GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bayramov qardaşlarının nazirlik sevdası

Bayramov qardaşlarının nazirlik sevdası

Tarix: 5-03-2018, 20:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 788
Bayramov qardaşlarının nazirlik sevdası


Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlərvar. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq.

Bu sırada təşviş içində olanlarla yanaşı yeni təyinat həsrətində olanlar da var. gundemxeber.az cumhuriyyet.az-a istinadən bildirir ki, bununla bağlı daxil olan məlumata görə, seçkidən sonrakı dönəmdə nazir postu iddiasında olanlar arasında Bayramov qardaşları xüsusilə həvəslidir. Söhbət Maliyyə nazirinin müavini Azər Bayramov və Təhsil Nazirinin müavini, hazırda nazir vəzifəsini icra edən Ceyhun Bayramovdan gedir. Bayramov qardaşlarının bu günkü durumu və iddialarına keçməzdən öncə onların keçmişi haqda bəzi məqamlara diqqət yetirək.

Azər Bayramovun çətin günləri: Elşad İsgəndərovsuz irəliləmə

İki qardaşın ittifaqının əsas lokomotivi Azər Bayramovdur. A.Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qayınıdır və vəzifə yüksəlişində onun xidmətləri xüsusidir. Məlumumdur ki, Elşad İsgəndərov “nurçu qalmaqalı”na görə tutduğu vəzifədən azad edilib. İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovların da gedəcəyi fikrinə düşübmüş. Hətta həmin dönəmdə Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə deyir ki, Azər Bayramov əsasən nazirliklərə xidmət edən Maliyyə İdarəsinin rəisinin də imkanlarından yararlanır. Belə ki, nazir müavini həmin idarənin rəisi olan yerlisi, gədəbəyli Nadir Qarayevlə birlikdə hərəkət edərək, maliyyə nazirindən xəbərsiz bir sıra planların icrasını həyata keçirirlər. Mənbə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı, təhsil nazirinin müavini postuna gətirilmiş Ceyhun Bayramovla birlikdəki planlarından da bəhs edib. Bəzi mənbələrin verdiyi məlumata görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsinə təyin olunması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləriylə məşğul olması deyil, məhz təhsilə ayrılan vəsaitə nəzarəti ələ keçirmək olub.
Azər Bayramovun Beynəlxalq Bank maxinasiyaları: yenə də “sudan quru” çıxdı.
Azər Bayramovun ikinci çətin durumu Beynəlxalq Bankla bağlıqalmaqalda yaşanıb. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Bu məsələ ilə bağlı olaraq xatırladırıq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı.

Samir Şərifovun ən yaxınında basdırılmış mina

Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır. A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir. Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər. Elə bu səbəndən də Azər Bayramov nazir kürsüsünə oturmaq üçün hazırlaşır və onun bu arzusuna çata bilməsi üçün qarşıda elə də maneə görünmür. Baş verənləri yaxından müşahidə edən adının çəkilməsini istəməyən ekspert cumhuriyyet.az-a bildirib ki, Azər Bayramovun maliyyə naziri olması daha perespektivlidir. Eyni zamanda yeni Vergilər nazirinin Mikayıl Cabbarov olması da Azər Bayramov üçün nazir kürsüsnə gedən qapının açarlarından biridir. Xatırladaq ki, Mikayıl Cabbarov və Bayramov qardaşları dostluq münasibətlərinə sahibdirlər.

Ceyhun Bayramov da gözləyir…

Artıq Təhsil Nazirliyinin kulislərində Mikayıl Cabbarovun sələfi kimi əvvəlcə Təhsil Nazirliyi aparatının rəhbəri, ardınca isə təhsil nazirinin müavini olan Ceyhun Bayramovun adı hallanır. 43 yaşlı Bayramovun bu məsələdə hökumət daxilində ciddi dəstəyinin olduğu da deyilir. O, hazırda nazirin “sağ əli” kimi fəaliyyət göstərir və nazirlik daxilində faktiki olaraq əsas söz sahibi kimi göstərilir. Məlumat üçün bildirək ki, Ceyhun Bayramov Mikayıl Cabbarovun yaxın dostudur. Onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Maraqlıdır ki, Ceyhun Bayramov maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır. Ali təhsilli iqtisadçı olan Ceyhun Bayramov görünür binesini yaxşı idarə etməyi də yaxşı bacarır. Qeyd edək ki, Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Bioqrafiyasından göründüyü kimi, C.Bayramov iqtisadiyyat və hüquq üzrə təhsil alıb, hüquqşünas kimi çalışıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ceyhun Bayramov vergilər nazirinin müavini gedir

    Ceyhun Bayramov vergilər nazirinin müavini gedir ...

    16-12-2017, 15:15

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz edəcək

    Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz ...

    5-12-2017, 18:30

  • 
  • Elşad İskəndərovun qayınları da işdən atılacaqmı?

    Elşad İskəndərovun qayınları da işdən atılacaqmı? ...

    7-05-2014, 09:53

  • 
  • Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

    Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir ...

    6-12-2017, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu