Böyük Britaniya İordaniyaya çevik şəkildə hərbi texnika və canlı qüvvə göndərməklə bağlı xüsusi təlim keçirir.
Modern.az Britaniya KİV-nə istinadən xəbər verir ki, təlimlər Yaxın Şərqdə keçirilsə də, onun əsas məqsədi ehtimal olunan NATO-Rusiya münaqişəsinə operativ reaksiya vermək məqsədi daşıyır.
"Shamal Storm" təlimi zamanı Böyük Britaniya İordaniyaya 16 min hərbçi və 300 hərbi texnika göndərəcək.
Hərbi mənbələr əsas məqsədin Rusiyanın Şərqi Avropa ölkələrinə hücum etdiyi zaman bölgəyə qısa zamanda Britaniya kontingentinin göndərilməsini təmin etməkdən ibarətdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?