GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədov yeznəsinə milyonları necə qazandırıb…

Fazil Məmmədov yeznəsinə milyonları necə qazandırıb…

Tarix: 16-01-2018, 12:50 Bölmə :GündəmXəbər / Manşet Baxış: 587
Fazil Məmmədov yeznəsinə milyonları necə qazandırıb…


Namiq Quliyevin oğluna məxsus “CASPEL” MMC-nin taleyi qaranlıqdır

Keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsindən çıxarılandan sonra onun nazirlikdə yüksək vəzifələrə çəkdiyi yaxınları, qohumları da işdən alınıb. Bunlar arasında təzə qohum olduğu müavini Namiq Əliyev, qrup yoldaşları, həmçinin bacısının əri olan Namiq Quliyev də var.

Qeyd edək ki, F.Məmmədov bir qayda olaraq yaxın çevrəsində olan şəxsləri nəinki Vergilər Nazirliyində işə götürməklə kifayətlənib, həmçinin onlara yüksək vəzifələr, bəzən vəzifəni aşan səlahiyyətlər verib. Belələrindən biri də yeznəsi Namiq Quliyevdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyev ötən ay vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, N.Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində birinci müavin vəzifəsində işləyib. Daha sonra F.Məmmədov onu özünə vergi cinayətlərinin ibtidai araşdırılması məsələləri üzrə müşavir təyin edib. Elə bu vəzifədə işlədiyi dövrdə də nazir qaynı onu ali dövlət mükafatı almağa namizədlərin siyahısına salıb. Nəticədə 2015-ci ilin sentyabrında dövlət başçısının sərəncamı ilə ona 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib. 2016-cı ilin fevralında isə F.Məmmədov yeznəsini müşavirlikdən azad edərək yenidən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna təyin edib. Bununla da adı çəkilən departament rəisinin müavinlərinin sayı 3-ə çatıb.

N.Quliyev nazir qaynının “səxavətindən” yalnız fəxri ad almaq üçün yararlanmayıb. Belə ki hələ ad almazdan 4 il əvvəldən - 2011-ci ildən N.Quliyevin oğluna məxsus olduğu deyilən “CASPEL” MMC-nin gətirdiyi nəzarət-kassa aparatları və POS terminalları vergi ödəyicilərinə məcburən satılıb.

“Yeni Müsavat”ın həmin vaxt əldə edərək ictimailəşdirdiyi sənədlərdən aydın olur ki, 15 noyabr 2011-ci il tarixdə Vergilər Nazirliyində nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının iclası keçirilib. İclasın 48 nömrəli protokoluna görə, komissiyaya vergilər naziri Fazil Məmmədov sədrlik edib. İclasın gündəliyində dayanan məsələ nəzarət-kassa aparatlarının yeni modellərinin dövlət reyestrinə daxil edilməsi olub. Sadə dillə desək, komissiya vergilər naziri Fazil Məmmədovun bacısı - yəni N.Quliyevin oğlunun adına rəsmiləşdirilmiş “CASPEL” MMC-nin ölkəyə gətirdiyi kassa aparatlarının satışını təşkil etmək üçün qərar verib.

Qərarı əks etdirən protokolda göstərilir ki, “4613-XXX” tipli İBM POS terminalının və “Mini-T 400 ME” markalı nəzarət-kassa aparatları qüvvədə olan texniki tələblərə cavab verdiyi üçün “Ticarət, iaşə, xidmət və digər fəaliyyət sahələrində əhali ilə nağd hesablaşmaların aparılmasında tətbiq olunan nəzarət-kassa aparatlarına Texniki Tələblər”in 2-ci bəndində nəzərdə tutulmuş 3-cü qrup kompüter uçot sistemli aktiv nəzarət-kassa aparatları qrupuna aid edilib.

İclasda F.Məmmədovun özü də çıxış edib. Yekun qərarda göstərilir: “”4613-XXX" tipli İBM POS terminalının əhali ilə nağd pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən bütün obyektlərdə, o cümlədən yanacaqdoldurma məntəqələrində, “Mini-T 400 ME” markalı nəzarət kassa aparatlarının isə yanacaqdoldurma məntəqələri istisna olmaqla əhali ilə nağd pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən digər bütün obyektlərdə tətbiqinə icazə verilsin".

Elə bu “icazə”dən sonra iş adamlarının qara günləri başlayıb. Onların hamısı “CASPEL” şirkətinin satdığı kassa aparatlarını almağa məcbur ediliblər. Sahibkarlara açıq bildirilib ki, şirkət vergilər nazirinin bacısı oğlunundur, kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq. “4613-XXX” tipli aparatın öz qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat təşkil edib. Beləliklə, bir kassa üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə tələb edilib ki, hər kolonkaya bir aparat qoyulsun. Yəni YDM-də 4 kolonka varsa, onun sahibi 4 aparat almalı, 10 min manat pul ödəməliydi. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkət bu aparatları 240 manata satırdılar.

“Mini-T 400 ME” aparatını isə sahəsi 50 kvadratmetrə qədər olan obyektlərə qurşadırmağı tələb ediblər, onu “CASPEL” 700 manata satıb. Başqa kassa aparatı satan şirkətlər isə analoji cihazı 150 manata satırdılar. Maraqlı burasıydı ki, “Mini-T 400 ME” aparatının istifadəsi istehsal olunduğu Rusiyada 2006-cı ildən qadağan edilmişdi.

Beləliklə də, Azərbaycana kassa aparatı gətirən 20-dək iş adamı müflis olundu, bütün bazar verildi F.Məmmədovun yeznəsi və bacısı oğlunun nəzarətinə. Bu alverdən sabiq nazir və qohumları onlarla milyon manat qazanc əldə etdilər. Sahibkarlar isə bir qədər itirdilər.

Onu da qeyd edək ki, “CASPEL” MMC qeyd olunan kassa əməliyyatına qədər dövlət satınalmalarında iştirak edərək çoxsaylı tenderlərdən qalib ayrılırdı. Məlum kassa əməliyyatından sonra onun sifarişləri getdikcə artıb. Əsas alıcısı isə əlbəttə, Vergilər Nazirliyi idi. Məsələn, 2014-cü ildə Vergilər Nazirliyi 11 mln. 273,2 min manat məbləğində informasiya-kommunikasiya xidməti alıb. Həmin məbləğin böyük hissəsi məhz “CASPEL” MMC-nin payına düşüb: 5 mln. 747 min manat.

2015-ci ildə Vergilər Nazirliyi “CASPEL” MMC ilə “195" Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64 900 manat, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə texniki xidmətin göstərilməsi üçün 174 085 manat, Zərif müştərilərə (elektron disksiz qurğulara), zərif müştəri serverlərinə, məlumat saxlama avadanlıqlarına, UPS-lərə, printerlərə və digər korporativ şəbəkə və server avadanlıqlarına (Exchange, TMG, Legalands, Spam, Antivirus, Message, Backup serverlər) texniki xidmətin göstərilməsi üçün 365 003 manat, AVİS ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, ”SunServerləri"nə texniki xidmətin göstərilməsi üçün 678 429 manat, İskratel ATS-ə texniki xidmətin, ümumi kompüter şəbəkəsinə rabitə xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi üçün 896 658 manat və Oracle proqram təminatına illik dəstəyin göstərilməs üçün 300 000, “Texniki və Akis sistemi avadanlıqlarının, proqram təminatlarının, kabel çəkilişinin və quraşdırma işlərinin yerinə yetirilməsi”nin satın alınması üçün 579 129,99 manat, kartriclərin satın alınması məqsədi ilə 99 844,52 dəyərində müqavilə imzalayıb.

Ötən il də kifayət qədər bol olan qalibiyyətli tenderlərdə şirkətin sifarişçiləri arasında Vergilər Nazirliyindən əlavə, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər böyük qurumlar var.

Şirkətin İnternet saytında qeyd olunur ki, “CASPEL” Azərbaycan Respublikasının ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət məlumatların ötürülməsi üzrə həll variantlarını, proqram təminatının işlənib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir.

“CASPEL” şirkəti Azərbaycanın bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə də malikdir.

Vergilər Nazirliyinin hüquqi şəxslərin elektron reyestrində yer alan məlumatdan aydın olur ki, “CASPEL” MMC-nin hüquqi təmsilçisi Quliyev Ceyhun Məhi oğludur. Himayədarı vəzifədən alınandan sonra şirkətin taleyinin necə olacağını isə yəqin ki, zaman göstərəcək./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədovun “kassa aparatı” ilişdi: yeznə əldən gedir

    Fazil Məmmədovun “kassa aparatı” ilişdi: yeznə ...

    27-12-2017, 12:10

  • 
  • 13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” yaradır?

    13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” ...

    3-02-2016, 14:01

  • 
  • Fazil Məmmədovun qudası da işdən çıxarıldı

    Fazil Məmmədovun qudası da işdən çıxarıldı ...

    14-01-2018, 20:17

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51

  • 
  • GENERAL AGENT AXTARIŞINA ÇIXIB – VERGİLƏR NAZİRLİYİNDƏ ARA QARIŞIB

    GENERAL AGENT AXTARIŞINA ÇIXIB – VERGİLƏR ...

    25-12-2014, 23:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (342)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu