Cinayəti törədən vəkil 7 il müddətinə azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının üzvü, sabiq müstəntiq Tahir Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Tahir Qurbanov 7 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Tahir Qurbanov 6 nəfərin etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. Tahir Qurbanov əvvəllər prokurorluqda müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. O, həbs olunan dövrdə Vəkillər Kollegiyasının üzvü olub.
Tahir Qurbanovun dələduzluq etdiyi şəxslərdən biri SOCAR-da tikinti trestinin rəisi müavini olan Allahyar Mirzəyevdir. Allahyar Mirzəyev Qubada yol tikintisinin həyata keçirilməsi üçün Tahir Qurbanov və onun iki tanışına 50 min manat verib. Bunun qarşılığında Allahyar Mirzəyevin şirkətinə tenderdə yol tikintisinin həyata keçirilməsinin həvalə olunacağı vəd edilib. Ancaq SOCAR əməkdaşının külli miqdarda pulunu ələ keçiriblər.
Sorğu
Yeni dizaynımız necədir?