GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir

Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir

Tarix: 5-05-2018, 12:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 324
Prezidentin işdən çıxardığı general jurnalistləri həbs etdirmək istəyir


Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlini və saytın baş direktoru Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib, onları həbs etdirməyə çalışır.

Bu barədə jurnalistlərin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkilin sözlərinə görə, xüsusi ittihamçı AR DGK-nin sabiq sədri Aydın Əliyev 16 yanvar 2018-ci il tarixdə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun barələrində AR CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmaları üçün hökm çıxarılmasını xahiş etmişdir. Aydın Əliyev şikayət ərizəsini bununla əsaslandırmışdır: "Azxəbər.con saytında Gürcüstan Respublikasında həbs edilən DGK-nin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş-Təfərruat başlıqlı məqaləsində məni ağır cinayət etməkdə iştirakçılıqda ittiham edərək, mənim şərəf və ləyaqətimi ləkələyən, nüfuzdan salan məlumatları yayaraq mənə böhtan atmışlar”.

Vəkil deyib ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata götürülüb və jurnalistlər təqsirləndirilən şəxs qismində cəlb olunub: "Cinayət işinin uzadılmasına nail olduq, xoşbəxçilikdən Aydın Əliyev vəzifəsindən kənarlaşdırıldı. Buna baxmayaraq, sabiq komitə sədri Aydın Əliyev azxeber.com informasiya portalının baş direktoru Ağalarov Əfsələddin Rizvan oğlunun və baş redaktoru Heydərli Hacıbəy Novruz oğlunun həbs olunmalarına çalışır. Bu gün, Binəqədi Rayon Məhkəməsinin hakimi Vuqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında tam aşkar görünürdü. Hakimin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

Saytın baş redaktoru Hacıbəy Heydərli isə məsələ haqda sosial şəbəkədə yazıb: "Dövlət Gömrük Komitəsinin sabiq rəisi, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə gün öncə işdən çıxarılan Aydın Əliyev məni və Efseleddin Agalarovu CM-nın 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəməyə verib və bu proses artıq 5 aya yaxındır ki, davam edir. Ölkəmiz və dövlətimiz üçün önəmli olan Prezident seçkilərini nəzərə alaraq məsələni ictimailəşdirməmişdik. Bu ərəfədə DGK-nın sabiq rəisinə dəfələrlə barışıq təklifi və mövqeyini işıqlandırmağı təklif etsək də, o bundan imtina etmiş və bizim cəzalanmağımızı tələb etmişdi. Bəhs olunan yazıda Gürcüstanda həbs edilən DGK polkovniki Rəhim Həsənovun Aydın Əliyevin yaxın adamı olması qeyd olunurdu. Qeyd edim ki, adıçəkilən şəxsin Gürcüstanda psixoterapik maddələrlə saxlanılması xəbəri başqa bir sayta istinadən yayımlanıb, biz isə onun əməllərindən sədrin məlumatlı olduğunu yazmışıq. Bu gün də həmin dərmanların və maddələrin ölkəmizə gətirilməsi ciddi şəkildə araşdırılır və bunu edənlər cəzasını alır. Çox şükürlər olsun ki, Prezidentimiz də Aydın Əliyevin fəaliyyətinə siyasi qiymət verdi və o işindən ayrıldı. Ancaq maraqlıdır ki, eks komitə sədri hələ də məhkəmə iddiasında israrlıdır və özünün səhvsiz olduğunu düşünür. Görünən odur ki, işdəki nöqsanlarının mətbuatda işıqlandırılması və onun fəaliyyətinə siyasi qiymətin verilməsini keçmiş sədr qəbul edə bilmir. Ümid edirəm ki, Binəqədi rayon məhkəməsi məsələyə ədalətli yanaşacaq və ölkəmizdə mövcud olan söz və mətbuat azadlığına hansısa keçmiş məmurun istəyi ilə kölgə salmayacaq. Bu məsələdə hər birinizin dəstəyinə görə öncədən təşəkkür edirəm".

Əfsələddin Ağalarov isə bu haqda açıqlamasında bildirib: "Əziz dostlar və həmkarlar. Dekabr ayından etibatən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev mənə və portalımızın təsisçisi Hacıbəy Heydərliyə qarşı CM 147.2 (böhtan) maddəsi ilə iddia qaldıraraq Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Keçmiş komitə sədrini qəzəbləndirən səbəb isə DGK-da baş verən neqativ halların tərəfimizdən işıqlandırılması olub. Dəfələrlə tərəfimizdən qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirsək də, Aydın müəllimin qəzəbi dinmək bilmir. Bu müddət ərzində qarşı tərəfə barışıq təklif edilsə də, DGK sədri bu təklifləri rədd etdi. Və bu prosseslər davam edərkən ölkədə söz və mətbuat azadlığının qarantı olan, jurnalistlərin dostu, azad media mühitini formalaşdıran cənab prezident İlham Əliyev Aydın Əliyevi postundan azad etdi. Buna baxmayaraq, keçmiş komitə sədrinin mətbuata qarşı bəslədiyi münasibətdə heç bir dəyişiklik müşahidə olunmur. Bu gün Binəqədi rayon məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Aydın Əliyevin vəkili onun adından çıxış edərək bizim həbs edilməyimizi məhkəmədən istəyib. Təbii ki, bu iddia sadəcə bir şəxsin mövqeyidir. Məhkəmə prosesi hələ də davam etməkdədir. İnanırıq ki, media azadlığının mövcud olduğu bir mühitdə sözügedən hadisəyə hüquqi qiymət veriləcək və iddia ləğv ediləcək. Bu günlər ərzində yanımızda olan həmkarlara təşəkkür edir və prosses ərzində jurnalist təşkilatlarını, Mətbuat Şurasının bizə dəstək olmağa çağırırıq"./azxeber.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs edilən gömrük polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş -TƏFƏRRÜAT

    Həbs edilən gömrük polkovnik-leytenantı Aydın ...

    12-12-2017, 15:37

  • 
  • Aydın Əliyev vətəndaşları qəbul edəcək

    Aydın Əliyev vətəndaşları qəbul edəcək ...

    30-12-2015, 18:15

  • 
  • Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı həbs edildi — EKSKLÜZİV

    Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı ...

    11-12-2017, 14:57

  • 
  • Müdafiə Nazirliyində 6 rəisə cinayət işi açıldı

    Müdafiə Nazirliyində 6 rəisə cinayət işi açıldı ...

    31-01-2014, 15:45

  • 
  • Aydın Əliyev;"Mənim iradım əsasən şöbə rəislərinədir"

    Aydın Əliyev;"Mənim iradım əsasən şöbə ...

    30-01-2014, 18:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu