GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Apreldən sonra gömrüyün Çovdarovu bitirilir - Sensasion iddia

Apreldən sonra gömrüyün Çovdarovu bitirilir - Sensasion iddia

Tarix: 28-03-2018, 16:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 529
Apreldən sonra gömrüyün Çovdarovu bitirilir - Sensasion iddia


Sahibkarların “qanını içən” Əbülfəz Məlikovun sonu yaxınlaşır; gömrükdə aylardır malları saxlayan inhisarçının invoys əməliyyatı...

İlham Əliyevin islahat paketində gömrüyün monopolisti “Broker” MMC-nin ləğvi nəzərdə tutulur - Şok faktlar


Azərbaycan mətbuatında elə gün yoxdur ki, “Broker” MMC-nin cinayətlərinə dair yeni məlumatlar tirajlanmasın.

Başqa dövlətlərdə bir qurum barəsində bu qədər məlumatlar dolaşsaydı, rəhbəri məsuliyyətə cəlb olunmuşdu.

Bizdə isə “Broker” MMC az qala gömrük sistemində ikinci büdcə hesab olunur. Bu büdcə rüşvət hesabına formalaşır. “Broker” MMC sahibkarları soğan qabığı kimi soyur.

Seçkidən sonra...

“Gündəm Xəbər”in verdiyi məlumata görə, MMC-yə rəhbərlik edən məşhur inhisarçı Əbülfəz Məlikovdur. O, Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyevin ikinci kassasıdır.

Azərbaycanın dövlət büdcəsindən yayındırılan milyonlarla pullar gömrük “kral”larının cibinə axır. Bu, illərdir ki davam edir. Çünki Ə.Məlikov onu himayə edən qüvvələrə arxayındır.

Necə ki, MTN generalları və Eldar Mahmudov bandası sahibkarların illərlə dərisinə saman təpiblər. Eyni siyasəti gömrük monopolisti Ə.Məlikov və adamları həyata keçirir.

Əldə etdiyimiz xəbərlərə görə, aprel seçkilərindən sonra Ə.Məlikovun “Broker” MMC-si ləğv oluna bilər. Gömrükdə eynilə MTN əməliyyatı gözlənilir.

Ölkədə seçkilərdən sonra ciddi islahatlara start veriləcək. Bunun tərkib hissəsi gömrük komitəsinin vergiyə birləşdirilməsi olacaq.

Bu xüsusda gömrükdə inhisarın kökü kəsiləcək. O deməkdir ki, Ə.Məlikovun sonu yaxınlaşır.

Prezident İlham Əliyevin seçkidən sonrakı islahat paketində gömrüyün monopolisti “Broker” MMC-nin ləğvi nəzərdə tutulur.

Çünki Əbülfəz Məlikovun rəhbəri olduğu MMC gömrükdə rüşvət alınması ilə məşğuldur.

“Broker Əbülfəz” adını qazanmış gömrük inhisarçısı prezident İlham Əliyevə, dövlətə və iş adamlarına qarşı pisliklər etməklə varlanır.

Onu himayə edən güclərin başında Dövlət Gömrük Komitəsi sədri, general Aydın Əliyev dayandığı iddia olunur.

İ.Əliyevin iqtisadi siyasətinə xəyanət edən komitə sədri ilə baş monopolist gömrükdə sahibkarlara “divan tutur”lar.

Ə.Məlikovun şəbəkəsi gömrükdə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirlər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməz.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətindədir.

Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alırlar.

İnvoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min dolların gömrük rüsumu və ƏDV-si daxil olur.

Ermənilərlə işbirliyi

Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Mətbuatda gedən xəbərlərə görə, Əbülfəz Məlikov Rusiyada biznesmen kimi tanınan ermənilərlə sıx işbirliyindədir. Hətta onların ölkədən kənarda şərikli biznesləri də var.

Məslənin əsl mahiyyəti isə xaricdə yerləşən erməni şirkətlərinin məhsullarının Azərbaycana daşınmasıdır.

Məhz bu yolla ermənilərə böyük miqdarda qazanc verən Ə.Məlikov ölkə sahibkarlarını da istiqamətləndirir.

Xəbərə görə, Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla azərbaycanlı rastlaşır.

Ara deyir ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəsi Bakıda nazirdir.

Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.

Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”.

Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir.

“Biz də ona bu işlərdə öz köməkliyimizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.

Erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var.

Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Anar Allahverdiyivin adına da rast gəlinir. Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur.

Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Bütün bunlara şərait yaradan isə gömrük komitəsi sədridir.

Onlar şəbəkə şəklində Azərbaycana, onun iqtisadiyyatına, büdcəsinə, prezidentin siyasətinə ziyan vurmaqla məşğuldurlar.

“Karqo Şamil”, “Broker Əbülfəz” - talan

“Broker” MMC rəhbəri Əbülfəz Məlikova qahmar çıxan qüvvələr onu arxayın ediblər ki, heç bir təhlükə yoxdur, işini davam etdir. Ə.Məlikovun heç bir tənqidə fikir vermədən əməllərini yerinə yetirdiyi vurğulanıb.

Gömrükdə “karqo Şamil” adlanan Şamil Heydərovla paralel inhisarçılığı davam etdirən “Broker Əbülfəz” media emissarları hesabına bir müddət gözdən itməyə nail olmuşdu.

Lakin yenidən diqqət mərkəzinə gələn Ə.Məlikov barəsindəki faktlara əhəmiyyət vermədən fəaliyyətini davam etdirir. Çünki onu qoruyan güclər arxayın ediblər.

Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər.

Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə.Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.

“Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur.

Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər.

Mikayıl Cabbarov Əbülfəz Məlikovu bitirəcəkmi?

Apreldən sonra ölkədə ciddi struktur islahatları gedə bilər. Son zamanlar gömrüklə vergilərin birləşdirilməsi müzakirə olunur.

Əgər bu islahat gerçəkləşərsə, vergilər naziri Mikayıl Cabbarov gömrük sahəsini ələ keçirmiş olacaq. Bu halda Ə.Məlikov üçün qara günlər başlanacaq.

Apreldən sonra bu dəyişikliklər gözləniləndir. Çünki dövlət başçısı vergi, maliyyə, gömrük sahələrində şəffaflığı təmin etmək, inkişaf etdirmək niyyətindədir.

Ən maraqlısı isə rüşvətin alınma mexanizmi və bu mexanizmi həyata keçirən böyük bir qurumun olmasıdır. Söhbət mətbuatda adı «Broker» MMC kimi hallanan, rəsmi sənədlərdə isə adı “Trans Broker” MMC kimi keçən nəhəng şirkətdən gedir.

Bu şirkətin işçilərinin sayı Azərbaycan Gömrüyündə çalışanların sayından 2 dəfə çox olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara görə, gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.

2006-cı ildə yaradılan və o vaxtdan da iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir.

Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir.

Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür.

Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır.

Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlikov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir.

Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar. Bu da dövlətə nə qədər zərər vurmasının faktiki göstəricisidir.

Çovdarova “peredaça”

Onu da deyək ki, A.Çovdarov aclıq elan etməzdən əvvəl onun saxlanıldığı BİT-ə “peredaça” göndərənlər olub.

Onlardan biri gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov imiş.

Ə.Məlikovun MTN çetesi ifşa olunmazdan əvvəl A.Çovdarovla yaxın münasibətləri olub. Onun “çətiri”ndən istifadə etməklə rəhbərlik etdiyi MMC-də illərlə baş verən qanunsuzluqların araşdırılmamasına nail ola bilib.

İş adamlarının MMC əməkdaşlarının soyğunçuluğu ilə üzləşməsi yeni fakt deyil. Bu reketçiliyin 20 ilə yaxınlaşan tarixi var.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətində qalıblar.

Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alıblar.

Brokerlər ən müxtəlif sahələri inhisarda saxlayanların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq ediblər ki, bu da sonradan həmin malların qiymətlərinin bahalaşmasına səbəb olub. Qarşı tərəfi dinləməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General və “Broker Əbülfəz”in İlham Əliyevə invoys xəyanəti - dəhşətli faktlar...

    General və “Broker Əbülfəz”in İlham Əliyevə ...

    15-03-2018, 15:27

  • 
  • Əbülfəz Məlikovun “Broker və milyonlar səltənəti”

    Əbülfəz Məlikovun “Broker və milyonlar səltənəti” ...

    18-12-2017, 08:50

  • 
  • Seçki ili: Təkəri bahalaşdıran “broker Əbülfəz” aksiyaları böyüdür - Gərginlik

    Seçki ili: Təkəri bahalaşdıran “broker Əbülfəz” ...

    17-01-2018, 15:55

  • 
  • Generallar prezidentin yerinə Əbülfəz Məlikovu seçirlər - Şok faktlar

    Generallar prezidentin yerinə Əbülfəz Məlikovu ...

    25-12-2017, 22:14

  • 
  • Aydın Əliyev və generallar Əbülfəz Məlikovla bacarmır

    Aydın Əliyev və generallar Əbülfəz Məlikovla ...

    21-12-2017, 12:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu