Ramiz Eminov: “Turan Bank” və “Milli Bank” tərəfindən əmanət müqaviləsinin və qanunvericiliyin aşağıda qeyd olunan bəndlərinin kobudcasına pozulması səbəbindən, bizə üstüstə 40000$ məbləğində maddi və mənəvi ziyan dəymişdir”
Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına Bakı şəhəri, gen. A.Abbasov küç., ev-14, mənzil-37 ünvanda yaşayan Eminov Ramiz Əhməd oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən şəxs redaksiyamıza ünvanladığı ərizəsində ayrı-ayrı banklarla üz-üzə qaldıqları problemlərin varlığından bəhs edir və yaşananların ictimailəşdirilməsini də xahiş edir. Ramiz Eminov qeyd edir ki, “biz 1999-cu ildə “Azər-Türk Birgə Səhmdar Kommersiya Bankı” ilə danışıqlar aparıb, marşrut avtobusları almaq məqsədilə 145000 manat məbləğində kreditin ayrılmasna razılıq əldə edə bildik. Qarşı tərəfin tələblərinə uyğun biznes planı tərtib etdik və ona uyğun marşrutların alınmasına və digər hazırlıq işlərinə müəyyən məbləğdə vəsaitlər də xərclədik. Buna baxmayaraq “Azər-Türk” Bankı kreditin ayrılmasını bir neçə ay ləngitdi və sonra 50000 manat kreditin ayrılmasına söz verdi. Bu məsələ də bir qədər uzandı və nəticədə yeni biznes planında nəzərdə tutulan 50000 manat əvəzinə, biz illiyi 22% olmaqla 35000 $ pulun verilməsinə razılıq aldıq. Bankın bu məsələyə qeyri ciddi yanaşması və verdiyi vədlərə əməl etməməsi səbəbindən, biz işlərimizi biznes planına uyğun qura bilmədik. Altı ay müddətində bank həm avtobuslarımızı, həm də 170000 manat olan dörd otaqlı mənzilimizi üç-dörd qat aşağı qiymətə girov kimi satmağa qərara aldı. Biz 75000 $-a yaxın ziyana düşdük və borca girərək 10 ilə yaxın müddət ərzində girovluqda qalan evimizi geri qaytarmağa nail olduq. Həmin bocları qaytarmaq üçün evimizi satdıq, qalan məbləği isə “Turan Bank” ASC-yə əmanət qoyduq ki, onu artırıb yeni mənzil ala bilək. 2015-ci ilin fevral ayında manatın dəyəri kəskin şəkildə düşməyə başladıqda, biz 12 fevral 2015-ci il tarixdə “Turan Bank”a üz tutub narahatçılğımızı bildirdik və adlarımıza olan dörd ədəd sığortalanmış (30000 manat x 3 + 20000 manat) əmanətlərin geri götürülüb valyuta dəyişmə məntəqələrində dollara çevirib yenidən “Turan Bank”a qoyulması, yaxud da bankın özündə konvertasiya olunması mümkünlüyünü araşdırdıq. O zaman bizə bildirdilər ki, “Narahatçılığa heç bir ehtiyac yoxdur, hökumət və Milli Bank buna dair tədbirlər planı hazırlayır və banklara valyuta buraxılan kimi, biz əmanətlərinizi konvertasiya edəcəyik. Odur ki, həmin vaxta kimi əmanətlərinizi heç cür qaytara bilmərik”. Həmin günü biz “Turan Bank”dan 15750 AZN məbləğində 20000$ pul aldıq (qəbz məhkəməyə sübut kimi təqdim olunub) və bir qədər də gözləmək məcburiyyətində qaldıq. 15 fevral 2015-ci il tarixdə ölkə rəhbəri cənab İlham Əliyev televiziya vasitəsilə əhaliyə bildirdi ki, “Sığorta Fondu valyuta ehtiyatlarından banklara dörd milyard dollara yaxın vəsait ayırıb və onlar 16 fevral 2015-ci il tarixdən siğortalanmış əmanətlərin konvertasiyasına yönəldilib”. Buna əsasən biz 16 fevral 2015-ci il tarixdə səhər tezdən “Turan Bank”a üz tutub ərizələrlə dörd ədəd əmanətlərimizin konvertasiya olunması və ya qaytarılmasını xahiş etdik. Bankdan bizə bildirdilər ki, “Onlara bu haqda rəsmi məlumat verilməyincə heç bir ərizə qəbul edilməyəcək və bıına görə də gözləməli olacaqsınız”. Biz işə gedəcəyimizi və gözləyə bilməyəcəyimizi bildirdik və ərizələrimizi yazıb qoyduq ki, sonradan qeydə ala bilsinlər. Bu səbəbdən də, növbədə birinci sıralarda olduq. Bundan sonra şöbə müdirini görüb öz istəyimizi ona çatdırdıq və onun tapşırığı ilə ərizələrimizin standart elektron versiyası ilə bərabər, digər sənədləri də hazırlandı və bizə imzalanmaq üçün təqdim olundu. Onlar cavab üçün günün sonunda gəlməyimizi məsləhət gördülər. Elə ki, üç gün dalbadal səhər və axşam saatlarında banka gəlib nəticəsi barədə maraqlanırdıq, o zaman bizə deyirdilər ki, “Hər şey qaydasındadır”. Dörd gündən sonra isə bildirdilər ki, “Ərizə toplama prosesi başa çatdıqdan sonra, idarə heyyəti rəsmi qərarını açıqlayacaq. Ona görə bir qədər də gözləyin və heç də narahat olmayın. Sizin işləriniz haqda müsbət qərar qəbul olunacaq”. Bizim banka dəfələrlə müraciət etməyimizi sübuta yetirən və manatın dollara çevrilməsi istəyimizi təsdiqləyən bir neçə valyuta dəyişimə qəbzlərimiz də məhkəmələrə təqdim olunub (17 fevral 2015-ci il tarixdə 5516 AZN məbləğində 7000 ABŞ dolları, 18 fevral 2015-ci il tarixdə 2049,32 AZN məbləğində 2600 ABŞ dolları alınıb). 22 fevral 2015-ci il tarixdə 1 USD=1,055 AZN olduğu elan edildi. 23 fevral 2015-ci il tarixdə biz banka üz tutduq, o zaman bizə bildirdilər ki, “Heç də narahat olmayın, xahişiniz müsbət həll olunub, ona görə də sabah gəlib yeni müqavilə sənədlərinə imza atarsınıız”. Elə ki, səhəri gün gəldik o halda bizə bildirdilər ki, “Hələlik R.Ə.Eminovun adına olan əmanət 1 USD=0,78 AZN kursu ilə konvertasiya olunub, S.Ə.Eminovanın və nəvələrin adına olan əmanətlərin konvertasiya məsələsinə bir qədər vaxt keçdikdən sonra baxılacaq”. Bir aydan çox gözləsək də, bizə heç bir rəsmi cavab verilmədi. O halda aldadıldığımızı hiss etdik və digər əmanətlərimizin 1USD=1,055 AZN kursu ilə konvertasiya olunmasına şifahi müraciət formasında razılıq verməyə məcbur olduq. Nəticədə bizə təqribən 30000 ABŞ dolları məbləğində ziyan vuruldu. Biz “Turan Bank”ın rəhbərliyinə şikayət ərizəsi yazdıq və dəymiş ziyanın ödənilməsini tələb etdik. Bir ay vaxt keçsə də, rəhbərlik bizə hər hansı rəsmi cavabı vermədi və belə olan halda məcbur olub bu barədə Prezident Administrasiyasına iki dəfə məlumat verdik. Hər dəfə də məktublarımız araşdırılması üçün “Milli Bank”a göndərilsə də, qarşı tərəf üç-dörd ay geçdikdən sonra heç bir əsaslı yoxlama aparmadan bizə başdansovdu cavab verdilər. Verilmiş cavab məktublarında qeyd olunurdu ki, guya biz konvertasiya ilə bağlı rəsmi müraciət etməmişik və yalnız 1 USD=1,055 AZN olduqda, onlar bizim şifahi müraciətlərimiz əsasında digər üç əmanətləri konvertasiya etmişlər. Biz bunları bildikdən sonra təkrar “Turan Bank”ın rəhbərliyinə 16 iyul 2015-ci il tarixdə ərizə ilə rəsmi müraciət edib dəymiş ziyanın ödənilməsini tələb etdik. Təəssüflər olsun ki, onlar bu dəfə də ərizəmizə rəsmi qaydada cavab vermədilər və məsələnin üzə çıxmasına əngəl törədərək çirkin əməllərini ört-basdır etməyə çalışdılar. 2015-ci ilin oktybr ayında “Turan Bank”ın baş ofısinə gedib ərizələrimizin rəsmi cavablarını tələb etdik. Baş ofisdən bizə bildirdilər ki, “Ərizəniz daxil olan tarixdən bir həftə sonra, sizə cavab məktubu poçtla göndərilib. Səhər gəlin sizə göndərilmiş cavab məktublarının qeydiyyat nömrəsini və tarixini göstərək”. Elə ki, təkrar baş ofisdə olduq, o halda bank tərəfi etiraf etdi ki, cavab məktubu yazılıb, amma onun göndərilməsi nədənsə yaddan çıxarılıb. Biz məqsədli şəkildə üç ay gecikdirilmiş rəsmi cavab məktublarını götürüb məhkəməyə müraciət etməyi qərara aldıq. Əfsuslar olsun ki, birinci instansiya Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ilə əlbir olaraq öz şəxsi mənafeyini güddü, bütün sübutlara və qanun pozuntularına da göz yumuldu. Beləliklə bizim hüquqlarımızı kobudcasına pozaraq, sanki heç bir məsuliyyət daşımamış olduqlarını ortaya qoya bildilər. Ona görə də hesab edirik ki, “Mərkəzi Bank”ın bu cür qüsurli fəaliyyəti səbəbindən, bir çox banklarda özbaşınalıq, dələduzluq və s. halları baş alıb getməkdədir. Onlar nəyinsə xatirinə buna göz yumurlar. Bu cür neqativ halların varlığı müəllimlərdə, alimlərdə, eyni zamanda çoxluq təşkil edən aşağı təbəqəli insanlarda haqq-ədalətə, hakimlərə, banklara və onlara nəzarət edən qurumlara olan inamı heçə də endirir. Bu sferalarda çalışan bəzi vəzifə sahiblərinin xalqa deyil, özlərinə xidmət etdikləri açıq-aydın sezilir ki, bu cür halların varlığı da, birbaşa dövlətçiliyimizə xələl gətirməkdədir. Onu da bildirək ki, həm “Turan Bank”, həm də “Milli Bank” tərəfindən əmanət müqaviləsinin və qanunvericiliyin aşağıda qeyd olunan bəndlərinin kobudcasına pozulması səbəbindən, bizə üstüstə 40000$ məbləğində maddi və mənəvi ziyan dəymişdir. Əmanət müqaviləsinin 4.1.1 bəndinin tələblərinə görə banka verilən əmanətin geri qaytarılması tələbi bank tərəfindən biıtərəfli qaydada pozulmuş və bizim həm şifahi, həm də yazılı müraciətimizə qarşı tərəf tələblərimizin müsbət həll olunacağını sözlə bildirmiş və bir bank həftəsi müddəti əvəzinə, rəsmi cavabı yeddi ay gizlətmişlər. 4.1.4 bəndinə əsasən bank tərəfi ona verilən əmanətin sigortalanmasını tələb etmək və bununla bağlı məlumat əldə etmək tələblərini pozmuş və əmanətçiyə qəbul olunmuş müraciət formalarına dair dəqiq məlumat verməməklə, şifahi müraciət əsasında standart elektron ərizənin bank tərəfindən hazırlanıb imzalanmasının kifayət etməsini bildirərək, rəsmi yazılan ərizələrin götürülməsindən imtina etmişdir. Bununla da bank tərəfi gələcəkdə çirkin əməllərini ört-basdır etmək üçün şərait yaratmış və biz əmanətçilərin bank tərəfindən tərtib olunmuş elektron sənədlərinin asanlıqla yox edilməsinə səbəb olmuşdur. 4.1.7 bəndini də pozmaqla bank əmanətçiyə şifahi vədlər verərək rəsmi yazılmış cavabın bir bank həftəsi ərzində təqdim olunmasını yeddi ay müddətinə uzatmaqla, bizim müvafıq nəzarət orqanlarına və məhkəməyə şikayət vermək imkanlarımızı məhdudlaşdırıb. 4.4.2. bəndinin tələblərini də pozmaqla bank qanunda və ya müvafıq normativ aktda nəzərdə tutulduğu hallarda və qaydada, əmanətin siğortalanmasını təmin etməyib. 5.4. bəndinin də tələblərini pozmaqla “Mərkəzi Bank”, Fond və “Turan Bank” siğorta hadisəsi baş verdikdə “Əmanətçiyə” kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verməlidir. “Mərkəzi Bank” və “Turaıı Baıık” bir həftə konvertasiyanın edilib-edilməməsi haqda heç bir rəsmi məlumat verməyib və əksinə bu prosesin 16 fevral 2015-ci il tarixdə baş verməsini gizlətmişlər və yeddi gün müddətində Fond tərəfindən konvertasiya üçün ayrılmış valyutanın yüksək kursla kənar şəxslərə satmış və öz şəxsi gəlirlərinin artırılmasına yönəltmişlər. (bunları biz alqı-satqı qəbzləri ilə sübuta yetirmişik) 5.10. bəndinə əsasən bank “Əmanətçinin” yazılı və ya şifahi sorğularına cavab olaraq, bankın siğorta sistemində iştirakı, qorunan əmanətləri və kompensasiyalar haqda “Əmanətçilərə” məlumat verməlidir. “Turan Bank” isə 23 fevral 2015-ci il tarixdə etdiyimiz çoxsaylı sorğularımızda bir dəfə də belə cavab verməyib ki, konvertasiya üçün rəsmi ərizə yazılıb qeydə alınmalıdır. Bank əksinə hətta yazdığımız ərizəni bilərəkdən qeydə almayıb ki, sonradan özləri tərtib etdiyi standart elektron ərizə və sənədləri yox etməklə məhkəmələrdə və nəzarət edən orqanlarda desinlər ki, guya biz rəsmi müraciət etməmişik. Buna görə də dörd əmanətdən biri konvertasiya olunub, üçü isə olunmayıb. “Mərkəzi Bank” və məhkəmələr həm bu, həm də digər sübutlara göz yumaraq çox güman ki, rüşvət aldıqlarına görə “Turan Bank”ı təmizə çıxarmışlar. O halda sual oluna bilər ki, əgər biz rəsmi müraciət etməmişdiksə,bir əmanətimiz hansı əsasa görə konvertasiya olunub? “Turan Bank”ın rəsmi cavabına görə bir əmanət R.Ə.Eminovun şifahi müraciətinə görə konvertasiya olunub. Bu da onu təstiq edir ki, digər üç əmanət də şifahi müraciətə görə konvertasiya oluna bilərdi. 7.1. bəndinə əsasən bu müqavilə ilə əlaqədar bank və əmanətçilər arasında əmələ gələn mübahisələr qarşılıqlı razılıq əsasında lıəll olunur. Razılıq olmadıqda tərəflərdən biri məhkəməyə miiraciət edə bilər. “Turan Bank” bizim həm şifahi, həm də yazılı müraciətimizə bir bank həftəsi miiddətində öz qərarı barədə məlumat verməməklə və müxtəlif bəhanələrlə, verməli olduğu rəsmi cavabı yeddi ay müddətinə gecikdirməklə, bizim şikayət vermək imkanlarımızı məhdudlaşdırdı. Bu müddət ərzində onlar həm imzaladığımız ilkin sənədləri, həm də bizim orada olub müraciət etməyimizi sübuta yetirən videogörüntüləri yox ediblər. Bank yeddi aydan sonra verdiyi rəsmi cavabında qeyd edir ki, müqavilə tərəfı olaraq müqavilənin şərtlərini əmanətçinin istəyinə görə dəyişdirmək öhdəliyi (vəzifəsi) yoxdur. Əgər bank əmanətçiyə öz qərarı haqda rəsmi və şifahi formada, həmçinin tələb olunan miiddət ərzində öz mövqeyini bildirməyibsə, deməli bizim hüquqlarımızı kobudcasına pozublar. Buna görə də məsuliyyət daşımalıdırlar. Biz zamanında bilsəydik ki, “Turan Bank” bizim dörd əmanətdən yalnız birini konveıtasiya etmək qərarına gəlib, o halda biz qarşılıqlı ərizə ilə digər üç əmanətimizin geri qaytarılmasını tələb edib, digər valyuta dəyişmə məntəqələrində onları ABŞ dollarına çevirib, yenidən əmanətlərimizi bu bankda yerləşdirərdik. Amma “Turan Bank” bilərəkdən bunu etməyib ki, bizim payımıza düşən valyutanı qara bazar vasitəsilə yüksək kursla kənar şəxslərə sata bilsin. “Turan Bank”la aramızda olan məhkəmələrin ədalətsiz qərarlarını qiymətləndirmək üçün, deməli xüsusi hüquqi nəzarət komissyasının yaradılmasına ehtiyac duylur. İstərdik ki, iddia etdiyimiz 40000 $ pulun 50%-ni Heydər Əliyev Fonduııun xətti ilə müalicəyə ehtiyacı olan şəxslərin hesabına köçürülsün. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yeni dizaynımız necədir?