"Halal İnşaat"dan Qaradağ Sement Zavoduna ağır ittiham
Azərbaycanda məmur təbəqəsi, deputatlar arasında xeyli dərəcdə obyektiv, işini sevən, qanunların aliliyini yüksək tutan peşəkar kadrlar olsa da, təəssüf ki, öz maraqlarını qanundan üstün sayan, şəxsi mənafeyini ön plana çəkən, qanunsuzluqlara rəvac verən, rüşvət, qohumbazlıq və digər bu kimi qanunsuz əməllərlə məşöul olanların sayı da az deyil. Ən acınacaqlısı isə odur ki, bəzi məmurlar, deputatlar belə vətəndaşlara dayaq durmaq,onların hüquqlarını qorumaq əvəzinə, sadə insanların hüquqlarını pozur, onlara maddi ziyan vururlar. ”Gündəm Xəbər”in redaksiyasına daxil olan növbəti şikayət də bununla bağlıdır. Belə ki, redaksiyamıza müraciə etdən Ucar rayonu Alpı kənd sakini Əhmədov Novruz Həsənqulu oğlu deputat İldırım Məmmədovdan şikayətçidir. Redaksiyamıza şikayət məktubu ünvanlayan Novruz Əhmədov yazır aldadıldığını, bununla bağlı müvafiq şəxslərə və instansiyalara müraciət etdiyini, lakin üzləşdiyi problemlə bağlı heç bir tədbir görülmədiyini bildirir: "Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədova məxsus olan Ucar rayonu "Dördyol" ərazisində yerləşən "Halal İnşaat" adlı pərakəndə və topdansatış bazasında saxta tikinti materialları satıb vətəndaşlara ziyan vurulur: "Həmçinin alış-veriş zamanı ödənilən pula görə təqdim edilən kassa ödəniş qəbzləri də saxtadır. Ancaq bunun qarşısı alınmır, heç bir tədbir görülmür". Novruz Əhmədov bildiri ki, Ucar rayonunun "Dördyol" ərazisində, Qarabörk kəndində yerləşən "Halal İnşaat" topdan və pərakəndə bazasının əsil sahibi Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur: "Buranı Rafael Məhərrəmov adlı şəxs işlədir. Mağazanın bütün sənədləri Rafaelin atası Maariif Məlik oğlu Məhərrəmovun adınadır. 2017-ci ilin aprel ayı tarixində "Halal İnşaat"dan 180 ədəd 50 kloqramlıq kisə Qaradağ YR-500 markalı sement, 612 metr armatur, 2 maşın qum və 2 maşın doğranmış çınqıl aldım. Həmin materiallarla həyətyanı sahəmdə tikinti özülü hazırlandı, beton töküldü. Ancaq sement tam keyfiyyətsiz olduğu üçün 15 gün keçməsinə baxmayaraq, tökülən beton tam yararsız oldu, bərkimədi. Bunun nəticəsində mənə 3500 manat maddi ziyan dəydi".
Novruz Əhmədov ona satılan sementin keyfiyyətsiz olduğu barədə "Halal İnşaat" bazasına məlumat verdiyini bildirir: "Mağazanı işlədən Rafael Məhərrəmov evimə gəlib tikintiyə baxdı və bildirdi ki, "belə hallar olur, bu bizilik deyil, Qaradağ sement zavodu saxta sement istehsal edirsə, buna mən nə etməliyəm". Bundan sonra mən bu qanunsuzluq, saxtakarlıq barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehsalçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət etsəm də, heç bir tədbir görülmədi. Hətta aldığım tikinti materiallarına görə "Halal İnşaat" bazasına ödədiyim pulun kassa qəbzinin saxta olmasını da mənə Ucar rayonunda yerləşən vergi idarıəsinin əməkdaşı bildirdi. Bunu isə vergidən gəlir yayındırmaq məqsədi ilə edirlər. Bu minvalla "Halal İnşaat" hər ay vergidən küllü miqdarda gəlir gizlətməklə dövlətə ziyan vurur".
Şikayətçi daha sonra bildirir ki, bu qədər saxtakarlıq edildiyi və bu barədə əlində subutları olduğuna baxmayaraq, "Halal İnşaat" barəsində heç bir tədbir görülmədi. Şikayətçinin fikrincə, bu da səbəbsiz deyil. Novruz Əhmədov üzləşdiyi saxtakarlıqla bağlı tədbir görülməməsini belə izah edir: "Bunun səbəbi odur ki, "Halal İnşaat"mağazası sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun himayəsi altında fəaliyyət göstərir. Sonradan mənə dedilər ki, adını halal qoymuş bu bazada haram işlər görülür. Bunu nəticəsindəiə tək mən yox, çoxlu sayda vətəndaşlara ziyan dəyib".
Novruz Əhmədovun bildirdiyinə görə,digər Ucar sakinlərinində bu mağazadan aldıqları Qaradağ sementləri saxta çıxıb və həmin vətəndaşlara da xeyli ziyan dəyib. Lakin vətəndaşlara dəyən bu ziyan ödənilməmişdir.
Şikayətçi Novruz Məmmədov bildiri ki, uzun müddətdir ki, bu saxtakarlıq "Halal İnşaat"-da davam etdirilsə də, heç bir qanunu tədbir görülmür: "Belə çıxır ki, "Halal İnşaat" bazası pul qazanmaq üçün Qaradağ sement zavodu ilə əlbir olub saxta sementləri camaata satırlar. Mən kasıb adamam bir neçə il boğazımdan kəsib tikinti üçün pul yığmışdım ki, o da Ziya Məmmədovun qardaşının himayəsində saxta fəaliyyət göstərən yaramazlara qurban getdi". İldırım Məmədov və onun adamları tərəfindən ona dəyən ziyanın ödənilmədiyini görə Ucar sakini Novruz Əhmədov bu saxtakarlıqla bağlı yuxarı instansiyalara müraciət etmək qərarına gəlib. O, bu barədə yazır: "25 yanvar 2018-ci il tarixdə İqtisadiyyat naziri cənab Şahin Mustafayev Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcək ki, həmin qəbula mən də yazılmışam. Mən mətbuat vasitəsi ilə həm də Azərbaycan vətnədaşlarına müraciət edirəm. Onlara bildirmək istəyirəm ki, Qaradağ sement zavodunun məhsullarını almayın, ehtiyatlı olun, oranın sementləri saxta və keyfiyyətsizdir. Həmçinin İqtisadiyyat Naziri cənab Şahin Mustafayevə, Vegilər Naziri cənab Mikayıl Cabbarova müraciət edib xahiş edirəm ki,Ucar rayonunda saxta və qanunsuz fəaliyyətlə məşğul olan "Halal İnşaat" bazasında ciddi yoxlama aparılmasına tapşırıq verəsinlər. "Halal İnşaat"ın sahibləri və oranı işlədənlər belə saxta və qanunsuz fəaliyyətləri ilə dövlətə, vətəndaşlara küllü miqdarda ziyan vururlar.Onların mənə təqdim etdikləri ödəniş qəbzi saxtadır ki, bu, birbaşa cinayət əməlidir. Müvafiq orqanlardan xahiş edirəm ki, bu faktlarla bağlı ciddi tədbirlər görəsünlər". Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz baş tutumadı. Bununla belə yazıda adı çəkilən şəxslərin, eləcə də Qaradağ Sement Zavodu rəhbərliyinin məsələ ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Şikayətçi Novruz Əhmədova gəlincə, yazdıqlarından da görünür ki, onun hüquqları pozulub. Faktiki olaraq, bu şəxs aldadılmaqla bərabər, həm də xeyli maddi ziyana düşüb. O, hətta bu barədə "Halal İnşaat"ı işlədənlərə məlumat versə, qeyd olunan fakt yerindəcə yoxlanılsa və vətəndaşın haqlı olduğu təsdiqlənsədə, faktiki olaraq, hətta bundan sonra da qarşı tərəf ona dəyən ziyanı ödəməkdən imtina edib. Əvəzində isə "Halal İnşaat" respublikanı sementlətəmin edən böyük bir zavodu saxtakarlıqda ittiham edib. Ümid edirik ki, zavodun rəhbərliyi onun məhsulunu satişı ilə məşğul olanların bu ittihamına aydınlıq gətirəcək və kimin haqlı, kimin haqsız olduğu təsdiqlənəcək. Ona da ümid edirik ki, İldırım Məmmədov illərlə manat-manat yığıb ev tikmək istəyən vətəndaşın pozulmuş hüququnu bərpası üçün əlindən gələni edəcək. Deyilənlər doğrudursa, sabiq nazirin qardaşının saxta sement alveri ilə məşğul olması utancverici olaydır və ümid edirik ki, İldırım Məmmədov bundan nəticə çıxaracaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?