Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev tutduğu vəzifədən azad edilib.
R.Tağıyev SalamNews-a bildirib ki, mən özüm ərizə yazaraq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova işdən getməyimi xaiş etdim. İndi mən nazirliyin işçisi deyiləm.
Xatırladaq ki, son üç ildə Rauf Tağıyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vəzifəni icra edib.
Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayev nazir Səlim Müslümovun əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?