GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yavər Camalovun zavodlarında 4 ildə 4 partlayış

Yavər Camalovun zavodlarında 4 ildə 4 partlayış

Tarix: 8-02-2018, 10:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 330
Yavər Camalovun zavodlarında 4 ildə 4 partlayış


Qəsd, yoxsa səhlənkarlıq - həssas məqamda baş verən hadisə şübhələrə yol açır

Müdafiə Sənayesi Nazirliyinin daha bir zavodunda - Bakının Xətai rayonunda yerləşən “Radioquraşdırma” İstehsalat Birliyində fevralın 6-da yanğınla müşahidə edilən partlayış baş verdi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı yaydığı məlumatda bildirilib ki, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Partlayışın meydana gəlməsi səbəbi haqda məlumat verilmir.

Bu hadisə ötənlərdə baş verən oxşar olayları da diqqət mərkəzinə gətirib...

Partlayış seriyası MSN-i niyə bürüyüb?

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gediblər. Əraziyə ilkin baxış keçirilib.

“Radiozavod” 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılıb. Zavodun ilk məhsulu “Rekord” və “Qranit” lampalı radioqəbuledicilər olub. 2006-cı ildən zavod Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, bu, MSN-in tabeliyində olan və partlayış baş verən ilk zavod deyil. 2015, 2016-cı illərdə Yavər Camalovun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki daha 2 zavodda yanğınla müşayiət olunan partlayışlar baş vermişdi.
2015-ci il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi partlayışdan sonra yaranan suallara cavab vermədi.

MSN-in Şirvandakı zavodundakı partlayışdan 1 ay sonra Müdafiə Sənayesi Nazirliyinin Xəzər rayonu ərazisindəki daha bir zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. MSN-in “İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu.

Əraziyə müdafiə sənayesi naziri Yavər Camalov, onun müavinləri, fövqəladə hallar nazirinin müavinləri və yüksək çinli şöbə rəisləri də getmişdilər. Zavod hərbi təyinatlı və qapalı olduğundan hadisə yerinə mətbuat nümayəndələri buraxılmamışdı. Yanğın yarımzirzəmi, divarları iç tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməyiblər. Rezin materialın yanması nəticəsində əmələ gələn qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlərə ciddi çətinliklər yaradıb. Alov sutka yarımdan sonra söndürülüb. Hərbi təyinatlı zavodda yanğının hansı səbəbdən meydana gəlməsi ictimiyyətdən gizli saxlanıldı. Baş vermiş olay zamanı zavodun işçilərinin xəsarət alması və ya zəhərlənməsi haqda məlumat verilmədi.

Partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da...

SON DƏQİQƏ! Bakıda GÜCLÜ PARTLAYIŞ - Ölən və yaralananların olduğu deyilir

Bir-birinin ardınca, 1 ay fasilə ilə baş verən yanğınla müşayiət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da, Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri toplayaraq onlara xüsusi tapşırıqlar versə də, cəmi 1 il sakitlik oldu.

“Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış xəbəri yenə də Şirvandan gəldi. “Telemexanika” zavodundakı partlayışın səsini yaxınlıqdakı yaşayış binalarının sakinləri eşitmişdilərsə, bu zavodun qonşuluğunda yerləşən “Araz” zavodunda 1 il sonra - 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr aralıdan eşidilirdi. Partlayış zamanı göydə uçuşan mərmilərdən bəziləri hətta Şirvan şəhərinin mərkəzi prospektinə də gedib düşmüşdü. Bu partlayış ölkənin gündəmini dəyişən olaya çevrilmişdi. “Araz” zavodunda baş verən partlayışla da bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlandı, amma nəticə açıqlanmadı...

“Araz” zavodunun sexlərinin birində baş vermiş yanğın və partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişmişdi, sexdə işləyən digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfər ilk tibbi yardım göstərilməklə evlərinə yola salınmışdılar. 9 nəfər isə stasionar müayinə üçün şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Maraqlıdır ki, Müdafiə Sənayesi Nazirliyinin olayla bağlı məlumatında zavodun sexlərindən birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olduğu və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verdiyi qeyd olunurdu.

Ümumiyyətlə isə “Radiozavod”da baş verən partlayışın qəfil prezident seçkilərinin elan olunmasından sonrakı günə təsadüf etməsi şübhələrə də yol açır. Zavoddakı partlayışın qəsdən törədilməsi ilə bağlı iddialar səsləndirənlər də tapılır. Bir maraqlı nüans da odur ki, bu partlayışa qədər, xüsusilə son 15 gündə Bakıda hər gün yanğın və partlayış baş verir. 2018-ci il yanvarın 27-də Bakının mərkəzi küçələrindən birində dəhşətli partlayış meydana gəldi. Partlayışın qaz sızmasından baş verdiyi elan olundu. Sonrakı və əvvəlki günlərdə də oxşar hadisələr baş verib...

MSN-in 4 zavodunda son 4 ildə baş verən yanğınla müşayiət olunan partlayışların hansı səbəbdən meydana gəlməsi sirr olaraq saxlanılır, şəhərin mərkəzində partlayışın səbəbi də elə o formada... Diqqəti cəlb edən daha bir məqam: Dilarə Əliyeva küçəsində yerləşən və partlayış baş verən bina tariximizə qanla yazılan, 2009-cu il aprelin 30-da baş verən dəhşətli bir faciəyə şahidlik etmiş Azərbaycan Dövlət Neft Akademiyasının bir addımlığındadır. Həmin gün Fərda Qədirov əlinə silah alıb ADNA-ya daxil olub qarşısına keçən hər kəsə atəş açmışdı. Qanlı olay zamanı 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanmışdı. Bu olaydan əvvəl isə Bakıda, Xətai rayonu ərazisində bir neçə binanın, uşaq bağçasını qidalandıran transformator məntəqəsində qısaqapanma törədilmişdi. Hadisə yerinə gələn “Azərenerji”nin təmir briqadası transformator məntəqəsinə daxil olmaq istədikdə qapıya quraşdırılmış partlayıcı vasitə partlamışdı. Nəticədə “Azərenerji”nin 2 əməkdaşı hadisə yerində ölmüşdü, bir neçəsi isə yaralanmışdı. O dövrdə bu məsələyə dair geniş açıqlama da verilmədi. ADNA-dakı qanlı hadisə də terror kimi təsbit olunmasa da, bunun miqyasını kiçiltmək mümkün olmadı...

Bu kimi olaylar adətən siyasi həssas məqamlarda baş verdiyindən və prezident seçkisi elan ediləndən bir gün sonra bu partlayışın baş verməsi müvafiq qurumların və vətəndaşların son dərəcə ayıq-sayıq olmasını zəruri edir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FHN Bakıda zavodda baş verən partlayışla bağlı məlumat yaydı

    FHN Bakıda zavodda baş verən partlayışla bağlı ...

    7-02-2018, 12:24

  • 
  • FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı

    FHN Bakıdakı partlayışla bağlı məlumat yaydı ...

    27-01-2018, 12:38

  • 
  • Bakıda yaşayış binasında partlayış

    Bakıda yaşayış binasında partlayış ...

    11-01-2015, 11:52

  • 
  • ​FHN-dən Yasamaldakı yanğınla bağlı məlumat

    ​FHN-dən Yasamaldakı yanğınla bağlı məlumat ...

    2-02-2018, 11:04

  • 
  • Partlayış baş verən hərbi bazada yanğın ram edilib

    Partlayış baş verən hərbi bazada yanğın ram edilib ...

    27-08-2017, 16:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu