GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fazil Məmmədov adamlarını ələ verməyə başladı - sensasion gəlişmə

Fazil Məmmədov adamlarını ələ verməyə başladı - sensasion gəlişmə

Tarix: 16-02-2018, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 327
Fazil Məmmədov adamlarını ələ verməyə başladı - sensasion gəlişmə


Sabiq vergilər naziri mümkün həbsdən özünü sığortalamaq üçün müqavimət göstərir; o, “kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur” deməklə nəyə nail olmaq istəyir?

Ötən ilin dekabr ayının 5-də gözlənilmədən vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədov ətrafında yeni proseslər başlayıb. Əslində hər şey görüntü olaraq sabiq nazirin istəyinə uyğundur: ölkədən qaçmayıb, barəsində cinayət işi açılmayıb, hətta rəhbərlik etdiyi idman federasiyasında işini davam etdirir. Amma onun adı ətrafında cərəyan edən məsələlər də var ki, bunu elə F.Məmmədovun özü açıqlayıb.

Fevralın 14-də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan şikayətlərdən danışıb. Şöbə müdiri deyib ki, 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol”a danışan keçmiş nazir heç bir halda qanundankənar iş görülmədiyini bildirib: “Kim şikayət edib məndən?

Bu nədir yazırsız... Heç kimin hesabı qanunsuz dondurula bilməz”. Sabiq nazir onun işlədiyi dövrdə vergilərlə bağlı əlavə ödənişlər tələb edilməsi ilə bağlı tənqidlərə də münasibət bildirib. “Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyə, o bildirib.

Qeyd edək ki, həftənin əvvəlində yeni vergilər naziri Mikayıl Cabbarov F.Məmmədovun rəhbərlik etdiyi vaxtı tənqid edib. “Bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”, deyə, M.Cabbarov vurğulayıb.

Yada salaq ki, yeni təyin edilmiş vergilər nazirinin kollektivə təqdim olunması zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz hdiyev də F. Məmmədovun fəaliyyətini tənqid etmişdi.

Təbii ki, hər bir nazirliyin fəaliyyətində nöqsanlar olur və bu, F.Məmmədovun uzun illər rəhbərlik etdiyi Vergilər Nazirliyinə də aiddir. Bəs niyə F.Məmmədov bu tənqidlərlə razılaşmır? Sabiq nazir niyə narahatdır?

Sabiq nazirin tənqidlərə dözümsüz münasibəti, “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyərək müqavimət göstərməsi əlbəttə ki, təsadüfi deyil. Məlumdur ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər Nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir. Nazirlikdə işdən çıxarılanlar arasında keçmiş nazirin qohumları da var.

F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən ilin dekabrında vəzifəsindən kənarlaşdırılıb. Keçmiş nazirin qudası, vergilər nazirinin müavini Namiq Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam isə yanvarın 12-də verilib. Sabiq nazirin bacısı oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr İdarəsində direktor müavini Elnur İsgəndərov da vəzifəsindən uzaqlaşdırılıb.

Gələn məlumatlar onu deməyə əsas verir ki, F.Məmmədovun komandası canını işdən azad edilməklə qurtarmaya bilər. İddia olunur ki, F. Məmmədovun iri çaplı sahibkarlara qarşı tətbiq etdiyi “dinmə, ver, vergisi”nə məruz qalanların siyahıları tutulur. Onların ödədikləri məbləğlərin hesabatı hazırlanır. Toplanan materialların sonradan cinayət işlərinin əsasını təşkil edəcəyi də istisna deyil. Əldə olunan məlumatlar təhlil ediləndən sonra isə Fazil Məmmədovun kadrlarına qarşı ittihamlar irəli sürülə bilər.

Mümkündür ki, sabiq nazirin işə qəbul etdiyi və yaxın çevrəsinə daxil olan bir neçə iri vergi məmuru qandallansın. Onların isə Fazil Məmmədova qarşı ifadə verəcəyi istisna deyil. Bu səbəbdən də ehtimal etmək olar ki, sabiq nazir indidən özünü sığortalayır və “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur” deməklə, adamlarını ələ verir və məsuliyyəti üzərindən atmaq istəyir./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Administrasiyaya edilən şikayətlərlə bağlı Fazil Məmmədovdan SƏRT AÇIQLAMA

    Administrasiyaya edilən şikayətlərlə bağlı Fazil ...

    14-02-2018, 21:09

  • 
  • “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…” - Fazil Məmmədovdan sərt reaksiya

    “Kim şikayət edib məndən? Bu, nədir yazırsız…” - ...

    15-02-2018, 15:29

  • 
  • Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi reaksiya

    Fazil Məmmədov vəzifədən azad edilib? - Rəsmi ...

    16-11-2015, 15:58

  • 
  • Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 minə

    Fazil Məmmədov bahalı avtomobilini satdırıb – 65 ...

    29-01-2018, 12:13

  • 
  • Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda budur - SİYAHI

    Ramiz Mehdiyev PA rəhbəri oldu - Yeni komanda ...

    1-06-2017, 18:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu