GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Tarix: 4-05-2018, 14:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 384
Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb


Məmmədov klanı Azərbaycandakı iqtisadi sferadan da tam çəkilir

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.

Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət vəsaitlərini xaricdəki hesablara, bir çox Avropa dövlətləri ilə yanaşı Böyük Britaniyada mal-mülklərə transfer edib.

Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq o qədər “ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba köçürülməlidir. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. 5 ildən sonra ailə yaşayış icazəsi, 1 ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb. Yada salaq ki, 2016-cı ildə yayılan xəbərlərdə deyilirdi ki, Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb. Həmin vaxt deputat olan əmisi Elton Məmmədov bu məlumatlara münasibət bildirərkən bütövlükdə qardaşı oğlunun xarici vətəndaşlıq almasını təkzib etməmişdi.

A.Məmmədovun atası Ziya Məmmədovun dövlət büdcəsindən taladığı pullar hesabına qurduğu “Garant Holdinq”in rəhbərliyindən istefa verməsi də yeni xəbər deyil. Ziya Məmmədovun “ulduzunun sönməsi” bu klanın iqtisadi sferadakı bizneslərinin də “milli”ləşdirilməsinə gətirib çıxardı. Bu gün Məmmədovların Azərbaycan daxilindəki biznes imperiyası süquta uğramış durumdadır. Ziya Məmmədov nazirliyinin son 1 ilində səlahiyyətlərini bir-birinin ardıca itirdiyi günlərdə, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in də törəmə şirkətlərini bağlayır, “qayçılayır”, lisenziyalarını ləğv edirdilər. Ziya Məmmədov ilyarımdan artıqdır ki, vəzifədən çıxarılıb. Onun mal-mülkünün “budanması” isə hələ də davam edir. 2018-ci il aprelin 1-dən onun çoxsaylı obyektlərindən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edildi. Məlum oldu ki, sabiq nazirin oğluna beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Bundan sonra hotelin sahibi dəyişdirilib. Məmmədovlardan son olaraq alınan təkcə Qubadakı hotel olmadı. Azərbaycandakı “Quba Rixos” hoteli ilə yanaşı onların Gürcüstandakı “Rixos Borjomi”sini də əllərindən aldılar.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib.
Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi. Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.”, “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik söküldü, yenidən təşkil edildi. Ziya Məmmədov və komandası yeni nazirlikdə vəzifəsiz qaldılar. Hakimiyyətin 1 gedişi ilə sabiqə çevrilən Ziya Məmmədovun və klanının çox ciddi narazılığına səbəb olub. İndi məlum olur ki, oğlunu illər öncə ölkədən çıxaran sabiq nazir onun təhlükəsizliyini təmin etmək üçün 25 milyon manatından da keçib, Böyük Britaniya vətəndaşlığı alıb./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23

  • 
  • Britaniya parlamenti Avropa Birliyi ilə bağlı müzakirələrə başladı

    Britaniya parlamenti Avropa Birliyi ilə bağlı ...

    1-02-2017, 00:13

  • 
  • Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: -  Londona köçdü

    Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: - Londona ...

    9-08-2017, 15:10

  • 
  • Britaniya NATO-Rusiya münaqişəsinə hazırlıq görür

    Britaniya NATO-Rusiya münaqişəsinə hazırlıq görür ...

    8-02-2016, 14:41

  • 
  • Britaniya Avropa Şurasında sədrlikdən imtina edəcək

    Britaniya Avropa Şurasında sədrlikdən imtina ...

    20-07-2016, 17:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu