GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Heydər Əsədovun milyonluq rəqəmləri və reallıq - İTTİHAM

Heydər Əsədovun milyonluq rəqəmləri və reallıq - İTTİHAM

Tarix: 7-05-2018, 15:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 305
Heydər Əsədovun milyonluq rəqəmləri və reallıq - İTTİHAM


Azərbaycan hökumətinin Prezident seçkisindən sonra formalaşdırılan yeni tərkibində ən çox diqqətçəkən yeni nazirlər sırasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və kənd təsərrüfatı naziri İnam Kərimov xüsusi yer tutur. Bu sahələr ölkə və vətəndaşlar üçün əhəmiyyət dərəcəsinə görə digər sahələrdən fərqlənir və məhz bu sahələrdə hər zaman tənqid hədəfinə çevriləcək qədər problemlər olub. Deməli, prezidentin sərəncamı ilə yeni vəzifəyə təyinat alan nazirlər təkcə portfelə və kresloya yox, həm də həllini gözləyən çoxsaylı problemlərə sahibləniblər. İndi əsas məsələ bu problemləri aradan qaldırmaq üçün ciddi şəkildə fəaliyyət planı hazırlamaq və icra mexanizmini tapmaqdır. İkinci, xüsusilə, vacibdir, çünki əslində Azərbaycanda indiyə qədər nə qanunvericilk bazası, nə fəaliyyət planlarında ciddi prolemlər olub. Problemlər hər zaman özünü icra mexanizminin düzgün qurulmamasıyla göstərib ki, sözügedən iki nazirlik də bu baxımdan istisna təşkil etməyib.

Rəqəmlər və reallıq

Kənd Təsərrüfatı Nazirliyi son illərin ən çox diqqət mərkəzində olan, ən şox ümid bəslənilən və bü ümidləri ən az doğruldan qurumdur. Neft gəlirlərinin azalmasıyla qeyri-neft sektorunun inkişafı dövlətin prioritetləri sırasında əvvəllərə keçsə də, Heydər Əsədovun rəhbərliyindəki nazirlik bu məsuliyyət yükünü daşıyacaq qədər peşəkarlıq nümayiş etdirməyib. Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş əkin sahələrinin təyinatı üzrə istifadəsinə, fermerlərə dövlət dəstəyinə qədər bir çox sahələrdə problemlər üst-üstə qalaqlanıb. Onların həlli üçün heç bir mexanizm işlənib hazırlanmayıb. Nəticə isə göz qabağındadır və hər birimizin həyatında gündəlik olaraq özünü göstərir. İstehsaldakı geriləmə, idxalın payının artması, ixracın gözlənilən səviyyəyə qadırılmaması və beləliklə, həm əhalinin iqtisadi durumunun pişləşməsi, həm də ölkənin əlavə qazancdan məhrum olunmasında bu nazrliyin məsuliyyət yükü yetərincə olub. Doğrudur, rəsmi statistik məlumatlarda ötən il kənd təsərrüfatı məhsullarınn istehsalının 4 faiz artdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb. Ancaq bu artım həyatımızda və büdcədə hiss etməyəcək qədər cüzi olduğundan ümid yenə də idxal məhsullarına qalıb. Halbuki kənd təsərrüfatının inkişafı həmişə büdcədə kifayət qədər yüklü sahələrdən olub.

Büdcədən 10, Ehtiyat Fonddan 20 milyon manat...

Təkcə 2016-cı ildə KTN üzrə 12 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (KTL KİEDX) 594,7 min, Baytarlıq və Fitosanitar xidmətlərə uyğun olaraq 520,9 min və 380,8 min, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ TNDX) 383 min manat ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon ayrılıb. Bunun da 570,4 milyonu kənd təsərrüfatına, 11,1 milyon birbaşa nazirliyə, 1,5 milyon BSQ TNDX-yə, 22.1 milyon Baytarlıq, 3,9 milyon Fitosanitar xidmətlərə verilib. Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186,2 milyon manat ayrılıb. Həmin dövrdə maddi-texniki təminatın möhkəmləndirilməsi 50 milyon, islahatlar 30 milyon, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,9 milyon, meşə təsərrüfatı 11,6 milyon, KTL KİE DX-yə (aqrar sektora kreditlərin verilməsi) də 5 milyon vəsait hesablanıb. 2017-ci ilin dövlət büdcəsində də bu sahəyə ayrılan maliyyə 517,4 milyon manat olub. Vəsaitin 479,2 milyonu sırf kənd təsərrüfatı üçün nəzərdə tutulub. Nazirliyə bu puldan 10,8 milyon, BSQ TNDX-yə 1,6 milyon, DBX-yə 25,3 milyon, DFNX-yə 4,3 milyon, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə də 190,2 milyon ayrılıb. Yəni, bir çox sahələr üzrə ayrılan vəsaitdə artım olub. Üstəlik, prezidentin ehtiyat fondundan KTN 20,4 milyon manat alıb. Az məbləğ deyil. Ancaq görülən işlər bu məblğlərlə nəinki adekvat olmayıb, əksinə “Bu qədər pul xərclənən bir sahədə niyə bu qədər problem var?” sualını doğurub.

100 manatlıq buzovlara yedirilən milyonlar

Məsələn, ölkə əhalisi üçün də olduqca vacib olan bir məqama, əhalinin ət məhsulları ilə təminatı sahəsindəki vəziyyətə baxaq. Prezident İlham Əliyevin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilir. 2016-cı ildə süni yolla 103 min qaramal mayalandırılıb, heyvanlardan alınmış buzovlara görə subsidiya ödənişinə başlanıb. 7449 heyvan sahibinə doğulmuş 8529 baş buzovun hər birinə görə 100 manat olmaqla, 852900 manat məbləğində subsidiya ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə 10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat subsidiya verilməsi qərara alınıb. Nazirik bildirib ki, “Ətlik-südlük istiqamətli müasir 5-10 başlıq ailə-kəndli təsərrüfatlarının yaradılması” layihəsi çərçivəsində Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-kəndli təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilib. Ağcabədi rayonunda 25 ailəyə 178 baş, Bərdə rayonunda 27 ailəyə 189 baş, İmişli rayonunda isə 17 ailəyə 149 baş simmental cinsindən olan damazlıq heyvanlar verilib. Pilot ərazilərdə layihə tərəfdaşı kimi seçilmiş 69 ailə təsərrüfatına, ümumilikdə, 516 baş qaramal verilib. Əlbəttə, kağız və rəqəmlərdə hər şey gözəl və hətta sevindirici görünür. Ancaq realda vəziyyət necədir?

Milyonluq əməliyyatlarda şübhəli məqamlar və boş qalan süfrələr

Azərbaycan hökuməti ortamüddətli perspektivdə ət və quşçuluq məhsullarının istehsalında artım proqnozlaşdırıb.Proqnozlara əsasən, 2017-ci ildə ölkədə ət istehsalı 309,7 min ton təşkil etməli idi. 2018-2021-ci illərdə ət istehsalında artım tendensiyası qorunacağı təxmin edilib. Xüsusilə, 2018-ci ildə ət istehsalı 314,5 min ton, 2019-cu ildə 320,3 min ton, 2020-ci ilodə 327 min ton, 2021-ci ildə 334,5 min ton həcmində proqnozlaşdırılırdı. Beləliklə, hökumət hesab edirdi ki, 2022-ci ilə qədər 2017-ci illə müqayisədə artım 8% olacaq. Artım gözləntiləri özünü doğrulmadığından Azərbaycanda ət bazarındakı durum acınacaqlıdır. Ümumdünya Səhiyyə Təşkilatının normasına görə, hər bi şəxs il ərzində 84 kiloqram ət yeməlidir. Azərbaycanlılar özlərini əti sevən kimi aparsalar da, əslində normadan dəfələrlə az, yəni ildə cəmi 25-30 kiloqram ət istehlak edirlər. Səbəb birdir- qiymət bahalığı. Bahalığa aparan yol isə bazarda tələbin təklifi üstələməsindən keçir. Ekspertlər bildirir ki, Azərbaycanda ətə olan tələbat ildə 820 min ton olduğu halda 290 min ton ət istehsal edilir. Bəs harda qaldı ətçiliiyn inkişafı ilə bağlı xərclənən milyonlar, icrası gözəl sözlərlə tərif edilən pilot layihələr, buzovlara verilən 100 manatlar?Axı rəsmi məlumatlara görə 6 000 baş Simmental cinsli damazlıq heyvanlarının satın alınması üçün büdcədən 29,6 milyon manat ayrılmışdı. Birinə 5 min manat xərclənən həmin heyvanların sonrakı aqibəti barədə nə nazirlik məlumat açıqladı, nə də alanlar “bu heyvanlar bizdədir” dedi. 5 min manata alınan həmin 6 min baş Simmental cinsli damazlıq heyvanın sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Mətbuatda yer alan məlumatlara görə, biri 5 min manatlıq bahalı heyvanlar "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyindən alınıb. İlk baxışda təəccüblü heç nə yoxdur, əgər 29 milyonluq əməliyyat aparan şirkətin bu əməliyyatdan cəmi bir neçə ay əvvəl yaranması barədə məlumat olmasaydı. Eyni durum1000 baş Holştin-friz cinsli damazlıq heyvanların satın alındığı "Longmar Networks LTD” Azərbaycan Respublaikasının Nümayəndəliyi ətrafında da yaranıb. Bu alıq-satqıya 4,4 milyon manat ayrılıb və bu əməliyyatı da cəmi bir neçə aylıq yaranma tarixi olan "Longmar Networks LTD” aparıb. Yarandqdan qısa müddət sonra özünü doğruldaraq milyonluq əməliyyatlar ala bilmək üçün ya xüsusi istedad, ya da xüsusi əlaqələr olmalıdır ki, indiki halda böyük ehtimalla ikincidir. Bu qaranlıq “işlər”in təkcə ətçiliklə bağlı yox, pambıqçılıq, üzümçülük, tütünçülük, baranmaçılıq və digər sahələrdə də milyonlarla ölçülməsi mümkündür ki, Heydər Əsədovun yaxın ətrafının iştirakı olmadan bunlrın icrası mümkün deyildi.

Son günlər “Aqrolizinq” ASC ətrafındakı hadisələr də milyonluq “əməliyyatların” nazirliyin yeni rəhbərliyinin gözündən yaıynmadığını söyləməyə əsas verir. Hər halda islahatların ən çox pozuntu və şikayətlərin olduğu deyilən “Aqrolizinq”dən başlaması ümidləri artırır və kənd təsərrüfatında əsaslı inkişaf gözlənilir.

İnam Kərimovun kənd təsərrüfatının inkişafı ilə bağlı ABŞ-dan olan mütəxəssislərlə də görüşü də göztərir ki, yeni nazir bu sahənin şəffaflığı və inkişafı üçün bütün variantları nəzərdən keçirir./cəbhə.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni kənd təsərrüfatı naziri İnam Kərimov kollektivə təqdim edilib

    Yeni kənd təsərrüfatı naziri İnam Kərimov ...

    24-04-2018, 14:18

  • 
  • İlham Əliyevin sərəncamı ilə nazirlər təyin edildi

    İlham Əliyevin sərəncamı ilə nazirlər təyin edildi ...

    23-04-2018, 11:15

  • 
  • Heydər Əsədovun və Səlim Müslimovun vəzifədən getməsini şərtləndirən amillər

    Heydər Əsədovun və Səlim Müslimovun vəzifədən ...

    24-04-2018, 18:52

  • 
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49

  • 
  • Daha 7 məmur təyinatı edəcək – (Siyahı)

    Daha 7 məmur təyinatı edəcək – (Siyahı) ...

    23-10-2013, 10:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (334)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu