GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Göyçayda dəhşətli cinayət: Prokurorun qohumları evə basqın etdi

Göyçayda dəhşətli cinayət: Prokurorun qohumları evə basqın etdi

Tarix: 8-01-2018, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444
Göyçayda dəhşətli cinayət: Prokurorun qohumları evə basqın etdi


Zərərçəkən Prezident və Baş Prokurora müraciət ünvanlayıb

Azərbaycan hüquq-mühafizə orqanlarında çalışanlar arasında xeyli dərəcdə obyektiv, işini sevən, qanunların aliliyini yüksək tutan peşəkar kadrlar olsa da, təəssüf ki, öz maraqlarını qanundan üstün sayan, şəxsi mənafeyini ön plana çəkən, qanunsuzluqlara rəvac verən, rüşvət, qohumbazlıq və digər bu kimi qanunsuz əməllərlə məşöul olanların sayı da az deyil. ”Gündəm Xəbər”in redaksiyasına daxil olan növbəti şikayət də bununla bağlıdır. Belə ki, redaksiyamıza müraciə etdən Göyçay rayonu, Vaqif küçəsi, dalan 1, ev 3A-da yaşayan Babayev Paşa Babakişi oğlu yerli hüquq-mühafizə orqanlarının fəaliyyətindən narazıdır. O, oğlunun evinə basqın edildiyi, onun vəhşicəsinə döyüldüyünü, lakin bununla bağlı tədbir görülmədiyini bildirir.

Paşa Babayev redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır: “Mənim 79 yaşım var, pensiyaçıyam. Mənim oğlum İsimxanın evində ailəsinin, iki azyalı övladlarının gözü qarşısında döyülərək qarət edilib. Bu cinayətin üstünü bu günə qədər ört-basdır edirlər. Hansı ki, cinayətin üstünün açılması üçün konkret subutlar, şahidlər var”.

Şikayətçi yazər ki, oğlu İsimxanın evinə Xəyal və Qulu Xancanov qardaşları basqın ediblər: “Onlar İsimxanı ailəsinin, azyalı uşaqlarının gözü qarşısında vəhşicəsinə döyərək, ona xəsarətlər yetiriblər, oğlumun evini qarət ediblər”.
Şikayətçinin bildirdiyinə görə, hadisə bu il noyabrın 1-də, gecə saat 11. 0 radələrində baş verib. Belə ki, onun Göyçay rayonunun Çayarxı kəndində yaşayan oğlu İsimxanın evinə qonşuları Xancanov Xəyal Əziz oğlu və onun qardaşı Qulu sərxoş vəziyyətdə basqıb ediblər: “Cinayət törətmiş Xancanov qardaşları hətta oğlumu hədələyiblər ki, şikayət etsən, səni şərləyəcəyik. Bildiriblər ki, səni şərləmək üçün bizi bıçaqla vurmaq istədiyini deyəcəyik. Onlar hətta oğlumun mətbəxindən bıçaq da götürüblər ki, guya oğlum İsimxan həmin bıçaqla onları vurmaq istəyib. Bu hadisə oğlumun ailəsinin, iki azyaşlı uşağının gözü qarşısında baş verib. Gəlnim -İismxanın həyat yoldaşı zəng edib bu barədə böyük oğlum Habilə məlumat verib. Habil hadisə yerinə gedib və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmtinə zəng edərək, baş verənlər barədə məlumat verib”.

Şikayətçi Paşa Babayev bildirir ki, hadisədən bir neçə gün sonra şikayətin araşdırılması Göyçay Rayon Polis Şöbəsinin təhqiqatçısı Qabil Zülfüqarova tapşırılıb: “Qabil Zülfüqarov isə oğlumun evinə basqın edilməsi, onun vəhşicəsinə döyülməsi, evinin qarət edilməsi faktı ilə bağlı başdansovdu araşdırma aparıb. O, cinayət törətmiş Xancanov qardaşları ilə sövdələşib. Nəhayət, Qabil Zülfüarov 11 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar çıxarıb. Polis təhqiqatçısı Qabil Zülfüqarov oğlum İsmixana təkidlə bildirib ki, Xancanov qardaşlarının sənin evinə basqın etdiklərini və cibindən pul götürmələrini izahatında qeyd etmə, eləcə yaz ki, küçədə məni söyüb təhqir etdilər. Təhqiqatçı həmçinin oğluma deyib ki, Xancanov qardaşlarının əsli-kökləri Zərdab rayonundandırlar. Onlar Göyçay rayon prokuroru Muxtar Eminovla qohumdurlar. Oğlum da təhqiqatçının dediyi izahatı təhriklə yazıb”.

Şikayətçi Paşa Babayevin sözlərinə görə, Xancanov qardaşlarının himayədarı Göyçay rayon prokuroru Muxtar Eminovdur: “Onlar prokurorun qohum olduqları üçün rayonda onlara “gözün üstə qaşın var” deyən yoxdur. Bu səbəbdəndir ki, Xancanov qardaşları təxminən 5 gün öncə sərxoş vəziyyətdə idarə etdikləri “Kamaz” markalı avtomobillə avtoqəza törədiblər. Qəza nəticəsində onalrın vurduğu “Jiqulİ” markalı avtomobildə olan bir neçə şəxs ağır bədən xəsarəti alıblar. Həmin yaralılar hazırda xəstəxanada reanimasiya şöbəsindədirlər”.
Şikayətçi Paşa Babayev bu cinayət hadisəsinin də ört-basdır edildiyini bildirir: “Göyçay rayon prokuroru Muxtar Eminov mənim oğluma qarşı quldurluq və xuliqanlıq cinayəti törətmiş Xancanov qardaşlarını açıq-aşkar müdafiə və himayə edir. Mən bir neçə dəfə prokurorun qəbuluna düşmək istəsəm də, o, məni qəbul etməyib. Ümumiyyətlə, Göyçay rayon prokuroru Muxtar Eminov vətəndaşları qəbul etmir. Qəbul işinə ancaq köməkçisi baxır. Prokuror Emin Muxtarovun qanunsuz fəaliyyəti barədə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edirəm. Xahiş edirəm ki, rayon prokurorluğunu şəxsi ofisinə çevirib cinayətkar qohumlarını himayə edən və insanların taleyinə biganə yanaşan prokuror Emin Muxtarovun barəsində qanunu tədbirlər görəsiniz”.
“Gündəm Xəbər” olaraq, ümid edirik ki, Göyçay rayon hüquq-mühafizə orqanları bu şikayəti araşdıracaq və nəticələrə müvafiq olaraq, qanun çərçivəsində tədbir görüləcəkdir.

Samir
P.S.Yazıda adı çəkilən digər şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda silahlı maskalı şəxslər evə basqın edib

    Göyçayda silahlı maskalı şəxslər evə basqın edib ...

    1-12-2015, 13:22

  • 
  • ​“Riyad”ın rəis müavini vətəndaşın EVİNƏ BASQIN ETDİ

    ​“Riyad”ın rəis müavini vətəndaşın EVİNƏ BASQIN ...

    1-11-2017, 18:56

  • 
  • Kürdəmirli ananın fəryadı "Müstəntiq günahsız oğlumu həbsə atdırıb "

    Kürdəmirli ananın fəryadı "Müstəntiq ...

    28-08-2017, 23:12

  • 
  • OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

    OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, ...

    17-12-2015, 16:57

  • 
  • Evə basqın edən şəxs ər-arvadı döydü

    Evə basqın edən şəxs ər-arvadı döydü ...

    10-02-2016, 19:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu