GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)

Tarix: 27-03-2018, 14:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 432
Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


İcra hakimiyyəti deyir, səbəb yağıntıdır, sakinlərsə deyir, səbəb qazıntıdır

“Ağsuçayın rayon ərazisindən keçən hissəsi bəzi yerlərdə evlərə təhlükə yarada bilər”. Bunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov “Trend”ə bildirib. Başçının müavini səbəb kimi yağıntıları göstərib. Deyib ki, su artdıqca, bəndləri yuyub. Ancaq Ağsuçayın yaxınlığındakı Natəvan küçəsinin sakinləri müavinin dedikləri ilə razılaşmır.

gundemxeber.az xəbər verir ki, Meydan TV-yə danışan sakinlər bildirirlər ki, çayın məcrasının dəyişməsinin səbəbləri başqadır və məmurlar diqqəti yayındırmaq üçün qəsdən ictimaiyyətə belə məlumatlar ötürürlər.

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


Evləri su basa, torpaq sürüşməsi baş verə bilər

Sakinlər deyirlər, son illər Ağsuçayın dibi qazıldığından çay məcrasından çıxıb. Üstəlik, çayın yaxınlığında torpaq sürüşməsi təhlükəsi yaranıb. Sakin Maarif Abdullayev bildirir ki, indi məmurlar təhlükənin ciddi olduğunu görüb “günahı” yağıntıların üzərinə atmaq istəyirlər:

“Başçının müavini saytlara məlumat verib ki, yağıntı çox olduğuna görə çay məcrasından çıxıb, evləri su basa bilər. Ancaq başçının müavini əsl səbəbi qeyd etməyi “unudub”. Əsl səbəb odur ki, icra hakimiyyətinin himayə etdiyi işbazlar illərdir ki, çayın dibini qazılar. Su da bu səbəbdən məcrasından çıxıb və bəndləri dağıdıb”.

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


Sakin deyir, illərdir ki, ölkənin ən xırda məmurundan tutmuş prezidentinə kimi şikayət etmələrinə baxmayaraq, ağır texnikalar və onları himayə edən “güclü əllər” öz işindədir:

“İllərdir yazırıq ki, bunlar çayın dibini eşir, çınqıl satıb pul qazanır, bizim həyatımızı təhlükəyə atırlar. Kim səsini çıxarırsa, hədələyib susdururlar. Gecə-gündüz Ağsuçaydan “Kamaz”larla çınqıl daşınır. İndi də su vurub bəndləri dağıdıb, məmurlar əl-ayağa düşüblər. Çaya yaxın evlərdə adamlar səhərə kimi yatmır. Hamının yorğan-döşəyi qoltuğundadır. Sel qorxusu ilə yaşayırıq. Vaxtilə bizi qapıdan qovan məmurlar indi ortaya çıxıb qabaqdangəlmişlik eləyirlər, hər şeyi yağışın üstünə atmaq istəyirlər”.

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


Daş-çınqıl, zibil bu küçə ilə daşınır

Qeyd etdiyimiz kimi, nartahatçılıq əsasən çaya yaxın küçələrdən birində - Natəvan küçəsindədir. Bu küçə çaykənarı məhəllə sayılır. Çaydan çınqıl çıxaran, çınqılı daşıyan maşınlar bu küçə ilə o baş-bu başa hərəkət edir. Sakinlər deyir, bu küçədə qışda palçıq dizdən yuxarı qalxır, yayı tozanaqlı olur. Daş-çınqılla yüklənən yük maşınları küçəylə hərəkət edərkən dəfələrlə insanların həyatına təhlükə yaradıb. Küçə sakinlərinin şikayətləri isə elə özlərinə qalıb.

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


Sakin Validə Əsgərova:
“Gecə-gündüz gözümüzün önündə çayın dibini eşib çınqıl daşıyırlar, gedib şikayət edəndə icra hakimiyyətindəkilər üzümüzə dirəşirlər ki, çayı qazan yoxdur, qəsdən yalan yayırsız, gərginlik yaradırsız”.

Daşma təhlükəsini yaradan ikinci səbəb rayonun zibillərinin bu çaya daşınmasıdır. Sakinlər deyir, səhər o başdan rayon içindəki zibilləri toplayan zibil maşınları bu küçədən keçərək çaya tərəf hərəkət edir və zibilləri çaya boşaldaraq geri qayıdır. Yayda çaydan gələn qoxudan, üfunətdən yaxınlıqdakı küçələrdən keçmək olmur.

İcra hakimiyyəti: “Tədbirlər görülür”

Ağsu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, çaykənarı yaşayış məntəqələri nəzarətə götürülüb. Hələlik subasma təhlükəsi yoxdur. Çay kənarında bəndbərkitmə işləri nəzərdə tutulub:"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub. Tədbirlər görülür. Narahatçılığa əsas yoxdur. Çayın şıltaqlığına səbəb hər il bu vaxt olan yağıntılardır. Müvafiq qurumlara müraciət olunub, tədbirlər görülür. Çay mühafizə olunur, ora zibil tökülməsindən söhbət gedə bilməz. Çınqıla gəlincə, bizə belə fakt daxil olmayıb”.

Ağsuçay məcrasını niyə dəyişib? - "Kim səsini çıxarırsa, hədələyib susdururlar" (FOTOLAR)


Adamlar əşyalarını və təsərrüfatlarını daşıyır

Çaykənarı məhəllələrin sakinləri də öz tədbirlərini görüblər. Sel təhlükəsinə görə bəzi ailələr artıq əşyalarını evdən çıxarıb, heyvanlarını ərazidən uzaqlaşdırıb, quşçuluq təsərrüfatlarını başqa yerə köçürüblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Bakıda torpaq sürüşməsi - DAĞINTILAR ALTINDA QALAN VAR

    ​Bakıda torpaq sürüşməsi - DAĞINTILAR ALTINDA ...

    18-11-2017, 00:35

  • 
  • Leysan yağışları İsmayıllıda ciddi fəsadlar törədib  Böyüt

    Leysan yağışları İsmayıllıda ciddi fəsadlar ...

    18-10-2016, 01:27

  • 
  • Astara sakini: Sürüşə-sürüşə gedirik

    Astara sakini: Sürüşə-sürüşə gedirik ...

    22-04-2016, 00:23

  • 
  • Şabranda torpaq sürüşməsi - 5 ailə evsiz qaldı

    Şabranda torpaq sürüşməsi - 5 ailə evsiz qaldı ...

    1-03-2017, 00:17

  • 
  • Hacıqabulda dağı dağıdan məmurlar

    Hacıqabulda dağı dağıdan məmurlar ...

    20-01-2014, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu