Səlim Müslümov, Elman Mehdiyev, Nazim İbrahimov və Qorxmaz Hüseynov…
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümovla bağlı 2-2,5 milyard manatlıq yeniti qalmaqalından sonra daha bir neçə məmurun cinayətə cəlb edilməsi ilə bağlı xəbərlər dolaşır.
“Yeni Müsavat”ın yaydığı məlumatda bildirilir ki, uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxın olub və bu da bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb.
Beləliklə, yeyintinin böyük bir hissəsinin Dövlət Sosial Müdafiə Fondunda (DSMF) mənimsənildiyi vurğulanır ki, bu da sözügedən qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsindən öncə baş verib.
Həmin ərəfədə isə DSMF-yə (2002-ci ildən bəri) S.Müslümov rəhbərlik edib. Yalnız 2013-2016-ci illər arasında qısamüddətli dövrdə Fondun sədri Elman Mehdiyev olub.
2006-cı ildən Fond yenidən S.Müslümovun nəzarətinə keçib – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe etdirilib.
Arqument.Az-a verilən məlumatlarda Elman Mehdiyevin də cinayətə cəlb olunması istisna edilmir. Bildirilir ki, bu məsələ artıq ölkə başçısı səviyyəsində müzakirə edilib.
Cinayət məsuliyyətinə cəlb olunacaq məmurlardan birinin Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun olacağı bildirilir. Hətta bir neçə gün öncə Prezident Adminstrasiyasınn rəhbəri Ramiz Mehdiyev də onun öz işinin öhdəsindən gələ bilməsi və ayrılan dövlət vəsaitlərinin ünvanı üzrə xərclənmədiyini vurğulamışdı.
R. Mehdiyev Nazim İbrahimovla bağlı məsələdən ölkə başçısının da xəbərdar olduğunu bildirmişdi.
Son məlumatlara görə, yoxlamaların hədəfində olan məmurlardan biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovdur. Onun da külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləmədiyi iddia olunur.
Qeyd olunur ki, yaxın günlərdə “Azərsu” ASC-də yoxlamalar aparılacaq və bu yoxlamalar Qorxmaz Hüseynov üçün arzuolunmaz nəticələr verə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?