GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məmmədovların yanan hoteli - təxribat, yoxsa...

Məmmədovların yanan hoteli - təxribat, yoxsa...

Tarix: 30-04-2018, 14:06 Bölmə :GündəmXəbər / Manşet Baxış: 403
Məmmədovların yanan hoteli - təxribat, yoxsa...


Bakıdakı bir olayın mümkün pərdəarxası haqda

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus hotel-apartamentdə yanğının dərhal ölkənin bir nömrəli xəbərinə çevrilməsi bu olaya xüsusi diqqət yetirilməsini zəruri edir. Yəni ölkədə, demək olar ki, hər gün yanğılar olur və dünənki olay kimi insan itkisi olmadan ötüşdüyü üçün diqqət çəkmir, mediada da adi xəbər kateqoriyasına aid edilir.

İstifadəyə verilməsə də, hər gecə işıqları bərq (gəl-gəl deyən) vuran Məmmədovların dəbdəbəli binasında yanğın isə dərhal ölkədə bütün xəbərləri üstələdi. Halbuki, Ziya Məmmədov artıq ilyarımdan çoxdur nazir deyil. Oğlu Anar Məmmədovu ara-sıra media yada salmasa, o da unudulub. A.Məmmədovun cəmiyyətdə populyar olmayan qayınatası Heydər Əsədov da seçkidən sonra nazir kürsüsünü itirib və qeyblərə qarışıb.

Bəs niyə bu yanğın bu qədər diqqət çəkdi? Demək, bu yanğında hansısa bir müəmma varsa, məhz bu cür reaksiya olacağı əvvəlcədən proqnozlaşdırıla bilərdi. O binanın Məmmədovlara aid olduğunu hər gün yanından keçən məktəbli də bilir, ömründə qəzet oxumayan fəhlə də... Bura Bakıda əlini uzadıb dəqiqliklə “bu, filankəsin hotelidir” deyilən azsaylı məkanlardan bəlkə də ən məşhurudur.

Daha bir maraqlı detal. Məmmədovlar heç vaxt demokratik təfəkkür sahibi olmayıblar. Amma respublikaçı Trampa yol tapandan sonra bu göydələn-apartamenti az qala ABŞ-ı assosiasiya edən obyekt kimi qələmə verməyə çalışırdılar. Yadınıza salın, Trampın sensasion seçki qələbəsi elan olunanda Məmmədovlar Bakıda az qala atəşfəşanlıq etmək istəyirdilər. Yanğının xarici mediada doğurduğu diqqətin əsas səbəbi isə vaxtilə Tramp brendi daşıması oldu. İlginc deyilmi? Məmmədovları Azərbaycanda, Trampı dünyada tanımayan varmı?

Yanğının Bakıda mötəbər iki yarışmanın - “Formula -1" və Bədii Gimnastika üzrə Dünya Kubokunun keçirildiyi vaxt baş verməsi xəbər məkanında gözlənilən reaksiyanı verdi. 2015-ci il Avropa Oyunlarına sayılı günlər qalmış Azadlıq prospektindəki yaşayış binasında baş vermiş dəhşətli yanğında 15 nəfərin həlak olması da eyni reaksiya doğurmuşdu. Ölkədə minlərlə turistin olduğu bir vaxtda şəhərin mərkəzində bir gündə iki dəfə yanğın olursa, bunu diqqətə almaq lazımdır. Şübhə yoxdur k, hökumətin müvafiq strukturları da bu ”təsadüf" məsələlərini ciddi araşdıracaq. Unutmaq olmaz ki, öllkəmizin bədxahlarının məhz Azərbaycanda miqyaslı mötəbər tədbirlər olanda “sancıları” daha da artır....

Məmmədovların hakimiyyətlə yolları ayrılandan sonra onların biznesinə və azadlıqlarına xüsusi təhlükə olması barədə hər hansı səhih informasiya yoxdur. Bizneslərinin müəyyən hissəsini özləri satıblar ki, bu da gözlənilən idi. Yəni Məmmədovların itirdikləri mövqelərə görə iqtidardan narazılıqları deyil, həbsxanada olmadıqları üçün olsa-olsa, şükranlıqları var. Bu səbəbdən Məmmədovlar bu yanğında zərərçəkmiş kimi görünürlər və onların bu kimi “təxribata bənzər” əmələ əl ata biləcəkləri ağlabatan görünmür. Əgər Məmmədovlar hansısa səbəbdən (məsələn, alqı-satqıya görə) bir-birlərinə qənim kəsilməyiblərsə, adamlar Bakının mərkəzində “oturduqları budağı” niyə kəssinlər ki....

Əgər bu hadisə işçilərin məsuliyyətsizlikdən baş veribsə, o halda Məmmədovlar hadisənin araşdırılması üçün qollarını çırmalamalıdırlar.

Bu yanğında qəribəliklərdən biri də bayaq qeyd etdiyimiz kimi, ABŞ prezidentinin adının hallanmasıdır. Halbuki Tramp brendi o, Ağ Evə hələ köçməməmişdən Bakıdakı binanın üzərindən götürülmüşdü. Amma yenə də çox qəribədir ki, xüsusən Rusiya xəbər agentlikləri Trampın adını hallandırdı. O Trampın ki, yanğından iki gün əvvəl Bakıya məktub göndərmişdi və 11 aprel seçkisindən sonrakı dönəmdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsindən söz açmışdı.../musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Nazir oğlunun Qəçrəşdəki villası söküldü

    Nazir oğlunun Qəçrəşdəki villası söküldü ...

    2-10-2015, 18:46

  • 
  • Ziya Məmmədovun saunası yandı

    Ziya Məmmədovun saunası yandı ...

    13-12-2013, 16:12

  • 
  • Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: -  Londona köçdü

    Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: - Londona ...

    9-08-2017, 15:10

  • 
  • Ziya Məmmədovun evi yandı

    Ziya Məmmədovun evi yandı ...

    19-02-2018, 15:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu