Yerevanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıb
Erməni KİV-ləri xəbər verir ki, ölkə prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsi, təhsil, mədəniyyət və xaricdə yaşayanlarla iş üzrə nazirlik, Ədliyyə Nazirliyi və Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və daxili təhlükəsizlik baş idarəsinin binası mühasirəyə alınıb.
“Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökümət binalarını mühasirəyə almağa davam edirlər.
Nikol Paşinyan mitinqlərin keçirilmə yerinin dəyişdirildiyini, aksiyanın bu gün saat 18:30-da "Respublika" meydanına davam edəcəyini bəyan edib. Paşinyan bildirib ki, bir qrup erməni Moskvadakı Ermənistan səfirliyinə daxil olaraq, orada oturaq aksiya keçirib.
* * *
Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib.
Mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.
N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm. Dövlət müəssisələrinə girin, oturaq aksiyalar keçirin, küçələri bağlayın. Nazirliklərin girişini qapadın, onların işinə mane olun. Binalara daxil olun, amma heç nəyi dağıtmayın. Nəqliyyatın işinə mane olun. Eyni zamanda səfirliklərin binalarını da mühasirəyə alın”.
Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?