Dünyada neftin qiymətlərinin ucuzlaşmasından sonra iqtisadiyyatı əsasən qara qızılın satışından asılı olan ölkələrdə, o cümlədən Azərbaycanda yeni dövr başlandı. Bu mərhələdə özəl sektorun, xüsusən sahibkarlığın inkişafına dövlət qayğısının artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkə başçısı yeni iqtisadi dövrün nəbzini tutan bir sıra yeni qanunlar imzaladı. Xüsusilə bütün dövlət strukturlarına qəti şəkildə tapşırıldı ki, sahibkarlığın, özəl sektorun inkişafına mane olan bütün əməllərdən əl çəkilsin. Son illərdə gömrük sahəsində vəziyyəti nizamlamaq üçün bir sıra yeni qərarlar qəbul edilib. Lakin, uzun illər ərzində gömrük sistemində kök salan, sahibkarların qorxulu yuxusuna, qara kabusuna çevrilən bir sıra məmurlar üçün prezidentin qərarları belə əhəmiyyətsiz olub. Gömrük sistemində dəhşətli dərəcədə korrupsiyalaşmış, sahibkarların yağmalanmasını həyata keçirən “Trans Broker” MMC və onun rəhbəri Əbülfəz Məlikovun əməlləri artıq sərhədd tanımır. Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-qanuni nəzarət edən “Trans Broker” MMC ölkədə sahibkarlığın, normal biznes mühitinin formalaşdırılmasının qarşısında başlıca maneədir. Dövlət başçısı hər dəfə azad rəqabət mühitinin yaradılmasının, monopoliyanın ləğv edilməsinin vacibliyini vurğuladıqca Əbülfəz Məlikov və brokerçilər gömrükdə yağmalamanı, talançılığı daha da şiddətləndirirlər. Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə. Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır. “Gündəm Xəbər”ə danışan sahibkarlar bildirir ki, “Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur. Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər. Beləliklə növbəti dəfə cinayətə imza atılaraq dövlət büdcəsindən milyonlarla vəsait yayındırılır. Əbülfəz Məlikovun “qara kassa”sının şübhəli xarici səfərləri Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir. “Gündəm Xəbər”ə “Broker” MMC-nin əsas fiqurlarından biri olan A. Allahverdiyev barədə ilginc məlumatlar daxil olub. Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğlu olmaqla yanaşı, həmçinin sirli “Broker” MMC-nin rəhbərinin gizli “kassası”dır. Məlumatlı mənbənin bildirdiyinə görə Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Əbülfəz Məlikova aid olan pullar saxlanılır. Elə Anar Allahverdiyevin də tez- tez ABŞ-a səfəri də bunula əlaqəlidir. Mənbə bildirir ki, 2010-cu ildən başlaryaraq Anar Allahverdiyev Əbülfəz Məlikovun gizli “kassası” olaraq çalışmaqdadır. ABŞ-a və Avropa ölkələrinə tez-tez səfərləri isə “Broker” MMC-nin xətti ilə treninqlərdə iştirakı ilə əlaqələndirilir. Əslində isə Anar Allahverdiyevin əsas işi Əbülfəz Məlikovun pullarını xaricə daşımaq və orda etibarlı şəkildə yerləşdirməkdir. Bunun üçün isə bir sıra offşor şirkətlərdən istifadə oluduğu qeyd olunur. Anar Allahverdiyevlə bağlı məlumatlı mənbənin bildirdiyinə görə Əbülfəz Məlikovun gizli “kassası”nın özünə aid olan çoxlu sayda mülkləri həm xaricdə, həm də, Bakıda var. Təkcə onu demək kifayətdir ki, Anar Allahverdiyevin Göyçayda 500 hektar əkin sahəsi və ölkəninin müxtəlif görməli yerlərində, o cümlədən Bakı şəhərində onlarla villası var. Əbülfəz Məlikovun “əhli-kef” oğlunun Gürcüstan macəraları Prezident dəfələrlə məmurların davranış kodeksləri haqqında danışıb, onları və ailə üzvlərini harın həyat tərzindən uzaq olmağa çağırıb. “Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”. Ə. Məlikovun yaxın çevrəsinə daxil olanlar dövlət başçısının bu tələblərini də qulaqardına vurararaq harın həyat tərzi keçirirlər. Məsələn, Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına qazandığı milyonlarları əsl ərəb şahzadələri kimi xərclədiyini demək olar. Anar Allahverdiyev öz bahalı əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun “sağ əli” “Broker” MMC-nin “pulları”nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs “Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada bir ayda 200-300 min manat xərcləyir. Ə. Məlikovun öz oğlu da əyləncələrinə görə heç də A. Allahverdiyevdən geridə qalmır. Onun Gürcüstanda, digər xarici ölkələrdə təşkil etdiyi kef məclisləri barədə ilginc məlumatlar verilir. Belə məclislərdə xəsislik etməyən Ə. Məlikovun oğlu atasının milyardları hesabına dəbdəbəli həyat tərzi keçirir. Sonun başlanğıcı - Ə. Məlikovun imperatorluğu çökdürülür “Gündəm Xəbər”ə Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar daxil olub. Verilən xəbərlərə görə gömrükdə özünün imperatorluğunu quran Ə. Məlikov tezliklə mövqelərini itirərək cəzalandırılacaq. Belə ki, informasiyalara görə yaxın zamanlarda Gömrük Komitəsi ilə Vergilər nazirliyinin birləşdirilməsi prosesinə start veriləcək. Belə olan təqdirdə uzun illər gömrüyün kabusuna çevrilən “Broker” MMC-nin də vergilər nazirliyinə tabe ediləcəyi şübhəsizdir. Məhz bundan sonra Ə. Məlikovun uzun illər imza atdığı qanunsuzluqlarla bağlı hesab verəcəyi bildirilir. Mikayıl Cabbarovun yeni kürsüdə ölkənin ən korrupsioner məmurlarından biri ilə işləyəcəyi inandırıcı deyil. Bu isə Ə. Məlikovun və onun “Broker”inin sonu deməkdir. Bu son isə ona və ərköyün çevrəsinə yaxşı şeylər vəd eləmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?