GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Bioloji Təbabət”in rəhbərinin adı ölüm işində - İTTİHAM

"Bioloji Təbabət”in rəhbərinin adı ölüm işində - İTTİHAM

Tarix: 9-02-2018, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 450
"Bioloji Təbabət”in rəhbərinin adı ölüm işində - İTTİHAM

Fevralın 7-də Göyçayın Bığır kənd sakini Seyidova Mehriban Sabir qızı Rayon Mərkəzi Xəstəxanasında müəmmalı şəkildə dünyasını dəyişib.

Öskürdüyü üçün həkimə gedən M.Seyidovanın halı qəfildən pisləşib və həkimlərin səhv müalicəsi nəticəsində təxminən saat 22 radələrində vəfat edib.

Nazirliyin aparatları klinikaya daşınıb

Mərhumənin həyat yoldaşı Seyidov Ağasəf Babaş oğlu arvadının ölümündə həkimləri ittiham edib.

Onun sözlərinə görə, Göyçay RMX-nın baş həkimi Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində insanlar yüngül xəstəlikdən səhv müalicə ilə məhv edilirlər.

“Xəstəxanada olan qiymətli təzə müayinə aparatları Elçin Bilalov tərəfindən özünə məxsus “Bioloji Təbabət” klinikasına aparılıb, orada pullu xidmətə verilib.

Həmin aparatlar Səhiyyə Nazirliyi tərəfindən Göyçay rayon Mərkəzi Xəstəxanasına verilib.

Elçin Bilalov isə Göyçay rayon mərkəzi xəstəxanasına baş həkim vəzifəsinə təyin ediləndən əvvəl özünə məxsus “Bioloji Təbabət” xəstəxanasında alver edirdi, indi isə burada davam etdirir”.

Şikayətçi deyib ki, həyat yoldaşı adi öskürəyə görə 20 gün öncə Göyçay xəstəxanasında həkimə müraciət edib və müalicə kursu keçməyə başlayıb.

Onun səhhəti iki gün öncə həkimin səhv müalicəsi nəticəsində ağırlaşıb deyə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.

Seyidov yazıb ki, həyat yoldaşının xüsusi ambulansla Bakıya çatdırılmasına təcili zərurət olsa da, təmin edilməyib.

Ancaq Göyçay Mərkəzi Xəstəxanasına məxsus olan exo müayinə aparatını baş həkim Elçin Bilalov özünə məxsus “Bioloji Təbabət” klinikasına aparıb orada pullu xidmətə verib”.

“Von otsuda, afiristka, tı afiristka”

AzEuroNews.com xəbər verir ki, E.Bilalovun rəhbərlik etdiy i“Bioloji Təbabət” klinikasının adı müxtəlif neqativ işlərdə hallanıb. Bu klinikanın müxtəlif filialları var.

Məsələn, ötən ilin noyabrında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, klinikanın Bakıdakı filialında stomatoloq Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində apardığı əməliyyatı xəstənin narazılığı səbəbindən yarımçıq qoyub və üstəlik onu təhqir edib.

E.Hüseynov bildirib ki, dişindən müalicə alan pasient ödədiyi pula görə klinikadan ona heç bir qəbz verilməyib:

“Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. 20 manat ödədim, ancaq qəbz verilmədi.

Sonra dişimi düzəltmək üçün bir dişə görə 120 manat istədi. Ümumilikdə doqquz dişim üçün 1000 manat verməli idim.

Əvvəlcədən 250 manat həkimə pul verdim. Həmin məbləğə görə mənə qəbz vermədi. Dişim 3 gündən sonra hazır oldu. Yəni koronkalar artıq hazır idi. Ödənişin qalanını istədi.

Ona pulu ödəməyə hazır idim, lakin ödədiyim pulların qəbzini tələb etdim. Həmçinin bildirdim ki, mənə müvəqqəti qoyduğu diş yaxşı oturmayıb, dişim, damağım ağrayır. Çənəmdə yaralar əmələ gəlib.

Bütün bunlardan sonra o mənim üstümə bağırmağa başladı və məni təhqir etdi. Mənə rus dilində “von otsuda, afiristka, tı afiristka” dedi. Əlavə etdi ki, “görərsən, koronkalar başına nə oyun açacaq. Sənə elə belə lazımdır”.

Klinikanın mətbuat xidməti isə iddiaları təkzib edib və qadını böhtan atmaqda günahlandırıb.

Nazirliyin cərimələdiyi klinikanın gerçək sahibi

Ümumiyyətlə, “Bioloji Təbabət” MMC klinikası iş adamına məxsusdur. Tibb ocağının sahibi məşhur “Planeta” apteklər şəbəkəsinin müdiri Elxan Yaqubovdur.

Əslən Göyçaydan olan E.Yaqubovun eyni adda 11 apteki fəaliyyət göstərir. Onun “Bioloji Təbabət” klinikası almanlarla müştərək işləyir.

Bir müddət öncə E.Yaqubovun apteklərində vaxtı keçən dərman preparatlarının satıldığı üzə çıxmışdı.

2015-ci ildə Səhiyyə Nazirliyinin qanun pozuntularına yol verdiklərinə görə cəzalandırdığı klinikalar siyahısında “Bioloji Təbabət” MMC da var idi.

Habelə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləri var idi.

Bir neçə il əvvəl musavat.com yazmışdı ki, E.Yaqubovun apteklərində MTN əməliyyat keçirib. Bundan əlavə, onun narkotikə görə tutulduğu iddiasını da yazmışdılar.

Onun arxasında deputat Ülvi Quliyev və Eldar Quliyevin dayandığı barədə məlumatlar yer almışdı.

İndisə klinikanın Göyçay filialına rəhbərlik edən, rayonun baş həkimi olan E.Bilalov nazirliyin dövlət tərəfindən verdiyi avadanlıqları “Bioloji Təbabət”ə daşıyıb.

Nəticədə rayon xəstəxanasında xəstələrin müalicəsi üçün şərait və keyfiyyət aşağı düşüb, faciəvi ölümə səbəb olub.

Hər halda faktla bağlı istintaq hərəkətləri olacaq və nazirlik də məsələyə münasibət bildirəcək.

Mövzu ilə bağlı Göyçay Mərkəzi Rayon Xəstəxanası ilə əlaqə yaratsaq da, suallarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq./azeuronews.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Taksinin vurduğu şəxs xəstəxanada öldü

    Taksinin vurduğu şəxs xəstəxanada öldü ...

    28-07-2016, 21:56

  • 
  • Göyçayda gənc qadın intihara cəhd edib

    Göyçayda gənc qadın intihara cəhd edib ...

    17-02-2017, 00:31

  • 
  • Tibbdə inqilab: şəkər xəstələrinə şad xəbər

    Tibbdə inqilab: şəkər xəstələrinə şad xəbər ...

    16-08-2017, 11:15

  • 
  • Göyçayda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub

    Göyçayda iki nəfərin bıçaqlanması ilə nəticələnən ...

    7-10-2016, 00:30

  • 
  • Toyda bıçaqlaşma olub

    Toyda bıçaqlaşma olub ...

    7-02-2014, 21:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu