gundemxeber.az bildirir ki, vəkil virtualaz.org-un redaksiyasına müraciət edərək, müstəntiq Bahadur Əliyevin qanunsuz hərəkətlərindən danışıb. Mənbənin bildirdiyinə görə, müstəntiq dələduzluğun qurbanı olmuş İlqar Qurbanovun işini araşdırarkən “hörmət”ə ümid edib və qanunları pozub.
“2015-ci ildə İ.Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin texniki qurğuların təmiri departamentində işləyib. Departament rəisi Çingiz Məmmədov dövlət vəzifəsi tutmaqla yanaşı, tikinti sahəsində sahibkarlıqla da məşğul olub və İlqara təklif edib ki. onun şəriki olsun. Şərik kimi Qurbanov işə 130 min manat pul qoymalı idi. Nədənsə şübhələnən Qurbanov pulu Məmmədova verməsi anını videokamera ilə çəkib”, - vəkil qeyd edib.
Müştərək biznesdən Qurbanov heç bir qazanc götürməyib. Dövlət müəssisəsindəki rəisi isə ona gördüyü işlər barədə hesabat verməyi artıq bilib və tam hüquqlu şərikinə hər hansı faiz ödəməyib. Bunu görən Qurbanov 2017-ci ilin avqustunda vəkil ilə müqavilə bağlayıb və Qaradağ Rayon Polis İdarəsinə müraciət edib.
Ç.Məmmədov tərəfindən iri məbləğdə pul vəsaitinin mənimsənilməsi üzrə ərizə müstəntiq Bahadur Əliyevə ötürülüb. Lakin bu qanun keşikçisi düz iki ay rəsmi qeydiyyatdan keçmiş işə baxmaqdan imtina edib və hətta öz rəhbərliyinin göstərişini də qulaqardına vurub.
“Mənim məsləhətimlə Qurbanov Bakı Şəhər Prokurorluğuna müraciət etdi, lakin bu günə qədər prokuror araşdırması da aparılmayıb”, - vəkil deyir.
Obyektiv olmağa çalışaraq, virtualaz.org müstəntiqin də mövqeyini öyrənməyə çalışıb və xəbər tutub ki, “Qurbanovun şikayətinə baxış müəyyən olunmuş qaydalara tam müvafiq həyata keçirilib”.
“Mən obyektiv istintaq apararaq işi şəhər prokurorluğuna yollamışam. Hər şey qanun çərçivəsində edilib”, - hüquq-mühafizə orqanının işçisi deyib.
Vəkillər Kollegiyası aparatının rəhbəri Fərhad Nəcəfli əməkdaşımıza bildirib ki. müstəntiq 10 gün ərzində ilkin istintaqı başa çatdırmalı idi. “Bundan sonra polis idarəsində iş üzrə qərar qəbul edilməli idi. İş prokurorluğa o zaman göndərilir ki, müstəntiqin hərəkətlərindən şikayət olsun”, - F.Nəcəfli bildirib.
Şəhər prokurorluğu isə Qurvanovun işinin düz bir il ləngidilməsinin səbəblərini açıqlamayıb. Lakin vəkillər iddia edirlər ki, bu cür ərizələr prokurorluq tərəfindən 1 ay ərzində baxılmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?