I qrup əlil Baxşəli Bayramov Nəsimi rayon İcra Hakimiyyətindən şikayətçidir.
gundemxeber.az bildirir ki, bu barədə modern.az-a danışan əlil çarəsiz olduğunu deyib:
“3-cü mikrorayon Hüseynbala Əliyev küçəsi bina 22, mənzil 1-də yaşayıram. Əlim-ayağım iflicdir. Kənar şəxsin qulluğuna möhtac olan adamam. 1992-ci ildə rayon İcra Hakimiyyətinin başçısınını qəbulunda oldum. Müraciətimdə hərəkət edə bilmədiyimə görə mənzilin yan hissəsindən qapı açılmasına və eyvan tikilməsinə icazə verilməsini xahiş etdim. İcra başçısı mənə müsbət cavab verdi və buna dair sərəncam imzaladı. 1992-ci ildən həmin sərəncam hissəsində evin yan hissəsində eyvan tikdim. Dəyişikliklə bağlı sərəncam təsdiqlənsə də, cizgi təsdiqlənməyib”.
B.Bayramov himayəsində biri əlil övladı olduğunu da qeyd edib:
“Ailədə 6 nəfərik, uşağımın biri də əlildir. Mən səhhətimə görə eyvan açmışam, özü də bunu icazəli etmişəm. Bir də Mənzil Kommunal Təsərrüfat Birliyinin 33 saylı aktı var. Aktda təsdiq edilib ki, həmin tikili 1992-ci ildə sərəncam əsasında tikilib. Mən sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim etdim ki, əlavə tikili mənzilimin sahəsinə daxil edilsin. Evin ümumi sahəsi 33,7 kvadrametrdir. Mənim istədiyim odur ki, əlavə tikili də ümumi ölçüyə daxil edilsin. Amma indi məni get-gələ salıblar. Mən əlil adamam haradandır məndə 2-3 min manat onlara verim. İstədikləri şirinlikdir, o da məndə yoxdur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?