Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev 2016-cı il yanvarın 8-də saat 10:00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində (Qarabağ prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 7-si saat 10:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?