GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda “davam edir 37”- Həkimlərin kütləvi narazılıqlarının son həddi, - 6 aylıq körpənin taleyi təhlükə altındadır

Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda “davam edir 37”- Həkimlərin kütləvi narazılıqlarının son həddi, - 6 aylıq körpənin taleyi təhlükə altındadır

Tarix: 11-01-2018, 15:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 219
Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda  “davam edir 37”- Həkimlərin kütləvi narazılıqlarının son həddi, - 6 aylıq körpənin taleyi təhlükə altındadır


H. Qədirova institutun əməkdaşlarını təhqirdən , fiziki güc tətbiq etməkdən belə çəkinmir

Rəhbərlik etdiyi müəssisədə üsyan ab-havası formalaşdıran, tibb personalını narazı salan bir şəxsin öz tələbə yoldaşına qarşı nə qədər səmimi olduğu şübhə doğurur


Redaksiyamıza Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda çalışan əməkdaşların narazılıqlarını əks etdirən silsilə yazılar dərc edilib. Həmin məqalələrdə institutun əməkdaşlarının yeni təyin olunmuş direktor Həqiqət Qədirovanın əməllərinə kəskin etirazı, onların ölkə başçısına, birinci vitse-prezidentə, eləcə də Səhiyyə nazirinə müraciətləri əks olunub.
Xatırladaq ki, Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda yeni direktor təyinatından sonra narazılıqlar səngimir. Belə ki, institutun kollektivi xəstəxanaya direktor təyin olunan Həqiqət Qədirovanın idarəçilik metodları ilə barışmaq istəmir, onun fəaliyyətinin xəstəxananı uçuruma sürüklədiyini bildirirlər. Öz əməlləri ilə bütöv bir kollektivdə kütləvi narazılıqlar, üsyan ab-havası formalaşdıran H. Qədirova instituta gəldiyi gündən problemləri həll etmək, çatışmazlıqları aradan qaldırmaq əvəzinə əməkdaşlara qarşı müxtəlif vasitələrlə təzyiqləri gücləndirmək, onları işdən azad etmək yolu ilə diktatura rejimi formalaşdırıb.
Həqiqət Qədirova əvvəllər rəhbərlik etdiyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində də yarıtmaz fəaliyyətinə görə kollektivin kütləvi etirazına görə işdən qovulub. Lakin, yenidən etimad göstərilərək instituta rəhbər təyin olunmasına baxmayaraq keçmiş səhvlərini düzəltmək əvəzinə daha böyük iddialarını ortaya qoyaraq öz bildiyini etməkdədir.

“Nazirin tələbə yoldaşıyam, məni şəxsən təyin edib, heç kimdən qorxmuram”

Məlumat verən institut əməkdaşları bildirir ki, H. Qədirovanın əməlləri heç bir sərhəd tanımır. Səhiyyə naziri O. Şirəliyevin tələbə yoldaşı olan direktor sanki öz əməlləri ilə səhiyyə sistemində görülən işlərə kölgə salmaq istəyir.
İnstitut əməkdaşlarının böyük qisminin məvacibləri azaldılıb. “Nazirin tələbə yoldaşıyam, məni şəxsən təyin edib, heç kimdən qorxmuram” deyərək direktor istədiyini edir.
Rəhbərlik etdiyi müəssisədə üsyan ab-havası formalaşdıran, tibb personalını narazı salan bir şəxsin öz tələbə yoldaşına qarşı nə qədər səmimi olduğu şübhə doğurur.
Müraciət müəllifləri bildirir ki, Həqiqət Qədirova çox hörmətli və bütün həkimlərimizin böyük hörmət qoyduğu Səhiyyə nazirimizin tələbə yoldaşı olmasından sui-istifadə edir: “Onun nəinki cərrahiyyədən, ağciyər və vərəm xəstəliklərindən belə xəbəri yoxdur. Lakin, institutun cərrahi konsiliumuna rəhbərlik edir, əməliyyatlar zamanı faciələrə yol açan qərarlar qəbul edir. Cərrahi konsiliuma digər cavabdeh isə Faiq Ağayevdir, ixtisasca bronxoloqdur. Buna nə ad vermək olar? Qətliam, soyqırım!” deyə institutun kollektivi həyacan təbili çalır.

İndi Respublika Ağ Ciyər Xəstəlikləri İnstitutunda sanki represiya dövrü hökm sürür. Direktorun xoşuna gəlməyən, yaxud “kriteriyalar”ına cavab verməyən əməkdaşlar kütləvi surətdə işdən uzaqlaşdırılır.

Direktorun özünəməxsus “kadr siyasəti”

“gundemxeber.az bildirir ki, Rubrika.az saytında gedən yazılardan sonra qısa müddət sakitlik hökm sürsə də artıq institutda represiyaların növbəti dalğasına start verilib.
Bildirilir ki, H. Qədirova direktor təyin olunduğu 10 ay ərzində biri tibb elmləri doktoru olmaqla 4 aparıcı mütəxəssis işdən azad olunub. Amma, direktorun “qurbanlar”ı bununla bitmir. Hədəfdə reanimasiya şöbəsinin sabiq müdiri, aparıcı həkim Vüqar Səfərov, Uşaq vərəm şöbəsinin sabiq müdiri, tibb elmləri namizədi Səbinə Məmmədova, rengenoloq Arif Qurbanov, Vərəm cərrahiyyəsi şöbəsinin sabiq müdiri Zaur Həsənov, USM həkimi Xatirə Əliyeva, Döş qəfəsi cərrahiyyə şöbəsinin elmi işçisi, tibb elmləri namizədi Cəmil Ələkbərov, həmçinin laborotoriya şöbəsinin müdiri və işçiləri vardır. Direktor özünəməxsus “kadr siyasəti” yürüdərək represiyaları tam sürəti ilə davam etdirir. Belə ki, əvvəlcə şöbə müdirlərini vəzifəsindən azad edir, sonra isə ard-arda bir neçə töhmət verərək tamamilə işdən uzaqlaşdırır.
İnstitut əməkdaşlarının müxtəlif vasitələrlə işdən uzaqlaşdırıldığını bildirən şikayətçilər bildirir ki, “əvvəl işçiyə töhmət verir, sonra yanına çağırıb hədə-qorxu gələrək bildirir ki, ərizəni yazmasan töhmət verəcəyəm, nazirliyə təqdimat yazacağam. Bu hədələrə tab gətirməyən xeyli həkim işdən getməyə məcbur olub.
“Vərəm cərrahiyyə şöbəsinin elmi rəhbəri, tibb elmləri doktoru Kamal Əliyev də işdən getməyə məcbur edildi, yerinə isə qanunsuz olaraq direktora “vəzirlik” edən bronxoloq Faiq Ağayev təyin edildi. Kamal Əliyevdən sonra institutda vərəm cərrahiyyəsi iflic vəziyyətinə düşüb, əməliyyatlar aparılmır. 50 çarpayılıq şöbədə məcburən 5-10 xəstə yatır. Cərrahi fəsadlar zamanı xəstə yaxınlarını həkimlərin üzərinə qaldırır, onları prokurorluğa, polisə şikayət etməyə çağırır.Kollektivin artıq səbri tükənib.”
Müraciətdə institutun aparıcı cərrahı, elmlər namizədi, aprel döyüşlərinin iştirakçısı, Səhiyyə Nazirliyinin cərrahı Cəmil Ələkbərova göstərilən qərəzli münasibətdən xüsusilə bəhs olunur. Bildirilir ki, “ilk öncə “xəttin pisdir” deyərək onun həkimlik fəaliyyətinə qadağa qoydu, daha sonra isə özəl xəstəxanaya gedirsən bəhanəsi ilə işdən qovmaqla hədələdi, iclaslarda təhqir etməyə başladı. Səbəb isə həqiqətən də ağlamalıdır: C. Ələkbərovun özü xəstə olduğu halda xəstələrin təkidli xahişi ilə işə gələrək 2 ağır xəstəyə yardım etməsi, onları ölümdən xilas etməsidir. Bunun əvəzində təşəkkür almaq əvəzinə töhmətləndirildi. H. Qədirova “gəlsin mənə yalvarsın, üzr istəsin, izahat yazsın, bəlkə onu bağışladım” deyərək C. Ələkbərovu təhdid edir. Hətta şöbə müdirini çağıraraq tələb edib ki, Cəmil həkimin 2 gün işə gəlməməsi haqqında təqdimat yazsın.
Cəmil Ələkbərovun həkimlik fəaliyyəti qanunsuz dondurulduğuna görə cərrahi əməliyyatlara müdaxilə edə bilmir. Bu günlərdə isə bu əsl faciəyə yol açacaqdı. Belə ki, şöbə müdiri əməliyyatı işə yeni götürülmüş həkimlə etməyə məcbur edildi, xəstə qanaxma ilə təkrar əməliyyata alınaraq həyatı zorla xilas edildi. Direktorun kini, qəzəbi, nifrəti artıq insan tələfatına yol açmaqdadır.”
İnstitut əməkdaşlarının müxtəlif vasitələrlə işdən uzaqlaşdırıldığını bildirən şikayətçilər bildirir ki, “əvvəl işçiyə töhmət verir, sonra yanına çağırıb hədə-qorxu gələrək bildirir ki, ərizəni yazmasan töhmət verəcəyəm, nazirliyə təqdimat yazacağam. Bu hədələrə tab gətirməyən xeyli həkim işdən getməyə məcbur olub. 15 il institutda reanimatoloq işləyən, 4 uşağa tək baxan ( bir övladı yüksək balla Türkiyədə oxuyur) Ruhiyyə Abdullayevanı da bu yolla institutdan uzaqlaşdırıb. İnstitutda yeganə USM həkimi olan Xatirə Əliyevanı da eyni üsulla-töhmət vermək, şərləmək, hədə-qorxu yolu ilə işdən qovmaqla hədələyir.”
Şikayətçilər Həqiqət Qədirovanın işçiləri müxtəlif üsullarla təhdid etdiyini bildirən müdhiş faktlar açıqlayıblar: “Səbinə Məmmədovaya əvvəlcə şəxsi hesabına şöbəni tam təmir etdirdi, daha sonra isə töhmət verərək işdən uzaqlaşdırdı. Səbinə xanım şöbənin təmirinə 20 min manat vəsait xərcləyib, amma H. Qədirova nazirliyə məlumat verib ki, təmiri özü edib. Labaratoriya əməkdaşları da eyni təhdidlə üz-üzə qalıblar. Belə ki, həkimləri məcbur edib ki, təmir edin, onlar da 20 min manat kredit götürərək təmir ediblər, indi də işdən qovulmaqla hədələnirlər.”

Verilən məlumatlardan məlum olur ki, H. Qədirova xüsusilə gənc kadrlara qarşı amansız rəftarı ilə seçilir. Onun “qara siyahısı”nda olanların demək olar ki, hamısının gənc mütəxəssislər olması diqqət çəkir. Direktorun gənclərə belə antipatiyasının olmasının səbələrini isə hələ ki, bilən yoxdur. Əvəzində Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarından keçməyən, zəif nəticələr göstərən, tibb fəaliyyəti ilə məşğul olmağa icazəsi olmayan yaşlı həkimlər önə çəkilirlər. Düzdür, yaşlılara hörmət etmək hər kəsin borcudur. Amma, bunu gənc kadrları qurban vermək, onların gələcəyinə balta çalmaq hesabına etmək heç bir qanuna, insafa sığmır.
Müraciət müəllifləri bildirir ki, H. Qədirova institutun əməkdaşlarını təhqir etməkdən, fiziki güc tətbiq etməkdən belə çəkinmir. Heç bir mizan-tərəziyə, qanuna sığmayan belə əməlləri ilə idarəçilik tarixində ilkə imza atan direktorun fəaliyyəti yəqin ki, gələcəkdə dərsliklərə salınaraq səhiyyə tarixinin “qara səhifələri” kimi öyrəniləcək.

Hüquq-mühafizə orqanlarının işə qarışması vacibdir, əks təqdirdə 6 aylıq körpənin taleyi təhlükə altındadır

Müraciətdə bildirirlir ki, labaratoriyanın işçisi Təranə Həsənova direktor tərəfindən bütün kollektivin önündə təhqir olunub. Onun hamilə olduğunu bildiyi halda xalatını çəkərək əynindən çıxartdı.
Stress keçirən əməkdaş hamiləliyinin pozulacağından qorxur, həyacanlanır, ağlayır. Stress keçirən ananın və hələ dünyaya gəlməyən 6 aylıq körpənin taleyi təhlükə altındadır. Keçirilən stresin və qəbul edilən antidepresantların təsirindən vaxtından əvvəl təhlükəli “pataloji doğuş” baş verə bilər. Gənc ailə hər an faciə ilə üz-üzə qalıb. Təranə Həsənovanın həyat yoldaşı, anestezoloq-reanimatoloq Elşən doktor direktor tərəfindən töhmət alaraq işdən çıxarılıb.Direktor onlara əsl “ailə dramı” yaşadır. Baş verən faciələr isə bitmək bilmir!”

Bu barədə T. Həsənova ölkə başçısına, Səhiyyə nazirinə şikayət ərizəsi yazıb. Lakin, onun çoxsaylı müraciətlərinə indiyə qədər heç bir rəsmi münasibət bildirliməyib. Görəsən H. Qədirovaya öz tabeliyində olan şəxsə fiziki güc tətbiq etmək, təhqir etmək, alçaltmaq səlahiyyətini kim verib. Və bu qədər etirazlara, müraciətlərə baxmayaraq indiyə qədər onu müfdafiə edən, qoruyan, bütöv bir kollektivin haqq səsinə məhəl qoymayan gizli qüvvə kimdir?

“İnstitutda müayinəyə gələn hərbi çağırışçılar və sağlam əhali vərəmli xəstələrlə eyni yerdə müayinə olunaraq vərəmə yoluxdurulur.

İnstitutda baş verən daha dəhşətli faktlar isə insanın qanını dondurur :
“İnstitutda müayinəyə gələn hərbi çağırışçılar və sağlam əhali vərəmli xəstələrlə eyni yerdə müayinə olunaraq vərəmə yoluxdurulur. Həkimlərə xəstələri müayinə etmək üçün maneələr yaradılır. Belə ki, vərəmə yoluxmaqdan qorxan 68 yaşlı direktor özü əyləşən korpusa xəstə buraxmır. Buna görə də həmin korpusda işləyən həkimlər digər korpuslara getməyə və yaxud həyətdə ağacların altında xəstə müayinə etməyə məcbur olurlar. “
Müraciətdən də göründüyü kimi, H. Qədirovanın fəaliyyəti Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətini tamamilə iflic edib. Direktor heç bir qanunlara məhəl qoymur, özünü həkim kimi yox, hakimi-mütləq kimi apararaq əməkdaşları təhqir və təhdid edir. Bütöv bir kollektivə qarşı belə bir münasibət sərgiləmək hüququnu H. Qədirovaya kim verib?
İnstitutun kollektivi bir daha prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Səhiyyə naziri O. Şirəliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralova, Azərbaycan Respublikasının Daxili işlər naziri R.Usubova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi M.Quliyevə müraciət edərək kömək istəyirlər:

“H. Qədirovanın fəaliyyəti elmi tədqiqat institutunu iflic vəziyyətinə salıb. Cərrahiyyə şöbələrinin fəaliyyəti tam dayanıb, vaxtilə 230-dan çox xəstənin müalicə aldığı institutda bu gün 60-70 xəstə müalicə alır.
Kollektivimiz ümummili liderin ideyalarına, dövlətçiliyimizə sadiq insanlardan təşkil olunub, həkimlərimiz YAP-ın üzvləridir. Amma, H. Qədirova bizi narazı salmağa, çıxılmaz vəziyyətə düşməyə vadar edir. Səhiyyə nazirliyi bizim haqq səsimizə cavab vermir, baş verən haqsızlıqlara biganəlik göstərir. Bu isə institutun kollektivini çox narahat edir. Əgər nazirlik bizim tələblərimizə etinasız münasibət göstərməyə davam edərsə, məcbur olub Prezident Aparatının önünə gedib cənab prezidentdən kömək istəyəcəyik. Çünki, daha belə davam edə bilməz!”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Respublika stadionuna yeni direktor təyin edildi

    Respublika stadionuna yeni direktor təyin edildi ...

    14-10-2015, 15:18

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • Akademiya institutları həm medianın hesabına çörək yeyir, həm də mediaya minnət qoyur

    Akademiya institutları həm medianın hesabına ...

    8-11-2013, 12:17

  • 
  • CBC TV-yə yeni baş direktor təyin edildi

    CBC TV-yə yeni baş direktor təyin edildi ...

    15-11-2017, 01:00

  • 
  • AMEA-da 2 milyonluq yeyinti – Tofiq Hacıyev olayının şok gizlinləri...

    AMEA-da 2 milyonluq yeyinti – Tofiq Hacıyev ...

    28-09-2015, 21:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu