ŞOK-Bank Rəhbərinə 1400 manatlıq Oğurluq ittihamı Və ya Şəhid ailəsinə kim kömək Edəcək? Məmur özbaşınalığı günümüzün reyallına çevrilməsinə artıq öyrənmişik. Belə ki, redaksiyamıza vətəndaşların şikayətlərinin ardı-arası kəsilmir. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, gundemxeber.az-I ünvanına, Ucar rayonu Bağman kənd sakini şəhid ailəsi Kərimova Gülabatın Müseyb qızı tərəfindən olunan şikayət məktubunu olduğu kimi yayımlanmasını özümüzə borc bildik. Beləliklə Şəhid ailəsinin müraciyyətini olduğu kimi ölkə ictimayyətinin diqqətinə çatdırırıq. Həyat yoldaşım 20 Aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Buna görə şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada 200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar rayon filialından bankomatdan götürürdüm.Bu ilin May ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın ilin sonunda götürüb oğluma toy edərəm.Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb , buna görə bankomat kartları dəyişdirilir , mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı.23 Noyabr 2014- cü il tarixdə çağırıb kartımı özümə verdi.Kartı bankomata salıb yoxladıqda məlum oldu ki. may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər.Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartdır heç bir kod dəyişikliyi olmayıb.Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev bildirdi ki, biz pul götürməmişik, hətta utanmadan həyasızcasına qışqırdıda. Bu cinayət əməlidir ki, bunu Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev edib və utanmadan qışqırıb məni borclu , özünü isə haqlı sayır. Mən bu barədə artıq Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.İnanıram ki. bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək.Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı.Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki. şəhidin yeganə övladına toy edim ki, xoşbəxt olsun.Ancaq Tariyel Niftəliyevin fırıldaq əməli bizim ailənin arzusunu gözündə qoydu.Mənim həyat yoldaşım Sahib Kərimov vətən, torpaq uğrunda şəhid olub.Buna görə biz fəxr edirik. vətənin başı sağ olsun.Ancaq şəhid ailəsinə qarşı edilən bu əməl özbaşınalıq, soyğunçuluq və quldurluqdur.Şəhid ruhuna edilən hörmətsizliyə göz yummaq özü də mənəviyyatsızlıq olar.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya, Baş Prokurora, Korrupsiyaya Qrşı Mübarizə İdarəsinin rəisinə və digər aidiyatı orqan rəhbərlərinə müraciət edib xahiş edirəm bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz.Şəhid ruhuna hörmətsizlik edən cinayətkarlar ən ağır cəza ilə cəzalandırılmalıdır. Yazıda ittiham olunan qarşı tərəvin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?