GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kremlin sonuncu “patron”u – Moskvanın Ermənistana sürprizi...

Kremlin sonuncu “patron”u – Moskvanın Ermənistana sürprizi...

Tarix: 5-05-2018, 10:47 Bölmə :GündəmXəbər Baxış: 312
Kremlin sonuncu “patron”u – Moskvanın Ermənistana sürprizi...


Erməni politoloq: “Rusiya yaxşı bilir ki, Ermənistan heç yerə çıxıb gedəsi deyil”; nüfuzlu Qərb nəşrlərindən pessimist rəylər - “İnqilab erməni xalqına xoşbəxtlik gətirməyəcək”, “Ermənistan üç günə İsveçrəyə çevrilməyəcək...”

Ermənistanda daxili siyasi təlatümlər bu həftə də ara vermədi. Serj Sərkisyanın istefasından ruhlanan etirazçı kütlə və onun inqilabçı lideri, deputat Nikol Paşinyan mayın 1-də parlamentdəki səsvermənin uğursuz nəticəsindən sonra hakimiyyət uğrunda savaşın ikinci, daha sərt dalğasına qərar verdi, vətəndaş itaətsizliyi daha geniş miqyas aldı.

Bəs gələn həftə - xüsusən də mayın 8-də parlamentdə gözlənilən ikinci və sonuncu səsvermə nə vəd edir? Ümumiyyətlə, “rəngsiz” adlandırılan inqilab Ermənistanı hara aparacaq, Paşinyan baş nazir ola biləcəkmi? Rusiya proseslərə hansı formada müdaxilə edə bilər? Yerli və əcnəbi təhlilçilər bu suallara cavab tapmağa çalışırlar.

*****

İrəvandakı Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Aleksandr İsgəndəryan əmindir ki, Nikol Paşinyan hər halda hakimiyyətə gələcək, lakin onun təyinatı Ermənistanı demokratik cəmiyyətə çevirməyin uzun və ziqzaqvari yolun yalnız başlanğıcı demək olacaq. Bu barədə Fransanın “Liberation” nəşrinin xüsusi müxbiri Veronika Dormanın ondan götürdüyü müsahibədə deyilir.

“Problem ondadır ki, küçəyə çıxan minlərlə insan xoşbəxtlik gözləyir, xoşbəxtlik axtarır. Ancaq Ermənistan üç günə İsveçrəyə çevrilməyəcək. Adamlar mütləq məyus olacaqlar”, - deyə o vurğulayıb. Politoloq bunun səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Nikol Paşinyan jurnalistika və küçə siyasətindən savayı heç vaxt başqa heç nə ilə məşğul olmayıb: “O, şübhəsiz ki, ağıllı, istedadlıdır, kütləni duyan gözəl natiqdir. Amma idarəçilik anlamında, strukturlar yaratmaq baxımından heç vaxt siyasətlə məşğul olmayıb. O artıq işə çıxanda öyrənməli olacaq və bu dövrdə onun kimlərin əhatə eləməsi xüsusi önəm daşıyacaq. Ermənistanın problemi liderin şəxsiyyətində deyil, səlahiyyətlərin bölüşdürülməsini balanslaşdırmaq zərurətində, partiya sistemini təkmilləşdirmək bacarığındadır”.

Erməni ekspert daha sonra deyib: “İddia eləmək ki, ölkədə qayda-qanun yaradıb ədalətli bərpa eləmək yetər ki, iş adamları o saat Ermənistana sərmayə qoymaya can atsınlar, bu - sadəlövhlük olar. Problem ondadır ki, ölkə investisiyalar üçün cəlbedici deyil. Korrupsiya - təsadüfi hal yox, Ermənistan iqtisadiyyatı üçün sürtgü yağı rolundadır və monopoliya üzərində qurulub. Yəni müstəsna olaraq korrupsiyaya qarşı mübarizə aparmağın xüsusi anlamı yoxdur. Çəkindirmələr və əks-təsirlər sisteminə, bir-birinə nəzarət edən instansiyalara, real müstəqil mətbuata ehtiyac var. Kölgə iqtisadiyyatını iki aya aradan qaldırmaq qeyri-mümkündür”.

Baş verənlərdə Rusiyanın roluna gəlincə, “Liberation”un müsahibi deyib: “Rusiya indi kənarda durub. O bilir ki, Ermənistan heç yerə çıxıb gedəsi deyil. Paşinyan bu barədə israrla və çox danışıb. Moskva başa düşərək ki, situasiya sırf daxillə bağlıdır, gözləyir. Bu, Ukrayna və ya Gürcüstandakı vəziyyətlə müqayisəyə gəlmir. Nədən ki, söhbət sivil modelin seçilməsindın getmir. Bütövlükdə ya Rusiya Ukraynadan dərs götürüb, ya da Ermənistan ondan ötrü elə də mühüm oyunçu deyil”.

Bunun belə olub-olmayacağını, başqa sözlə, Rusiyanın proseslərdən nə dərəcədə kənarda qalıb-qalmadığını, yaxud Ermənistana sürpriz edib-etməyəcəyini yəqin ki, daha dəqiqliyi ilə 3 gün sonra - parlamentdə ikinci cəhddə baş nazir seçkisinin nəticələrindən, Paşinyanın ölkənin 1-ci şəxsi olub-olmayacağından, Putinin onu təbrik edib-etməyəcəyindən biləcəyik. Bir şey kifayət qədər əminliklə söyləmək olar ki, Moskva Ermənistanla bağlı sonuncu “patronu” hələ atmayıb...

*****

Ermənistan mövzusu Qərbin digər aparıcı KİV-lərinin də diqqətindədir. Onları ilk növbədə Kremlin baş verən proseslərə səssiz reaksiya göstərməsinin motivləri maraqlandırır. Onlar da bunu Moskvanın Ukrayna və Gürcüstan hadisələrindən özü üçün gərəkli dərs çıxarması və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq Rusiyanın işğalçı ölkədə həmişə dominant mövqedə qalacağına olan əminliyi ilə əlaqələndirirlər.

“Kasıb, dənizə çıxış olmayan və həmişə Moskvaya sıx bağlı qalan Ermənistan həm Rusiyanın, həm də Qərbin diqqət mərkəzindədir”. “Yeni Müsavat” xəbər verir ki, bu haqda “The Washington Post”un əməkdaşı Ferris Rotman yazıb.

“Nə qədər səhv olursa-olsun, Ermənistanın Rusiyanın sadiq müttəfiqi olması barədə təsəvvürlər gerçəklikdən daha mühümdür. Bu, Rusiyanın müdaxiləsindən qaçmağa və Kremlin özünü yeni hökumətin işini pozmaqdan saxlamasına imkan verir” - İrəvanda fəaliyyət göstərən “Regional araşdırmalar mərkəzi”nin direktoru Riçard Kirakosyan müəllifə bildirib.

“The Washington Post”un digər yazarı, jurnalist Devid İqnatius isə son 25 ildə Ermənistanın əsas siyasi dilemmasının qərbyönümlü siyasi görüşləri Rusiyadan olan hərbi asılılıqla hansı şəkildə əlaqələndirilməsindən ibarət olduğunu bildirir. “Bu çıxılmaz vəziyyət keçmiş prezident Serj Sərkisyanın ətrafında ölkə sərvətlərini talayan Moskvapərəst oliqarxların toplanmasına gətirib çıxardı. SSRİ dağıldıqdan sonra korrupsiyalaşmış və avtoritar Ermənistan heç vaxt inkişaf edə bilmədi” - müəllif qeyd edib.

O, prezident Vladimir Putinin son hadisələrdə ehtiyatlı davrandığını düşünür: “Putin Ermənistanı bütövlükdə itirməkdənsə Sərkisyanı qurban verməyi üstün tutub. Putin ”ikinci Ukrayna" ssenarisinin təkrarlanmasından qaçmaq istəyir". Şərhçinin fikrincə, Rusiya və Ermənistan arasında uzunmüddətli dostluq münasibətlərinə görə İrəvandakı etirazlar Rusiyanın da müxalifət kəsimlərinə “elektrik effekti” verə bilər.

Ermənistandakı proseslərin ermənilərin öz taleyi üçün hansı effekti verəcəyi ilə bağlı rəyləri isə qeyd elədik... /musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan parlamenti Paşinyanın namizədliyinin əleyhinə səs verib

    Ermənistan parlamenti Paşinyanın namizədliyinin ...

    2-05-2018, 14:47

  • 
  • SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: Dövlət qurumları mühasirəyə alındı

    SON DƏQİQƏ: Ermənistanda “məxməri inqilab”: ...

    17-04-2018, 16:24

  • 
  • Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa edilib

    Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa ...

    30-04-2018, 11:40

  • 
  • Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

    Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir? ...

    27-04-2018, 13:42

  • 
  • Ermənistan yol ayrıcına gəldi – kritik seçimə saatlar qaldı

    Ermənistan yol ayrıcına gəldi – kritik seçimə ...

    1-05-2018, 10:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu