Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub Təhsil nazirinə yeni müavin təyin olunub. Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncama əsasən, Ceyhun Bayramov təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Toplantıda çıxış edən təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.
C. Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Bir qədər əvvəl onun təhsil nazirinin müavini təyin olunması barədə xəbərlət yayılsa da, nazirlik bu xəbəri təkzib etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?