Şabran rayonunun Qazbabalı kəndi ərazisində baş verən torpaq sürüşməsi nəticəsində 5 ev yararsız vəziyyətə düşüb.
Təbii fəlakət fevralın 23-dən 24-nə keçən gecə saatlarında qeydə alınıb. Qəzalı vəziyyətə düşən 5 evdə ümumilikdə 30-a yaxın sakin yaşayırdı. Hazırda həmin evlərdə yaşamaq mümkün olmadığında ailələr qohumlarının yanında məskunlaşıb. Elektrik naqillərinin sıradan çıxması nəticəsində kəndə enerjinin verilməsində məhdudiyyət yaranıb.
İsa Əliyev - zərərçəkən: "Evdə yatılı vəziyyətdə idik. Gördük ki, ev sirkələnir. Evdə çatlar əmələ gəldi. Çıxdıq çölə. Baxdıq gördük ki, ev dağılır. Heç nə götürmədik, hamısı içəridə qaldı. Çıxdıq ocaq qalayıb oturduq".
Hüsniyyə Əliyeva - zərərçəkən: "Mal-heyvanımı tökmüşəm qonşunun qapısına. Övladlarımda heç yerə getmir. 9 yaşımda 1 oğlum var. Gecə-gündüz ağlayır ki, mən heç yerə çıxmıram".
Torpaq sürüşməsi ümumilikdə 30 hektardan çox ərazini əhatə edir.Artıq aidiyyatı qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.
Kənd sakinləri son aylarda yağıntının normadan çox yağması nəticəsində, sürüşmə sahələrinin fəallığının artığını bildirib.Qazbabalı kəndi rayon mərkəzindən 12 kilometr məsafədə yerləşir. Kənddə 70-ə yaxın ev var. (ARB TV)
Sorğu
Yeni dizaynımız necədir?