GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəmkir icra başçısının gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT

Şəmkir icra başçısının gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT

Tarix: 23-04-2018, 15:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 527
Şəmkir icra başçısının gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT


İcra Hakimiyyəti şöbə müdirinin Moruldan gecə qaçışının təfərrüatları üzə çıxdı

gundemxeber.az bildirir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayevlə bağlı AzEuroNews.com -un redaksiyasına olduqca ilginc iddialarla dolu məktub daxil olub. Məktubdan belə aydın olur ki, bu il martın 23-də məmurun doğum günü olub. Rasim Mustafayev doğum gününü qeyd etdikdən sonra qardaşı Səyyar Mustafayevə məxsus Az 57 CT 557 dövlət nömrə nişanlı “Nissan Patrul” markalı avtomobilin sükanı araxsına keçib. Gecə saat 1-də Şəmkir rayonunun Morul kəndində yerləşən “Qırmızı Körpü”nün yanına gedib. Avtomobili orada saxlayaraq piyada, həbsdə olan qaynı Ceyhun Əkbərovun evinə yollanıb. Məmurun gecə gəzintisindən məlumatlı olan sakinlər onun hara gedəcəyini öyrənmək üçün izləyiblər. Sakinlər R.Mustafayevin qaynı həbs olunduqdan sonra gecələr onun evinə bu formada-yəni, gizli şəkildə gedib-gəlməsini eşitdiklərindən onu izləmək qərarı veriblər. Bu səbəbdən küçə sakinləri R.Mustafayevi anbaan izləyiblər. Görüblər ki, R.Mustafayev qaynının evinə çatdıqda, qaynının həyat yoldaşı həyətin darvazasını açıb, R.Mustafayevi həyətə buraxıb. Bundan sonra evin işıqları sönüb. Həmin an qonşular səs-küy salaraq gecə saat 1-2 radələrinə qədər bütün küçə sakinlərini oyadaraq 150-200 nəfəri bir yerə toplayıblar.

Onlar C.Əkbərova məxsus evin darvazasını döyərək R.Mustafayevin çölə çıxmasını tələb ediblər. R.Mustafayev vəziyyətin qarışdığını görüb gecə saat 3-4-ün yarısına qədər çölə çıxa bilməyib. Qadın isə, qonşuların onu çağırmasına səs verməyib. Təxminən gecə saat 4 radələrində küçəyə maşın gəlib. Sakinlər elə başa düşüblər ki, maşın küçə sakinlərindən birinindir. Bu səbəbdən maşına yaxınlaşmayıblar. Həmin maşın küçədə dayanarkən R.Mustafayev qaynının evindən çıxıb maşına tərəf qaçmağa başlayıb. Küçə sakinləri Rasim Mustafayevin dalınca qaçsalar da, onu tuta bilməyiblər. Özü qaçıb canını qurtarsa da, gəldiyi maşın “Qırmızı Körpü”nün yanında qalıb. Sakinlər Az 57 CT 557 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobili daşqalaq edib, balta ilə əzib yararsız hala salıblar. Bu barədə, R.Mustafayev heç bir yerə məlumat verməyib. Maşını da gizlədib. Çünki bilib ki, maşının əzilməsi ortaya çıxsa R.Mustafayevdən gecə saat 1-də türmədə olan qaynının tək yaşayan arvadının yanına içkili vəziyyətdə nə üçün getdiyini ondan xəbər alacaqdır. Onu da nəzərinizə çatdırırıq ki, R.Mustafayev qaynının evində olarkən qonşular tərəfindən ev daş “yağışı”na tutulub, evin bir neçə aynası sınıb. Həmin hadisə baş verən gündən küçə sakinləri C.Əkbərovun həyat yoldaşını küçədən qovublar.

Şəmkir sakinlərinin məktubunda daha sonra deyilir: “Dövlət nümayəndəsinin seçki ərəfəsində bu cür əxlaqsızlıq edərək gecə yarısı 150-200 nəfəri bir yerə toplaması əhalidə hökumətə qarşı pis fikir oyadır. Odur ki, Rasim Mustafayev bu hərəkəti ilə tək qaynının ailəsinə yox, işlədiyi icra aparatına və rayon başçısına xəyanət etdiyini sübut etdi”.

Məktub müəllifləri yazırlar ki, R.Mustafayevin bu günədək müdafiə olunmasının səbəbi 2014-cü ildə onun başçının aqrar məsələlər üzrə müavini olması üçün namizədliyini irəli sürən Qüdrət Əliyevdir. Çünki R.Mustafayev şöbə müdiri təyin olunanda Qüdrət Əliyev ondan 30 min manat pul alıb və Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpasa Məmmədova məruzə etməyib. Odur ki, R.Mustafayev müdafiə olunmayacağı halda Qüdrət Əliyevin ondan aldığı 30 min manat barəsində Alimpaşa Məmmədovu məlumatladıracağı ilə Qüdrət Əliyevi şantaj edir.

Mövzu ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə zəng vurub sakinlərin şikayət məktubunda adları keçən şəxslərin mövqeyini öyrənmək cəhdlərimiz heç cürə alınmadı. Onları da dinləyib, mövqelərini dərc etməyə hazırıq.

Onu da qeyd edək ki, Şəmkir sakinlərinin redaksiyamıza ünvanladığı şikayət məktubu ixtisarla dərc olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ MÜDIRININ MÜƏMMALI ÖLÜMÜ BAŞÇINI BITIRIR...

    ICRA BAŞÇISI PREZIDENT APARATINA ÇAĞRILDI: ŞÖBƏ ...

    18-12-2014, 23:34

  • 
  • Şəmkirin icra başçısı müavinini işdən çıxardı

    Şəmkirin icra başçısı müavinini işdən çıxardı ...

    5-11-2014, 16:29

  • 
  • İcra başçısı şöbə müdirini işdən çıxardı, narazılıq yarandı

    İcra başçısı şöbə müdirini işdən çıxardı, ...

    15-12-2016, 00:12

  • 
  • İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa Məmmədov + FOTO

    İcra başçısı ağır qəzaya düşdü - Alimpaşa ...

    3-04-2017, 15:42

  • 
  • İcra başçısının müavini şöbə müdirini xəstəxanalıq etdi - ZƏRDABDA

    İcra başçısının müavini şöbə müdirini ...

    28-09-2015, 22:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (414)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu