GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun"

"Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun"

Tarix: 7-04-2018, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 334
"Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun"


Azərbaycan hakimiyyətində klanlar var və onlar Mehriban Əliyevanın prezident olmasını istəmirlər, Turan agentliyinin rəhbəri Mehman Əliyev deyir.

BBC Azərbaycancanın canlı yayımda qonağı olan Mehman Əliyev aprelin 11-də keçiriləcək seçkilərdən sonra islahatlarına aparılacağını proqnozlaşdırır və seçkilərin erkən keçirilməsinin səbəbini də məhz islahatların təcili həyata keçirilməsinə yaranan ehtiyacda görür.

Onun fikrincə, Avropa qurumları və ABŞ İlham Əliyevdən siyasi islahatlar gözləyir.

Prezident seçkisinin tələsik keçirilməsinin səbəbi ondan sonra gələcək islahatlardır

Mehman Əliyevin fikrincə, Azərbaycan İlham Əliyev hakimiyyətə gəldikdən bəri ilk dəfədir ki, seçkiləri böhran şəraitində keçirir. "Hələ böhrandan çıxmamışıq. Bu da vəziyyətə təsirini göstərir.

Seçkilər vaxtından tez, tələsik formada təyin olunub. Müxalifət - AXCP və Müsavat seçkiləri boykot edir", o deyir.

"Seçki ölkənin siyasi ictimai həyat tərzidir, amma son 15 ildə müxalifət partiyalarını, müstəqil ekspertləri görmüsünüzmü televiziyalarda? Heç bir oteldə tədbirlər keçirməyə, brifinq, mətbuat konfransı təşkil etməyə icazə vermirlər. Sərbəst toplaşma demək olar ki yoxdur. Seçiciləri düzgün informasiya qəbul etməkdən məhrum edirlər…"

Mehman Əliyev Azərbaycanda hazırda "sistemli böhran" vəziyyətinin mövcud olduğunu deyib

O bu vəziyyəti "sistemli böhran" kimi dəyərləndirib. "İqtisadi böhran da ciddi amildir. İqtisadi böhran onu da göstərdi ki, hakimiyyət buna hazır deyil. Sistem buna hazır deyildi. İdarəetmədə ciddi pozuntu var. Əgər siz böhranı görmürsünüzsə, bu onu göstərir ki, hakimiyyətdəki şəxslər vəziyyəti adekvat qiymətləndirmirlər. Bu, bugün real vəziyyətdir".

"Hakimiyyət artıq 2015-ci ildə özünü itirmiş vəziyyətdə idi. 2016-cı ildə hərəkət etməyə başladılar, amma gözləyirdilər ki, bəlkə də neftin qiyməti bir az da qalxar və bu bizi xilas edər. Bu baş verməyəndə anladılar ki, bu nəsə uzunmüddətli bir prosesdir və başladılar ki, hansı sahələrdə nə edək. Turizm, kənd təsərrüfatı və başqa sahələrdə də aktivlik var, deməzdim ki, yoxdur. Qəbul olunan yol xəritələri ilə bağlı hazırlıq işləri gedir və bunu qeyd etmək lazımdır. Amma bunlar hamısı onu demir ki, biz böhrandan çıxmışıq. Biz sadəcə böhrandan çıxmaq üçün cəhdlər göstəririk. Amma böhrandan çıxmaq üçün, hesab edirəm ki, daha da çevik addımlar atmaq lazım idi".

"Canlanma var və mən hesab edirəm ki, seçkidən sonra islahatların aparılması daha aktiv şəkildə həyata keçiriləcək", Mehman Əliyev əlavə edib.

Mehriban Əliyevanın prezidentliyə namizəd olmamasının səbəbi hakimiyyətdaxili çəkişmələridir

"Bu, hakimiyyətdaxili klanlarla bağlıdır. Hələ ki Azərbaycanda klan sistemidir; Naxçıvan klanı var, ermənistanlılar klanı var, Qarabağ klanı var, başqa klanlar var. Hələ bu, onların təsiridir. Onlar istəmirlər ki, Mehriban Əliyeva prezident seçilsin və ya dövlət başçısı olsun. Onlar buna ciddi şəkildə etiraz edirlər. Bizdə klan sistemi də belədir ki, onun daxilində yuxarıda duran elitası, orta təbəqəsi, iş adamları, müxalifəti və s. var və bu, bütün sistemi bürüyür. Azərbaycanın böyük bir faciəsidir ki, bunlar klan sistemi ilə yaşayırlar".

"Bunlar hesab edirlər ki, hakimiyyətə kiminsə gəlməyi onların maraqlarına ciddi zərbə vuracaq, çünki bizdə sistem - oliqarx sistemi belə qurulub ki, siyasi və iqtisadi maraqlar bir-birinə qarışıb. Onlar başa düşürlər ki, siyasi postdan gedən kimi sənin iqtisadi maraqların da zəifləyəcək. Buna görə istəmirlər".

Mehman Əliyev Qərb və Azərbaycan arasında "hansısa formada...razılaşma" olduğunu hesab edir

Avropa və Amerika ilə islahatlar razılaşdırılıb

Mehman əliyevin fikrincə, seçkidən sonra islahatlar qaçılmazdır. "Prezident seçkilərini aprelə keçirmək, vaxtilə referendum keçirmək, vitse-prezident postlarının təyini, yaş məhdudiyyətlərinin götürülməsi - bu da göstərir ki, cavanlaşdırma prosesi gedəcək - bütün bu amillər bunu göstərir ki, dəyişmək lazımdır".

"Avropa İttifaqı və ABŞ referendum elan ediləndə və prezident seçkiləri vaxtından tez elan olunanda heç bir təpki göstərmədi. Bununla bağlı heç bir tədqiq, heç bir bəyanatlar olmayıb ki, bu anti-demokratikdir və s. Heç bir şey yoxdur. Mən hesab edirəm ki, hansısa formada tərəflər arasında razılaşma var və əlbəttə ki, bu razılaşmalar Azərbaycanda avtoritarizmin qurulması, diktatorluğun qurulmasına hesablanmayıb".

"Bunun arxasında həmin o ciddi islahatlar - yol xəritələri, Aİ ilə hazırlanan strateji tərəfdaşlıq haqqında saziş durur. Seçkidən sonra bu sənədlər əsasında canlanma baş verəcək", Mehman Əliyev bildirib.

YAP-nın Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı BBC Azərbaycancada səslənən fikirlərə münasibət bildirib.

"Davos İqtisadi forumunun məlumatına görə, Azərbaycan islahatların keçirilməsinə görə ən öndə gedən ölkələrdəndir, İlham Əliyev hakimiyyətə gəldiyi gündən bütün sahələrdə islahatlar gedir. İndiyədək islahatlar həyata keçirilib və 11 aprel prezident seçkilərindən sonra da davam edəcəkdir".

"Azərbaycan müstəqil dövlətdir, Azərbaycanda dövlətin başçısı, prezident həyata keçirdiyi siyasəti başqa ölkələrlə razılaşdırıb həyata keçirmir. Bu hər hansı layihə deyil ki, məsələn, TAP layihəsi, TANAP layinəsi, Bakı-Tbilisi-Qars ki, regional, yaxud beynəlxalq səviyyədə layihələr olanda onları əhatə etdiyi ölkələrlə müəyyən ortaq məxrəcə gəlinir. Amma bu Azərbaycanın daxilində həyata keçirilən islahatlar prezidentin şəxsi iradəsidir".

Növbədənkənar prezident seçkilərinə gəldikdə isə, Məlahət İbrahimqızı deyib ki, "bu məsələni böyüdürlər".

"Birinci, bu prezidentin konstisuional hüququ idi, belə bir addım atdı. İkincisi, Azərbaycanda prezident seçkisi də, parlament seçkisi də payızda keçirilir, noyabrın birinci həftəsində. Növbəti dəfə seçki 2025-ci ildə prezident seçkisi ilə parlament seçkisi bir ilə düşür, 20 günün içində ölkədə həm parlament, həm prezident seçkisinin keçirilməsi çox ağır prosesdir. Bu addımı prezident onsuzda atacaqdı ya indi atdı, ya da bir ildən sonra."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv islahatlar həyata keçiriləcək”

    Mehman Əliyev:“Prezident seçkisindən sonra aktiv ...

    7-04-2018, 12:52

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    1-11-2015, 13:01

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhidlərin əziz xatirəsini yad ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    20-01-2016, 11:58

  • 
  • Prezident ailəsi səs verdi

    Prezident ailəsi səs verdi ...

    23-12-2014, 12:48

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Viktor Orbanın şərəfinə nahar veriblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    6-03-2016, 16:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (413)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu