehin Bakıda bir neçə yerdə əmlakları da müəyyən edilib. Onun bir xanım aparıcıya villadan savayı İnqilab küçəsində mənzil, İstanbulda da əmlak aldığı xəbərləri də araşdırma mövzusudur.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib. Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

Məzuniyyətə çıxarılan başçı əsəbiləşdi, vəziyyəti pisləşdi və Almaniyaya aparıldı

Gələn məlumatlara görə, Xaləddin İsgəndərov məzuniyyətə göndəriləndən sonra səhhətində problemlər şiddətlənib. Mətbuatda ötənlərdə yazılanlara görə, Xaləddin İsgəndərov baş ağrılarından əziyyət çəkir və buna görə də mütəmadi müalicə olunur. O da bir çox məmurlar kimi müalicə üçün Almaniyaya gedib-gəlir. Adətən mart ayında müalicəyə gedən Xaləddin İsgəndərovun ilin əvvəlində Almaniyaya getməsini onun əsəbiləşməsi və baş ağrılarının şiddətlənməsi ilə əlaqələndirirlər.

Bu arada, gununsesi.info etibarlı mənbəyə istinadən Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımların atılmağa başlaması haqda məlumat yayıb. Sayt yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib. Məlumatda həmçinin o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb. Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Yanvarın 7-si istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar. Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində “moyka” açıb - REPORTAJ, FOTOLAR

    Xaləddin İsgəndərov icra hakimiyyətinin həyətində ...

    30-03-2016, 17:24

  • 
  • Xaləddin İsgəndərov prokurorluqda dindirildi

    Xaləddin İsgəndərov prokurorluqda dindirildi ...

    26-05-2015, 15:33

  • 
  • Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın cəriməsi var- DYP-nin sistemindən

    Xaləddin İsgəndərovla oğlunun 3 min manata yaxın ...

    6-10-2016, 00:37

  • 
  • İcra başçısı qulluqçularına 12 min maaş verir

    İcra başçısı qulluqçularına 12 min maaş verir ...

    20-04-2015, 22:34

  • 
  • Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra nümayəndəsi... - NARAZILIQ VAR...

    Xaləddin İsgəndərovu qəzəbləndirən ərköyün icra ...

    26-05-2016, 21:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu