Qubadlı rayon təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva işdən çıxarılıb
Əldə etdiyimiz məlumata görə, Allahverdiyeva Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun qərarıyla təqaüdə göndərilib.
Qeyd olunur ki, şöbə müdirinin işdə yol verdiyi nöqsanlar, son illər rayon təhsilinin xeyli geriləməsi İsaqovu bu addımı atmağa vadar edib.
Əməkdaşımız məsələylə bağlı Allahverdiyevanın özüylə əlaqə saxlayıb və o faktı təsdiqləyib:
"Niyə mənim işdən çıxmağım sizi narahat edir ki? Bəli, çıxarılmışam. Bu, yaşımla bağlıdır. Amma maraqlıdır ki, mənim yerimə müavinim Kamil Əhmədov təyin olunub və onun da 64 yaşı var. İcra başçısı Təhsil Nazirliyinə məktub yazıb, razılıq aldı və nazirlik də onun təklifinə hə dedi. Hazırda heç bir işlə məşğul deyiləm. İş təklif olunmayıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?