GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehman Əliyev “Qaynar Qazan”da (I hissə): "Mətbuat Şurası jurnalistləri tutduran və saytları bağladan “işverən qurum” -a çevrilib" - VİDEO

Mehman Əliyev “Qaynar Qazan”da (I hissə): "Mətbuat Şurası jurnalistləri tutduran və saytları bağladan “işverən qurum” -a çevrilib" - VİDEO

Tarix: 25-01-2018, 23:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 477
Mehman Əliyev “Qaynar Qazan”da (I hissə): "Mətbuat Şurası jurnalistləri tutduran və saytları bağladan “işverən qurum” -a çevrilib" - VİDEO


Turan İA-nın direktorru:"Külli Azərbaycan bilmirmi ki, Əflatun Amaşov Əli Həsənovun icazəsi olmadan heç “qlazok” da yeyə bilməz"

Mehman Əliyevlə “Qaynar Qazan”da müsahibə artıq ikinci dairənin başlanmasıdır. Çünki biz “Qaynar Qazan”ı Mehman Əliyevin müsahibəsi ilə başlamışıq. Yəni “Qaynar Qazan” ilk dəfə Mehman Əliyevlə başlayıb. 2015-ci ilin 21 iyul tarixində onunla ilik müsahibəni götürmüş və “Qaynar Qazan” layihəsinə start vermişdik (https://www.youtube.com/watch?v=aCY1c35umcE&feature=youtu.be). O zamandan keçən təxminən 2 il yarımlıq müddətdə 44 müsahibimiz olub. İkinci dairəyə başlayanda 45-ci qonaq kimi yenə Mehman Əliyevi məsləhət bildik. Çünki çoxdan gündəmdə odur. Çoxdan Azərbaycan mediasının ürəyi onun atdığı addımlarla döyünür.
Mehman Əliyev Azərbaycan mətbuatının müstəsna adamlarından biridir. Bu haqda əlavə danışmağa ehtiyac yoxdur məncə. Aradan keçən bu müddətdə Mehman bəyin və Azərbaycan mətbuatının başından çox olaylar keçdi. 18 günlük olsa da, Mehman Əliyev də məhbəsin qaranlıq günlərini gördü, həbsxana divarları ilə rtanış oldu. Onun 18 günlük həbsi sıradan bir hadisə olmadı. Həm ölkə daxilində, həm də ölkə xaricində verilən rezonans Mehman Əliyevin həbsdə çox qalmamasına səbəb oldu. Hakimiyyət güclüdür, tutduğunu buraxmır, amma biz onun nəhayətsiz güclü olmadığını bu olayda gördük. Mehman Əliyev buraxılmasaydı, hakimiyyətin başına nələr gələcəkdi, bilinməz.
Mehman Əliyevlə müsahibə şok faktlarla doludur. Mehman bəy həbsinin səbəblərindən, I vitse-prezident Mehriban Əliyevanın adamları ilə mediada gözlənilən islahatlar barədə apardığı danışıqlardan danışıb. Və açıqca onun həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oynadığı roldan bəhs edib. Bunu Mehman Əliyev deyir – Azərbaycan mətbuatının çox önəmli şəxsiyyətlərindən biri. Və onu da əlavə edir ki, Əli Həsənov bu torbanın tikilməsində tək olmayıb – o, baş prokuror Zakir Qaralovla birlikdə girib prezidentin yanına. Onlar – Əli Həsənovla Zakir Qaralov birlikdə prezidenti inandırmağa çalışıblar ki, Mehman Əliyev 2018-ci ildə onlara problem törədəcək, həbs olunmalıdır. Və… torba tikilib. İndi Mehman Əliyev Əli Həsənovdan və Zakir Qaralovdan yüksək səslə izahat istəyir. “Ya açıqlama verin, ya da təkzib edin.” Nə açıqlama gəlmir, nə də təkzib. Əslində isə normal demokratik ölkələrdə Mehman Əliyev çapında media adamının belə açıqlamasından sonra adı çəkilən hər iki məmur dərhal istefa verməli və ya da istefaya göndərilməlidir.
Mehman Əliyevlə hakimiyyətlə – konkret Mehriban Əliyevanın adından aparılan danışıqlar haqqında daha detallı söhbət etdik. Mətbuat Şurasının və KİVDF-nin yarıtmaz və korrupsioner fəaliyyəti Mehman bəyin dediyinə görə, həm Mehriban Əliyevanın, həm də İlham Əliyevin narahatçılığına səbəb olub. Onlar da bu tənbəlləşmiş və ciddi medianın qəniminə çevrilmiş güruhdan yaxa qurtarmaq istəyirlər. Bu istiqamətdə ciddi danışıqlar gedib. Mehman Əliyevdən bir növ “mətbuatı xilas paketi” istəyiblər, Mehman bəy paketi tələb üzərinə tez də təqdim edib və… həbs olunub. Mən öz şəxsi taleyimdən və fəaliyyətimdən bilirəm ki, Əli Həsənov özünə təhlükə hiss etdiyi anda yeri-göyü necə yandırar və yandırır. Məlum olur ki, Mehman Əliyevin “mətbuatı xilas paketi” təcrübəsizlikdən Əli Həsənova verilib və Əli Həsənov əvvəlcə Əflatun Amaşovu parlamentdə Elmira Süleymanovanın əleyhinə danışdırıb, sonra da Mehmanın torbasını tikib. Yoxsa hamı – külli Azərbaycan bilmirmi ki, Əflatun Amaşov Əli Həsənovun icazəsi olmadan heç “qlazok” da yeyə bilməz.
Bu müsahibə sensasion da sayıla bilər. Mehman Əliyev heç bir zaman bu müstəvidə belə açıq formada savaşa girməyib. Biz bunun şahidi olmamışıq. Madam Mehman bəy artıq belə danışırsa, onu konkret Əli Həsənovun tutdurduğunu deyirsə, Əli Həsənovun yaratdığı və memarı olduğu mətbuat siyasətinin korrupsiyaya bulaşdığını, özünü doğrultmadığını iddia edirsə, Mətbuat Şurasının artıq jurnalistləri tutduran və saytları bağladan “işverən qurum” olduğunu iddia edirsə, KİVDF-nin qərəzkarlıqla özləri arasında pul bölüşdürdüyünü və mahiyyətinə uyğun fəaliyyət göstərmədiyini iddia edirsə, deməli, 2018-ci il həqiqətən maraqlı başlayır və ən azından, mediada maraqlı hadisələr oilacaq. Ona bənzəyir. Ona görə ki, Mehman Əliyev həbs olunandan sonra da Mehriban Əliyevanın adamları ilə görüşüb və sənədin Əli Həsənovun əlinə düşdüyünü də elə onların özlərindən öyrənib.
3 hissədən ibarət müsahibədə çox daha fərqli məqamlar var. Siz AXC-Müsavat hakimiyyəti dövründə də Milli Məclisdə media nümayəndələri ilə keçirilən toplantılar haqqında maraqlı məlumatlar əldə edəcəksiniz. Bizim o qədər maraqlı taleyimiz var ki – media nümayəndələri olaraq…

Beləliklə, “Qaynar Qazan”da 2018-ci ilin ilk qonağı Mehman Əliyevdir. 60 yaşı təzəcə tamam olmuş, Azərbaycan hakimiyyətinin cəmi 18 gün içəridə saxlaya bildiyi, Amerikanın və onun 100 illik qurumlarının şimşək kimi müdafiəsinə qalxdığı mətbuat generalı. Onu dinləyirik. Bu, başqa Mehman Əliyevdir. Yorulmaz savaşçı…

“Qaynar Qazan”da “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevdir…/realliqinfo


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • Mehman Əliyev həbsdə qaldı

    Mehman Əliyev həbsdə qaldı ...

    30-08-2017, 18:16

  • 
  • Mehman Əliyev azadlığa buraxılmadı

    Mehman Əliyev azadlığa buraxılmadı ...

    6-09-2017, 16:00

  • 
  • Əflatun Amaşov: "Mehman Əliyevin azadlıqda olması mühüm şərtdir"

    Əflatun Amaşov: "Mehman Əliyevin azadlıqda ...

    11-09-2017, 14:27

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu