GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi işdən qanunsuz çıxardığı əməkdaşların üç aylıq maaşını da vermir

Təhsil Nazirliyi işdən qanunsuz çıxardığı əməkdaşların üç aylıq maaşını da vermir

Tarix: 10-04-2018, 20:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 518
Təhsil Nazirliyi işdən qanunsuz çıxardığı əməkdaşların üç aylıq maaşını da vermir


İstedadlı Uşaqlarla İş Mərkəzinin keçmiş əməkdaşı Fimar Hacıyeva Azərbaycan Respublikası Təhsil nazirinin müavini Ceyhun Bayramova açıq məktub ünvanlayıb

“Hörmətli Ceyhun müəllim! Sizə müraciət edirəm, çünki bəlkə də təhsil nazirliyi sistemində ilk sayılacaq bunca kobud qanunsuzluqlardan xəbərdar olmadığınızı düşünürəm. Əks halda qarşısını alar, biz pedaqoji işçilərin sizdən, Təhsil Nazirliyindən, eləcə də dövlətdən narazı qalmasına imkan verməzdiniz.

Sizə poçt vasitəsilə teleqram və məktub göndərmişəm. Deyəsən nazirliyin nəzdindəki “şəbəkə” onların sizə çatmasına əngəl yaradıb. Odur ki, prezident seçkisi ərəfəsində açıq müraciət yolu seçdim.

Nazir əvəzi olaraq rəhbərlik etdiyiniz və əlbəttə ki, hər əməkdaşın addımına cavabdeh olduğunuz dövlət qurumunda baş verənlərdən xəbərdar olandan sonra problemi həll edəcəyinizə ümidliyəm.

Bildirim ki, 2008-ci ildən Respublika Uşaq Birliyi Təşkilatı Rəhbərləri Məktəbində (UBTR) saat hesabı yolu ilə müəllim işləmişəm. 2015-ci ilin sentyabr ayının 1-dən metodist ştatına keçmiş, eyni zamanda müəllim kimi fəaliyyətimi davam etdirmişəm. Gözlənilmədən, xəbərdarlıq edilmədən mediada Nazirlər Kabinetində 05 iyun 2017-ci il tarixli 250 nömrəli əmri ilə 1934-cü ildən bu sahədə yeganə təhsil müəssisəsi olan UBTR məktəbinin bazasında “İstedadlı Uşaqlarla iş Mərkəzi”nin yaradılması haqqında qərar verilib. BU barədə biz mediadan məlumat almışıq.

Bu əmrin əsasında o zamanki təhsil naziri Mikayıl Cabbarov 21 iyul 2017-ci il tarixli 210 nömrəli əmr imzalayıb. Əmrdə 2017-ci il dekabr ayının sonunacan UBTR məktəbinin nəzdində İstedadlı Uşaqlarla iş Mərkəzinin yaradılması, fəaliyyətə başlaması üçün göstərişlər verilib, komissiya yaradıldığı qeyd olunub.

Avqust ayında Təhsil nazirliyinin əməkdaşları Anar Mirzəzadə, Vidadi Bağırov, Almaz Əsgərova UBTR Məktəbinə gəlib nazirin əmri barədə məlumat veriblər və əməkdaşların işə davam edə biləcəyi, hamının işlə təmin olunacağı barədə məktəbin direktoru Dilarə Quliyevaya məlumat veriblər.

Biz tam iş günü qrafiki ilə işə davam etmiş, sentyabr, oktyabr, noyabr, dekabr aylarının əmək haqlarını bütünlüklə almışıq. Dekabr ayının sonlarında nazirlik əməkdaşları Murad Camalov, Anar Mirzəzadə və Vidadi Bağırov yenidən məktəbə gəliblər, D.Quliyeavını 5 aylıq müvəqqəti müqavilə ilə Mərkəzə direktor təyin edildiyini bildiriblər. Onların göstərişi ilə əməkdaşlara 07 dekabr tarixli qeydlə işdən çıxma, 12 dekabr tarixli qeydlə İstedadlı Uşaqlarla iş Mərkəzinə 3 aylıq müqavilə ilə eyni ştata işə qəbul olunma ərizəsi yazdırılıb. Mən bunun qanunsuz olduğunu bildirərək etiraz etmişəm.

Təhsil Nazirliyi əməkdaşlarının təkidi ilə direktor barəmizdə işdən çıxma və Mərkəzə işə qəbul barədə əmr imzalayıb, əmək kitabçalarına işdən çıxarılma və İstedadlı Uşaqlarla iş Mərkəzinə işə qəbul olunma barədə qeyd yazılıb. Yanvar ayının 04-dən mart ayının 28-dək istirahət və bayram günlərini çıxmaqla hər gün işdə olmuş, bu müddətdə UBTR Məktəbinin arxivini hazırlayıb təhvil vermiş, inventarizasiya aparmış, ixtisasartırma təhsili üçün məktəbə müraciət edən şəxslərlə izahedici söhbətlər etmiş, onlara metodik tövsiyələr vermiş, ixtisasartırma kursunu bitirənlərlə görüşmüş, məsləhətlər vermiş, eyni zamanda rayon təhsil şöbələrinin qabaqkı fəaliyyətimizlə bağlı suallarını cavablandırmışıq. Bu müddətdə nazirlik tərəfindən bizə uyğun iş tapşırılacağını gözləmişik.

Hər gün işdə olduğumuzdan Nazirliyin əməkdaşı, gənc kadr Anar Mirzəzadənin Mərkəzin direktoru ilə necə kobud tonda danışdığının şahidi olmuşuq. Mart ayında İUİM-nin möhürü alınıb, UBTR məktəbinin VÖEN-i mərkəzin adına dəyişdirilib, yeni ştat cədvəli hazırlanıb və s. Bu müddət ərzində nazirliyin əməkdaşı, mərkəzin yaradılması işlərini icra edən Anar Mirzəzadə, komissiya üzvü Vidadi Bağırov bir neçə dəfə UBTR Məktəbinə gələrək əmək haqqının ödəniləcəyinə, kimsənin işsiz qalmayacağına şifahi şəkildə vəd veriblər. Yəni biz, istirahət və bayram günlərini çıxmaqla hər gün səhər saat 9-dan 17-dək iş yerində olmuş, müəyyən işlər görmüşük. Gündəlik davamiyyət jurnalını imzalamışıq.

Baş mühasib aylıq maliyyə sənədlərini hazırlayıb aidiyyatı qurumlara göndərib. 28 mart 2018-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları Vidadi Bağırov, Anar Mirzəzadə və Hüseyn (soyadını dəqiqləşdirə bilmədim) UBTR Məktəbinə (məktəbin ünvan lövhəsi hələ də F.Yusifov 39 ünvanda, qapı üzərindədir) gələrək tək-tək əməkdaşlarla görüşüb, direktordan savayı hamının (12 nəfər) işdən azad edildiyini, kimsəyə iş təklif olunmayacağını, yanvar, fevral, mart ayları üçün əmək haqqı ödənilməyəcəyini, bizim ştatların ləğv edildiyini deyiblər. Hətta analıq məzuniyyətində olan, himayəsində xəstə həyat yoldaşı olan, anası gözdən əlil olan insanları da işdən azad ediblər.

Mənimlə söhbət zamanı bu addımla dövlət qurumunun vətəndaşların hüquqlarını pozduğunu bildirmiş, işdən azad edilməyimizin, əmək haqqı verilməməsinin qanunsuz olduğunu demiş, etiraz etmişəm. Digər əməkdaşların hər biri ilə də eyni məzmunlu söhbət aparılmış, onlar da etirazlarını bildiriblər. Lakin üç aylıq müqavilə əsasında gündəlik işə davam etməyimiz, bu üzdən əmək haqqı almaq hüququnun pozulması barədə etirazlarımıza məhəl qoyulmayıb.

Şəxsən mənim Anar Mirzəzadəyə “Dəfələrlə məktəbə gələrkən bizə niyə işə gəlməyin demirdiniz, dekabr ayında işdən azad etmirdiniz? Niyə bizə əmək haqqı vəd edirdiniz, iş vəd edirdiniz” sualımı cavablandırarkən o “Əmək haqqı ödəməmək, kütləvi işdən çıxarılma qərarı indi verilib” deyib. Martın 28-də əməkdaşların bir qrupu akt tərtib edərək 4 yanvar-28 mart tarixlərində gündəlik işdə olduqlarını öz imzaları ilə təsdiq ediblər (Aktın surəti əlavə olunur).

Hazırda İstedadlı Uşaqlarla İş Mərkəzinin kəskin maddi durumda olan 12 nəfər əməkdaşı işsizdir, Təhsil Nazirliyindən 3 ayın əmək haqqını tələb edir.

Cənab Ceyhun Bayramov!

Əməkdaşınız Anar Mirzəzadə nazirliyin adından bizə yalan vədlər verib, qanunsuz olaraq 12 nəfər işdən azad edilib, əmək haqqımız ödənilməyib. Bizə maddi və mənəvi zərbə vurulub.

13 nəfər əməkdaşın üç aylıq əmək haqqının ödənilməsini, 12 nəfərin (D.Quliyeva hazırda direktor kimi fəaliyyət göstərir) əvvəlki iş yerinə bərpa olunmasını təmin etməyi sizdən xahiş edirik. İnanırıq ki, sizin problemə dövlətçilik mövqeyindən yanaşmanız sayəsində məsələ həllini tapacaq və bizim hüquqlarımızın bərpası üçün məhkəməyə müraciət etməyimizə gərək qalmayacaq.

Qeyd edək ki, eyni məzmunlu məktubla prezident cənab İlham Əliyevə və vitse prezident Mehriban xanım Əliyevaya da müraciət etmişəm”./fia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

    Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir ...

    6-12-2017, 16:28

  • 
  • Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaqmı?

    Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə ...

    19-11-2013, 11:53

  • 
  • Elşad İskəndərovun qayınları da işdən atılacaqmı?

    Elşad İskəndərovun qayınları da işdən atılacaqmı? ...

    7-05-2014, 09:53

  • 
  • Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz edəcək

    Təhsil naziri vəzifəsini Ceyhun Bayramov əvəz ...

    5-12-2017, 18:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu