gundemxeber.az xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün, Göyçay rayonu Potu kəndində məskunlaşmış şəhid ailəsi Quliyeva Nailə Ənircan qızı Sozcu.az saytı vasitəsi ilə dövlət başçısı İlham Əliyevə və 1-vitze prezident Mehriban Əliyevaya şikayət ünvanlayıb.
Həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:
ŞİKAYƏT
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm.Çünki şəhid ailələrinə cənab Prezident və Mehriban xanım daima xüsusi diqqət və qayğı göstəriblər.
Mənim həyat yoldaşım Rüstəmov Vilayət Məhəmməd oğlu Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Vilayət Rüstəmov Ağdarə-Kəlbəcər döyüşlərində 701 saylı hərbi hissənin kəşfiyat komandiri olub.Vəhşi ermənilərin atdığı snaryad posta düşən zaman həyat yoldaşım Vilayət şəhid olub.Həmin vaxt onun meyidi ələ gəlməz olduğundan bizə göstərmədilər döyüşçü yoldaşları onu orada dəfn etdilər. Kəlbəcərin işğalı zamanı özümdə ağır yaralanıb əlil olmuşam.1993-cü ildən Göyçay rayonunun Potu kəndində məskunlaşmışıq.Həyat yoldaşım şəhid Vilayətin ziyarət edilməsi üçün qəbri işğal altındakı torpaqda olduğu üçün qərara aldıq ki, yaşadığımız evin yanında boş bir yerdə şəhid bulağı inşa edək. Aldığımız şəhid pulu ilə həmin bulağı inşa etdiririk hələ İşi tamamlamamışıq.
02 aprel 2018-ci il tarixdə Kəlbəcərin işğalının 25-ci il dönümü yad edilən bir vaxtda Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bir qrup əməkdaşını evimizə göndərib şəhid bulağını sökməyə tapşırıq verdi. Dedilər ki, burada şəhid bulağı inşa etmək olmaz mütləq sökülməlidir. İcra başçısı Mehdi Səlimzadənin bu tapşırığı mənə bir anlıq erməni vəhşiliyini xatırlatdı.Mən bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edirəm.Bu bulağı öz vəsaitimiz hesabına inşa etdirik ki, ziyarət etməyə qəbri olmayan həyat yoldaşım şəhid Vilayət Rüstəmovun xatirəsini əbədiləşdirək.Çünki o Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib orden və medallarla təltif olunub.Biz bununla fəxr edirik, qürur duyuruq. Ancaq şəhidin ruhuna hörmətsizlik edən Mehdi Səlimzadə isə qanunsuz fəaliyyəti ilə fəxr edən kimi davranır. Kiçik 2-3 kvadrat metr nə böyük yer olub ki, onu şəhidə çox görür.Özü isə 2 ildə az qala Göyçayın yarsını zəbt edib.Bazar-dükanlar açır, insanları incidir, narazılıqlar yaradır.
Mən mətbuat vasitəsi ilə şəhid ailələrinin himayədarı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm şəhid ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadənin şəhid bulağının sökülməsinə verdiyi tapşıdığın qarşısını alasınız onun barəsində ciddi tədbirlər görəsiniz.Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə canını qurban verən şəhidə 2-3 kv metr yeri çox görən, şəhid ruhuna hörmətsizlik edən icra başçısı Mehdi Səlimzadəyə ar olsun !
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?