Bakının mərkəzində, Xəqani küçəsində yerləşən Azərbaycan Voleybol Federasiyasının binasında yanğın olub. Xəqani küçəsi 47 ünvanındakı 5 mərtəbəli binanın 5-ci mərtəbəsində başlayan yanğın sürətlə yayılıb. Yanğın nəticəsində Federasiyanın 45 kvadrat metrlik sauna və qurğular tamamilə yararsız vəziyyətə düşüb.
Digər məlumata görə, yanğının baş verdiyi binada “Bank Respublika”nın mərkəzi ofisi yerləşir. Yanğın banka da nisbətən təsir göstərib, bəzi otaqlara su sızıb.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədovdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?