Göyçay rayonunda avtomobilin vurduğu 23 yaşlı oğlan gecə saatlarında Göyçay Mərkəzi Rayon Xəstəxanasında ölüb.
EL TV (Region TV) xəbər verir ki, onun müalicəsi üçün Bakıdan həkim dəvət edilsə də, gəncin həyatını xias etmək mümkün olmayıb.
Xatırladaq ki, ötən gün Göyçay şəhərində rayonun Mallı-Şıxlı kənd sakini Elsevər Xəlilov “VAZ 2109” markalı minik avtomobili ilə yolu keçən piyada, Ərəbşahverdi kənd sakini, 1993-cü il təvəllüdlü Sənan Xanəhməd oğlu Ağarəhimovu vurub. Hadisəni törədən taksi sürücüsü E.Xəlilov saxlanılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?